525 ci qəzet ÜST uşaqlar üçün xərçəngə qarşı pulsuz dərman proqramının həyata keçirilməsinə başlayıb
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aşağı və orta gəlirli ölkələrdə uşaqlar üçün xərçəngə qarşı pulsuz dərmanların verilməsini təmin edən yeni platformaya start verildiyini elan edib.
525.az “Report” a istinadən xəbər verir ki, təşəbbüs sağ qalma göstəricilərinin artırılmasına yönəlib.
Dərmanların birinci partiyası artıq Monqolustan və Özbəkistana çatdırılıb və yaxın vaxtlarda Ekvador, İordaniya, Nepal və Zambiyaya göndərilməsi gözlənilir. Dərman vasitələri qeyd olunan ölkələrdə təxminən 5000 uşağın müalicəsində istifadə olunacaq.
Platformanın növbəti 5-7 il ərzində 50 ölkəni əhatə edəcəyi və təxminən 120 min uşağın dərmanla təmin olunacağı nəzərdə tutulur. ÜST pulsuz dərman təminatının pilot mərhələdən sonra da davam edəcəyinə zəmanət verir.
Proqram ilk dəfə 2021-ci ilin dekabrında elan edilib. Onun həyata keçirirlməsi ÜST və St. Jude Uşaq Tədqiqat Xəstəxanasının (ABŞ) əməkdaşlığı sayəsində mümkün olub. Xəstəxana layihənin həyata keçirilməsi üçün 200 milyon dollar ayırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 11 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















