Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

525 ci qəzet USAID in fəaliyyəti şok effekti yaradır

525 ci qəzet USAID in fəaliyyəti şok effekti yaradır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qanunsuz əməlləri, korrupsiyaya qurşanması, öz fəaliyyət dairəsinə zidd olan layihələrə külli miqdarda maliyyə ayırmasına dair hər gün yeni faktlar ortaya çıxmaqdadır. Bu barədə Birləşmiş Ştatların yeni hökuməti tərəfindən kifayət qədər açıqlamalar verilib, eyni zamanda mediada məlumatlar dərc edilir. Yeni faktlar həm də onu göstərir ki, ABŞ-ın büdcəsi havaya sovrulub. Elə USAID-ə müvəqqəti rəhbər təyin edilmiş dövlət katibi Marko Rubionun fikirləri də bunu göstərir: “O, özünü “qlobal xeyriyyə təşkilatı” hesab edir və ölkənin maraqlarına və ya Amerika vergi ödəyicilərinin pullarına əhəmiyyət vermir. Biz USAID-in auditini apardıqdan və onun “Öncə Amerika” gündəliyinə və Dövlət Departamentinin səylərinə uyğun olmasını təmin etdikdən sonra Amerika xalqının maraqlarını qorumağa və onların vergi vəsaitlərinin israf edilməməsinə əmin olmağa davam edəcəyik”.

Bu günlərdə Ağ Evi USAID-in dünya üzrə maliyyələşdirdiyi bəzi layihələr haqqında yaydığı məlumat şok effekti yaratdı və vəsaitin necə sui-istifadəyə yol verməklə xərcləndiyini göstərdi. Həmin faktlardan bəzilərini təqdim edirik:

- 1,5 milyon dollar - “Serbiyanın işçi və biznes icmalarında bərabərliyi və inklüzivliyi təşviq etmək”;

- 70000 ABŞ dolları - İrlandiyada "DEI musiqili"nin istehsalına görə;

- 2,5 milyon dollar - Vyetnam üçün elektromobillər üçün;

- 47000 dollar - Kolumbiyada "transgender operası" üçün;

- 32000 dollar - Peruda "transgender komiksi" üçün;

- 2 milyon dollar - Qvatemalada cinsiyyətin dəyişdirilməsi və “LGBT fəallığı” üçün;

- 6 milyon dollar - Misirdə turizmin maliyyələşdirilməsinə;

Eyni zamanda, Əfqanıstanda irriqasiya kanallarının yaradılması və gübrələrin alınması layihəsinə də vəsait ayrılıb ki, bu sistemin narkotik istehsalında daha çox istifadə edildiyi bildirilir. USAID-in kənd təsərrüfatı sahəsində apardığı inkişaf layihələrinin qeyri-leqal iqtisadiyyata xidmət etməsi ehtimalı ciddi narahatlıq doğurur.

“Əl-Qaidə” təşkilatı üçün 10 min porsiya yemək alınması layihəsi isə onu göstərir ki, USAID terror qruplaşmalarını da “diqqətdən” kənarda qoymayıb.

Qeyd etmək yerinə düşər ki, 2023-cü ildə USAID öz layihələrinə təqribən 38,1 milyard dollar xərcləyib. Agentliyin məlumatına görə, 2024-cü maliyyə ilində USAID proqramları vasitəsilə 35,44 milyard dollar ayrılıb və ən çox yardım alanlar Ukrayna, Konqo Demokratik Respublikası, İordaniya, Sudan və Yəmən olub.  Göstərilən humanitar yardımın həcminə görə ABŞ dünyada birinci yerdədir. Yardım ya geri qaytarılmayan qrantlar şəklində, ya da texniki avadanlıq, mal və xidmətlər şəklində verilir. Agentliyin 100-ə yaxın regional nümayəndəlikdən ibarət şəbəkəsi var və təxminən 10 min əməkdaşının üçdə ikisi xaricdə işləyir.

Son məlumatlara görə, USAID dünya üzrə 707 media orqanı, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT-ni maliyyələşdirib. Deməli, bu təşkilat həm də böyük media alətinə malik olub və bundan da ölkələrə qarşı təzyiq, onların daxili işlərinə müdaxilədə istifadə edib.

USAID Azərbaycanla bağlı da hər zaman qərəzli olub. Xüsusilə, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən başlayaraq bu agentlik beynəlxalq mediada ölkəmiz əleyhinə iş aparıb, maliyyələşdirdiyi QHT-lərdən də bu məqsədlə istifadə edib. Onların bu çirkli kampaniyası 44 günlük Vətən müharibəsinin gedişində, Laçın yolundakı ekoloji aksiyalarda, 2023-cü il antiterror əməliyyatları, COP29 ərəfəsində də davam edib. USAID beynəlxalq mediada Azərbaycan əleyhinə aparılan kampaniyalara rəhbərlik edib. Agentliyin başçısı olmuş Samanta Pauer qatı ermənipərəstdir və onun fəaliyyəti birbaşa Azərbaycanın əleyhinə yönəlmişdi. Bütün bunlar nəzərə alınaraq rəsmi Bakı USAID-in Azərbaycanda fəaliyyətinin dayandırılması barədə müraciət edib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir müddət əvvəl 2024-cü ilin iyun ayından etibarən USAID-in Azərbaycandakı fəaliyyətinin de-yure dayandırıldığını bildirib. Nazirin sözlərinə görə, USAID-in yardımları əsasən ABŞ-ın maraqlarına xidmət etdiyindən, rəsmi Bakı bu təşkilatla əməkdaşlığın dayandırılması qərarına gəlib.

Tramp administrasiyasının Hökumət Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask hətta USAID-i cinayətkar təşkilat adlandırıb və onun "peşəkar xarici fırıldaqçılıq şəbəkələrinin" böyük məbləğdə vəsaiti oğurladığını, saxta rəqəmsal ABŞ vətəndaşları yaradıb hökuməti aldadaraq vəsait qazandığını deyib. O, agentliyi bioloji silah tədqiqatlarını maliyyələşdirməkdə ittiham edib və “ölməyə ehtiyacı olan cinayətkar təşkilat” adlandırıb.

USAID-in kəşfiyyatla əlaqəsi olduğu da dəfələrlə ifşa olunub. Hətta agentliyin keçmiş rəhbəri C.Gilligan bəyan edib ki, təşkilatın bütün bölmələrində və istiqamətlərində MKİ-nin agentləri fəaliyyət göstərirlər.

Bir çox politoloqlara görə, Mərkəzi Kəşfiyyat İdarəsi və Beynəlxalq İnkişaf Agentliyinin əməkdaşları son onilliklər ərzində Latın Amerikasında bütün çevrilişlərdə və ya onlara edilən cəhdlərdə iştirak edib, müxalifət liderlərinin müvafiq təlimini, onların maliyyələşdirilməsini, siyasi, ideoloji və texniki dəstəyini təmin ediblər.

Məsələn, Kubada agentlik humanitar yardım göstərmək adı altında hökumətə qarşı genişmiqyaslı təxribat kampaniyası həyata keçirib. Bu məqsədlə ZunZuneo adlı sosial şəbəkə yaradıb. Əslində isə bu, hökumət əleyhinə bir şəbəkə idi, məqsəd etirazçıların koordinasiyasını təşkil etmək idi. Eyni zamanda, QİÇS-in profilaktikası adı altında keçirlən seminarlar əslində hökumət əleyhinə hərəkatların təşkilatlanması məqsədini daşıyırdı.

Boliviyada USAID ölkə sakinlərini üsyana təhrik etmək üçün Evo Moralesin əleyhdarlarını maliyyələşdirib. 2013-cü ildə Boliviya USAID-in ölkənin daxili işlərinə qarışmasını əsas gətirərək agentliklə əməkdaşlığı dayandırıb. Braziliyada agentlik sağçı amerikapərəst qüvvələrə üstünlüklər verəcək siyasi islahatlar üçün lobbiçilik edib. 

USAID bir sıra ölkələrdə hakimiyyət çevrilişlərində, hökumətlərə qarşı etiraz aksiyalarının, iğtişaşların təşkilində aktiv iştirak edib. Ümumiyyətlə, bu təşkilat illərlə dünyanın müxtəlif bölgələrində müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə müdailə edib, inqilabların sponsoru olub. Həmçinin, Soros Fondu tərəfindən maliyyələşdirilən prokurorlara 27 milyon dollar ayırıb ki, onlar siyasi sifarişlər əsasında həbslər həyata keçirsinlər.

USAID Nyu-Yorkun meri və prezident Trampın kibertəhlükəsizlik üzrə keçmiş müşaviri R.Culianiyə qarşı kompromatın tapılması üçün OCCRP-yə 20 mln dollar qonorar verib. Bu ifşa, həmçinin OCCRP-nin araşdırmalarının nə dərəcədə “ciddi” və “müstəqil” jurnalist araşdırmaları olduğunuı nümayiş etdirir.

USAID-in Gürcüstandakı fəaliyyəti isə göz önündədir. Bu qurum 2023-cü ildə ölkədə hakimiyyət çevrilişinə cəhd göstərdi, ardınca eyni fəaliyyəti davam etdirərək seçkilər ərəfəsində və ondan sonra insanları etirazlara, iğtişaşlara təşviq etdi.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze etiraf edib ki, son dörd il ərzində Gürcüstanda 4 dəfə inqilaba cəhd olunub. Bu dörd cəhddə xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər iştirak edib: “Biz xarici agentliklərə QHT-lər vasitəsilə inqilablar təşkil etmək cəhdlərinə qarşı durmalıyıq. Bu, bizim gürcü xalqı qarşısında məsuliyyətimizdir. “Şəffaflıq haqqında” qanun Gürcüstanda hər kəsin QHT-lər və xarici maliyyə vasitəsilə növbəti inqilab təşkil etmək cəhdinin qarşısını almağa hesablanıb”.

USAID-lə bağlı araşdırmalar davam edir, daha yeni şok effekti verən faktların üzə çıxacağı istisna deyil. Tramp administarsiyasının hansı yekun qərarı verəcəyini də yaxın zaman göstərəcək. İstənilən halda, bu agentlik daha əvvəlki tək olmayacaq. Çünki USAID dövlət içində dövlət olub və hətta ABŞ-ın maraqlarına zidd fəaliyyət göstərib. Bayden administrasiyası bütün bunlara göz yumub və Samanta Pauer dövlət büdcəsindən öz maraqlarını reallaşdırmaq üçün istədiyi kimi istifadə edib. Zaman göstərdi ki, Azərbaycan Prezidenti bu məsələdə necə uzaqgörən olub. Dövlət başçısı hələ ötən ilin dekabrında “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Trampın onu qadağan edə biləcəyini deyib.

Prezident bildirib ki, yardım asılılıq yaratmamalıdır: “Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil... Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz: “Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”.

Yeri gəlmişkən, amerikalı milyarder İlon Mask dövlət tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” (Voice of America) və “Azadlıq Radiosu” (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını dəstəkləyib. O, ABŞ-nin keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenellin bu mətbu orqanları “keçmişin qalığı” və “ultrasol aktivistlərlə dolu” adlandırdığı postu paylaşaraq yazıb: “Bəli, onları bağlayın. Avropa artıq azaddır, bu KİV-i heç kim dinləmir və onlar “amerikalı vergiödəyicilərinin cibindən ildə 1 milyard dollar yeyirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Fevral 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see476

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see375

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see336

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see289

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see288

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see283

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see200

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see134

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri