525 ci qəzet Trampın müşaviri: USAID in fəaliyyəti ABŞ nin strateji maraqlarına cavab vermir
525.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti Vaşinqtonun öz strateji maraqlarını təmin etməsinə kömək etmir.
525.az “Report” a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts NBC telekanalına müsahibəsində bildirib.
“ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio, İlon Mask, mən özüm və USAID ilə işləyən bir çox şəxs hesab edir ki, çox vaxt onun missiyaları və proqramları Çinlə qarşıdurmada daxil olmaqla ABŞ-nin strateji maraqlarına cavab verməyib”, – o qeyd edib.
Xatırladaq ki, ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Trampın qərarı ilə dövlət katibi Marko Rubio bu qurumun müvəqqəti başçısı təyin edilib.
USAID-ə qarşı tədbirlər Trampın əvvəllər ABŞ hökumətinin səmərəliliyinin artırılması, şişirdilmiş dövlət aparatının azaldılması və bürokratiya ilə mübarizə üzrə yeni qurumun rəhbəri təyin etdiyi amerikalı milyarder İlon Maskın təşəbbüsü ilə qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 Fevral 2025 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















