Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

İnsan sağlamliğina verilən dəyər

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

525 ci qəzet USAID lə bağlı daha bir ifşa

525 ci qəzet USAID lə bağlı daha bir ifşa

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Pərvanə SULTANOVA
[email protected]

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin  (USAID) qanunsuz işləri, hətta fırıldaqları barədə faktlar bitib tükənmək bilmir. Hər gün yeni-yeni şok effekti yaradan faktlar üzə çıxır. Məlum olur ki, USAID humanitar fəaliyyət adı altında qanunsuz işlərlə məşğul olub, terror qruplaşmalarının maliyyələşdirlməsindən tutmuş, ölkələrdə çevrilişlərə, inqilbaların törədilməsinə təşviq edib, bunun üçün maliyyə ayırıb, çirkli pulların yuyulmasında iştirak edib.

Bu günlərdə ABŞ-ın Pensilvaniya ştatından olan respublikaçı konqresmen Skot Perri Nümayəndələr Palatasında keçirilən dinləmələrdə bəyan edib ki, USAID “Əl-Qaidə”, “Taliban”, İŞİD və “Boko Haram” terror qruplaşmalarını maliyyələşdirib.

Yada salaq ki, 1961-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən təsis edilən USAID-in elan edilmiş məqsədləri sırasında xəstəliklərin, aclıq və yoxsulluğun yayılmasına qarşı mübarizə, inkişaf etməkdə olan ölkələrin iqtisadi artımını dəstəkləmək və s. daxildir. Amma görünən odur ki, bu agentlik sadəcə görüntü xatirinə humanitar fəaliyyətlə məşğul olub. Bunun alt qatında isə məşğul olmadığı fəaliyyət sahəsi qalmayıb. Və nəhayət ki, əməlləri ifşa olunmağa başlayıb. Konqresmen Perrinin sözlərinə görə, ekstremistlərin maliyyələşdirilməsinə, o cümlədən “terror düşərgələrinin” dəstəklənməsinə ildə təxminən 697 milyon dollar xərclənib.

Yeri gəlmişkən, USAID-in “Əl-Qaidə” teror təşkilatı üçün 10 min porsiya yemək alınması, “Əl-Qaidə”nin gələcək lideri Ənvər Əl-Əvlakinin kollecdə təhsilini maliyyələşdirməsinə dair faktlar artıq açıqlanıb. Amma məlumdur ki, bu dəstək qeyd edilənlərlə bitmir. Yaxın günlərdə daha geniş faktların üzə çıxacağı istisna deyil. Çünki amerikalı konqresmenin sözlərindən məlum olur ki, terror qruplaşmaları üçün böyük vəsait ayrılıb.

Üstəgəl, bu təşkilat mədəniyyət, incəsənət, gənclərlə bağlı bir sıra proqramlar həyata keçirib ki, bunda da məqsəd yad dəyərləri cəmiyyətlərdə təbliğ etmək olub. Buna misal kimi Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT müzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi, Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığı və digər proqramları göstərmək olar.

Həm də əsas məqsəd məhz etirazçı kütlə yaratmaq, onları bir araya gətirərək hökumətlərə qarşı hazırlamaq olub. Latın Amerikası ölkələri bunun ən “parlaq” nümunələridir. USAID-in Latın Amerikası ölkələrində reallaşdırdığı layihələr məhz hökumətləri devirmək hədəfini daşıyıb.

Onu da vurğulayaq ki, konqresmen Perri, həmçinin USAID-in Pakistanda 120 məktəb tikintisinə 136 milyon dollar xərclədiyini tənqid edərək, binaların tikildiyinə dair heç bir sübutun olmadığını söyləyib.

USAID-ə qarşı daha bir ittiham təşkilatın Mərkəzi Asiya sakinlərinin Rusiyaya kütləvi miqrasiyasını təşkil etməklə bağlıdır. Xarici media yazır ki, qurumun keçmiş SSRİ respublikalarından birinin vətəndaşları üçün internet saytını maliyyələşdirdiyi üzə çıxıb. Bu portal yerli sakinləri Rusiyaya köçməyə sövq edib və onlara bunun üçün ən yaxşı yol barədə göstəriş verib. USAID-in diasporalardan tutmuş siyasətçilərə qədər müxtəlif miqrant tərəfdarı olan qüvvələrə də sponsorluq edə bilməsi istisna deyil. Rusiya mediası iddia edir ki, məqsəd ölkədə daxili sabitliyi pozmaq olub.

Agentliyə qarşı daha bir ittiham isə Hindistandan irəli sürülüb. Belə ki, USAID və amerikalı milyarder Corc Sorosun fondu respublikanın daxili işlərinə qarışmaqda ittiham olunur. ABŞ hökumətinin işinin səmərəliliyinin artırılması üzrə quruma (DOGE) rəhbərlik edən İlon Mask USAID-in amerikalı vergi ödəyicilərinin pullarını ziddiyyətli proqramlara xərclədiməsi ilə bağlı yeni bir sənəd dərc edilib. Siyahıda, xüsusilə, "Hindistanda seçici fəallığının artırılması" üçün 21 milyon dolların ayrılması və "Banqladeşdə siyasi mühitin gücləndirilməsi" üçün 29 milyon dolların ayrılması da əksini tapıb.

Xatırladaq ki, Banqladeşdə keçən ilin yazında kütləvi iğtişaşlar baş verib. Bu iğtişaşlar Hindistana yaxın olan Banqladeş hökumətinin süqutuna və ölkənin Baş nazirinin Yeni Dehlidə sığınacaq axtarmasına səbəb olub. Vaşinqtondan gələn bu açıqlamalar, USAID-in Hindistan və Cənubi Asiya regionundakı digər ölkələrdə siyasi proseslərə maliyyə ayırdığını ortaya qoyaraq, Hindistanın Baş naziri Narendra Modinin yaxın ətrafında və ölkənin hakim partiyasında hiddətli reaksiyalara səbəb olub.

Hindistandan olan iqtisadçı Sanciv Sanyal USAID-in fəaliyyətini "insanlıq tarixinin ən böyük fırıldağı" adlandırıb: “Bilmək istərdim ki, “Hindistanda seçici fəallığının artırılmasına” xərclənən 21 milyon dollar və “Banqladeşdə siyasi mənzərənin gücləndirilməsinə” xərclənən 29 milyon dolları kim alıb, hələ Nepalda “fiskal federalizmin” təkmilləşdirilməsi üçün xərclənən 29 milyon dolları demirəm”.

Hind siyasətçisi Amit Malviya isə bildirib ki, seçici fəallığı üçün 21 milyon dollar açıq-aydın Hindistandakı seçki proseslərinə xarici müdaxilədir: "Bunu alan kimdir? Əlbəttə ki, hakim partiya deyil".

Siyasətçinin sözlərinə görə, Hindistanın daxili işlərinə qarışmaqda amerikalı milyarder Corc Soros və onun "Açıq Cəmiyyət" Fondu da iştirak edib. Bu fond USAID vasitəsilə maliyyələşdirilib.

Hindistan Konqresinin üzvü Nikişant Dubinin sözlərinə görə, məhz Nepal və Banqladeşdəki iğtişaşlara ABŞ Beynəlxalq İnkişaf Agentliyi səbəb olub.

Bu yaxınlarda paytaxt Dehli bölgəsində keçirilən yerli seçkilərdə böyük qələbə qazanan hakim Hindistan Bharatiya Janata Partiyası (BJP) “müdaxilə” iddiası ilə çıxış edərək, Amerika pullarının məhz kimin aldığını öyrənməyi tələb edib.

Qeyd edək ki, Trampın andiçmə mərasimindən dərhal sonra yaradılan və İlon Maskın rəhbərlik etdiyi DOGE dövlət xərclərinin azaldılması məsələsi ilə məşğuldur. Əslində, DOGE nəhəng federal aparatı kökündən azaltmaq, israfçılığı və bürokratik səmərəsizliyi ifşa etmək məqsədi ilə yaradılıb və ilk gündən ABŞ-ın büdcə xərclərinin genişmiqyaslı auditinə başlayıb. Yeni qurum fəaliyyət göstərdiyi ilk 80 saat ərzində təxminən 420 milyon dollarlıq lüzumsuz dövlət müqavilələrini ləğv etdiyini açıqlayıb. İlon Mask hökumət xərclərini ümumilikdə 2 trilyon dollar azaltmağı hədəfləyir.

Tramp və Mask daha əvvəl USAID-ə qarşı çıxış ediblər. ABŞ prezidenti agentliyi korrupsiyada ittiham edib, Mask isə USAID-i “Amerikaya nifrət edən radikal solçu marksistlərin ilan yuvası” adlandırıb. DOGE rəhbəri Mask, həmçinin agentliyi cinayətkar adlandıraraq, COVID-19 da daxil olmaqla onu biosilahların  tədqiqatlarını maliyyələşdirməkdə ittiham edib. Onun sözlərinə görə, USAID-in gördüyü işlərin çoxu yoxlamalara tab gətirməyən şübhəli üsullarla seçkilərə təsir etmək məqsədi daşıyırdı. O, agentliyi səriştəsiz və olduqca korrupsioner adlandırıb.

Xatırladaq ki, bu il yanvarın sonunda ABŞ hökuməti 90 gün müddətinə USAID tərəfindən idarə olunan bütün xarici yardım proqramlarını dayandırıb. Agentliyin Vaşinqtondakı mənzil-qərargahı bağlanıb, saytı və hesabı ləğv edilib. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, bu qərar təşkilatın Tramp administrasiyasına vəsaitlərin necə xərcləndiyi barədə məlumat verməkdən imtina etməsi ilə bağlıdır. Bundan əlavə, Amerika hökuməti USAID-in 10 mindən çox işçi sayını 294 nəfərə endirməyi planlaşdırır.

Trampın yanvarın 20-də vəzifəsinin ilk günündə imzaladığı sərəncam, xarici yardımı 90 gün müddətinə dayandırdı və bu qərar ilk növbədə təbii ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən humanitar proqramlara təsir etdi. Prezident agentliyi görünməmiş səviyyədə korrupsiyada və pulları böyük fırıldaqçılıqla xərcləməkdə ittiham edib. USAID-lə bağlı yekun qərar yəqin ki, yaxın günlərdə veriləcək. Amma istənilən halda heç nə daha əvvəlki kimi olmayacaq. ABŞ-ın yeni administrasiyası büdcə vəsaitlərinin xərclənməsinə ciddi nəzarət edəcək. Birmənalı şəkildə USAID əvvəlki tək fırıldaqçılıqla məşğul ola, siyasi müdaxilələr edə, büdcəni istədiyi məqsədlər üçün xərcləyə bilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Fevral 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see414

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see334

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see262

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see262

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see255

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see254

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see248

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see245

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see238

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see238

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see232

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see231

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see225

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see225

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see213

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see207

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see204

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see203

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see195

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri