Icma.az
close
up
RU
525 ci qəzet UNEC də “Karyera planlaması” dərsliyi təqdim edilib

525 ci qəzet UNEC də “Karyera planlaması” dərsliyi təqdim edilib

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkədə ilk “Karyera planlaması” adlı interaktiv dərsliyin təqdimatı olub.

UNEC-dən 525.az-a bildirilib ki, Karyera planlaşdırılması və inkişafı kafedrasının müəllimlərinin müəllifliyi ilə işıq üzü görən kitabın təqdimatında universitetin akademik heyəti ilə yanaşı, digər ali təhsil müəssisələrinin, eləcə də dövlət qurumlarının karyera üzrə mütəxəssisləri də iştirak ediblər.

Rektor Ədalət Muradov “Karyera planlaması” dərsliyinin ərsəyə gəlməsində əməyi olan UNEC müəllimlərinə təşəkkürünü bildirib, kafedranın böyük uğura imza atdığını deyib. O, dərsliyin tələbələrin karyera bacarıqlarının formalaşdırılmasında önəmli rol oynayacağından əminliyini ifadə edib.

Ədalət Muradov karyera planlamasının UNEC-də prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdıraraq bu istiqamətdə görülmüş işlərdən də söz açıb: “UNEC-də Karyera planlaşdırılması və inkişafı kafedrasını yaratdıq və ölkədə ilk dəfə “Yumşaq bacarıqlar”, “Sərt bacarıqlar” və “Karyera planlaması” fənlərini tədris planlarına daxil etdik. Bu ildən isə məzunlarımıza ilk dəfə olaraq onların yumşaq bacarıqlarını qiymətləndirən qeyri-akademik transkript veriləcək”.

Tədbirdə UNEC-in rəqəmsallaşma üzrə prorektoru, dərsliyin rəyçisi dosent Raqif Qasımov, Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Əli Qurbanlı, dərsliyin müəllifləri olan Karyera planlaşdırılması və inkişafı kafedrasının rəhbəri Rəşad Məhərrəmov, kafedranın dosenti Afaq Hüseyn və Nərgiz Seyidzadə dərsliyin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Çıxış edənlər “Karyera planlaması” kitabının ölkədə bu sahədə nəşr olunan ilk dərslik olduğunu diqqətə çatdırıblar. Dərslikdə tələbələrə uğurlu karyera yolu ilə yanaşı, həm də məqsədyönlü inkişaf üçün lazımi nəzəri biliklərin, praktiki vasitələrin və real təcrübələrin təqdim olunduğunu qeyd ediblər. Kitabın karyeraya gedən yolda uğur qazanmaq istəyən hər kəs üçün dəyərli bir bələdçi olduğu vurğulanıb.

Təqdimat zamanı çıxış edənlər dərslikdən digər ali təhsil müəssisələrinin də istifadə etməsinin gənclərin peşəkar inkişafına mühüm töhfə verəcəyini bildiriblər.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Fevral 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri