Icma.az
close
up
RU
525 ci qəzet Ümumi təhsildə psixoloq zərurəti

525 ci qəzet Ümumi təhsildə psixoloq zərurəti

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul müsabiqəsinin II mərhələsi (test imtahanı) başlanır. Müsabiqənin test mərhələsi martın 1-də keçiriləcək. İmtahan BŞTİ-nin rəsmi saytında 2024-cü il aprelin 6-da elan olunmuş psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin I mərhələsindən qeydiyyatdan keçən şəxslərə şamil edilir.

Qeyd edilən vəzifə üzrə müvafiq qaydada qeydiyyatdan keçən şəxslərin məlumatlarının uyğunluğu yoxlanılıb. Uyğun gələn namizədlərə test imtahanı mərhələsinin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

Müsabiqənin II mərhələsi ixtisas, İKT və məntiq üzrə test suallarının cavablandırılmasından ibarət olacaq. Test 100 bal təşkil edən 40 sualdan (ixtisas üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sual) ibarətdir.

Keçid bal həddi (ixtisas üzrə minimum 42 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal) 62 bal olaraq müəyyən edilib. 62 və daha yüksək bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcəklər.

Təhsildə keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin çox vacib, əhəmiyyətli rolu var. ABŞ, Fransa, Almaniya, İsrail, Çexiya, Norveç, İspaniya və Türkiyə kimi ölkələrin məktəblərində iki, üç psixoloq xidmət göstərir. Mütəxəssislərin fikrincə, uşaqların müəyyən psixoloji çətinliklərinin öhdəsindən gəlmələri üçün öz sənətinin peşəkarı olan psixoloqlarla daha tez-tez təmas qurulması vacibdir.

Elm və təhsil naziri Emin Əmrullayev isə bildirib ki, hazırda nazirlik tərəfindən məktəblərdə psixoloqlarla bağlı təhlillər aparılır. Onların sayının artırılması istiqamətində işlər görülür: "Məktəb psixoloqları tədrisdə olduqca vacib rola malik insanlardır. Məktəb psixoloqlarının sayı sinif-komplektlərin sayından asılı olan ştat vahididir. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi olaraq bu istiqamətə daha çox diqqət ayırmalıyıq. Bu istiqamətdə daha çox təşəbbüslərlə çıxış etməyi öhdəmizə götürürük. Hər bir şagirdin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Elm və Təhsil Nazirliyi üçün prioritetdir".

Nazirin dediyinə görə, hazırda məktəblərdə çox keyfiyyətli psixoloji xidmətin qurulması istiqamətində işlər görülür: "Məktəblərdə həqiqətən də peşəkar psixoloqlar çalışmalıdır. Çünki məktəbdə psixoloji xidmət və konsultasiya məsuliyyətli məsələdir. Əksər ölkələrdə bu, lisenziyalarla tənzimlənir, kifayət qədər ağır tənzimlənən bir məsələdir. Bu mənada, çalışırıq ki, daha keyfiyyətli mərkəzləşmiş psixoloji xidmət quraq".

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən mütəmadi olaraq məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək məqsədilə layihələr, təlimlər həyata keçirilir. Təlim zamanı məktəb psixoloqlarına beynəlxalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlarının artırılması məqsədilə intihara cəhd edən, eyni zamanda, zorakılığa  məruz qalan uşaqlarla işin təşkili, valideynlərlə aparılan görüşlərin effektiv üsulları barədə məlumatlar verilir.

İbtidai siniflərdə təhsil alan şagirdlər fərqli psixoloji dəstəyə ehtiyac duyurlar. Yuxarı sinif şagirdlərinin isə tamamilə başqa psixoloji dəstəyə ehtiyacı var. İbtidailərin çoxunun valideyndən ayrı düşmək və yalnız qalma qorxusu olur. Bu kimi halları nəzərə alaraq məktəblərdə şagirdlərə psixoloq xidmətinin göstərilməsi vacibdir. Psixoloq uşaqlarla doğru ünsiyyətin necə qurulmasını, aqressiv, gərgin şagirdlərlə necə davranmalı olduğunu yaxşı bilir.

Təhsildə keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin mühüm rolu var. Bu mənada, məktəbdə psixoloji xidmət işi də müvafiq məqsəd və vəzifələrə, prinsip və funksiyalara əsaslanır. Məktəblərdəki psixoloji xidmətin əsas vəzifəsi təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir. Məktəb psixoloqu öz vəzifələrini yerinə yetirmək, qarşıya qoyduğu məqsədə çatmaq, daha doğrusu, təhsilalanların psixoloji sağlamlığına, təhsil uğurlarına nail olmaq üçün məktəb rəhbərliyi, müəllim və valideynlərlə birgə fəaliyyət göstərir və məsləhətlər verir. Bir sözlə, məktəb psixoloqunun başlıca məqsədi təhsilalanlar və təhsilverənlər üçün əlverişli psixoloji inkişaf mühitinin yaradılmasına nail olmaqdır.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, həyatın bütün sahələrində psixoloqlara ehtiyac var. Xüsusən də, insanların təhsil aldığı məktəblərdə onlar hökmən çalışmalıdır. Psixoloq məktəbdə olan bir çox qüsurları üzə çıxaran şəxsdir. O, sahəsinə yaxından bələd olub, onun dərinliklərini bilməlidir. Küçədən gətirib kimisə psixoloq qoymaq olmaz ki. Ona görə də o, müəyyən təhsilə yiyələnməlidir. Həmçinin, təhsildən xəbərdar olub, proqramları mənimsəməlidir. Məktəblərdə lazım olan pedaqoqlardan biri də psixoloqlardır. Sovet dönəmində məktəblərdə bu işçilərə ehtiyac yox idi. Sonra isə biz dünyaya açılaraq, yeni quruluşda yaşamağa başladıq. Məlum oldu ki, bizə də psixoloq lazımdır".

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, nəzərə alsaq ki, məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılması, əsas vəzifəsi isə şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaqla, təlim-tərbiyə sahəsində aparılan işin səmərəliliyini yüksəltməkdə, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir. Bu halda məktəbə psixoloq nəinki lazımdır, hətta zəruridir. Digər tərəfdən, məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir.

Millət vəkili Hicran Hüseynova hesab edir ki, ailədaxili münasibətlərdəki xoşagəlməz hallar uşaqların formalaşmasına, psixoloji vəziyyətinin dəyişməsinə mənfi təsir göstərir. Bu baxımdan orta məktəblərdə uşaqlara psixoloji xidmətin göstərilməsi yaxşı haldır: "Pedaqoqların fənn bilik və bacarıqları ilə yanaşı, pedaqoji və psixoloji bilik və bacarıqlarının da qiymətləndirilməsi vacibdir. Digər tərəfdən, valideynlərin məsuliyyəti məsələsini yaddan çıxarmamalıyıq. Əfsuslar olsun ki, bəzən valideynin övladına verdiyi tərbiyə neqativ təsirlərlə müşahidə olunur. Müəllimə, öz sinif yoldaşına münasibətdə aqressiv olurlar. Şagirdlərin müxtəlif yaş keçid dövrlərində davranışlarında dəyişikliklər olur. Bu dəyişikliklər onun şəxsiyyət kimi formalaşmasına həm müsbət, həm də mənfi təsir edə bilər. Bunun üçün həm valideyn, həm də müəllim birgə hərəkət etməlidir. Nəzərə alsaq ki, hazırda biz açıq informasiya cəmiyyətində, İKT-nin inkişaf etdiyi bir zamanda yaşayırıq, o zaman bu məsuliyyət daha da artır. Bu baxımdan uşaqlara qarşı diqqətli və həssas yanaşmalıyıq. Onların etdiyi səhvləri elə izah etməliyik ki, şəxsiyyətləri əzilməsin. Biz onları özünəinamlı tərbiyə etməli, eyni zamanda, həmyaşıdlarına, böyüklərə hörmətlə, dözümlə yanaşmağı öyrətməliyik".

Həkim-psixoloq Xəyalə Məmmədovanın fikrincə, hər bir məktəbdə psixoloqun olması vacibdir. Hətta şagirdlərə bir yox bir neçə psixoloq psixoloji dəstək göstərməlidir: "İbtidai siniflərdə təhsil alan şagirdlər fərqli psixoloji dəstəyə ehtiyac duyurlar. Yuxarı sinif şagirdlərinin isə tamamilə başqa psixoloji dəstəyə ehtiyacı var. İbtidailərin çoxunun valideyndən ayrı düşmək və yalqız qalmaq qorxusu olur. Bu səbəbdən də onlar məktəbə ağlayaraq gəlir, sinifdə oturmaq istəmirlər. Yuxarı sinif şagirdlərində isə yetkinlik dövrünə xas xüsusiyyətlər müşahidə olunur. Onların bir-biri ilə yola getməməsi, aralarında münaqişənin yaranması, dərsdən yayınmaları, zərərli vərdişlərə meyl etmələri bu şagirdlərin ciddi psixoloji dəstəyə ehtiyac olduğunu göstərir. Bəzən isə ailədə problemin olması, valideynlər arasındakı gərginlik də şagirdin psixologiyasına mənfi təsir edir. Bu kimi halları nəzərə alaraq məktəblərdə şagirdlərə psixoloq xidmətinin göstərilməsi vacibdir. Psixoloq uşaqlarla doğru ünsiyyətin necə qurulmasını, aqressiv, gərgin şagirdlərlə necə davranmalı olduğunu yaxşı bilir".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Fevral 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri