Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Xərçəng xəstələrinin sayı 67% artacaq

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

525 ci qəzet Dəb, yoxsa gələcək üçün sərmayə?

525 ci qəzet Dəb, yoxsa gələcək üçün sərmayə?

525.az saytına istinadən Icma.az xəbər verir.

Aytac SAHƏD

Fikir vermisinizsə, son dövrlərdə uşaqlar üçün nəzərdə tutulan kursların sayında ciddi artım var. Məlum tendensiya özlüyündə inkişafdan xəbər verir. Lakin bu sahədə hökm sürən xaotik gedişat da açıq-aydın görünür. Valideynlər övladlarını eyni anda bir neçə fərqli sahəyə yönəldirlər. Uşaq bir gündə iki-üç məşğələyə getməli olur ki, bu da istər psixoloji, istərsə də fiziki cəhətdən uşaqların həddən artıq yüklənməsinə səbəb olur. Ancaq əksini düşünən valideynlər də çoxdur.

Həmsöhbətimiz Aygün xanım da bu qəbildəndir. Oğlunu eyni vaxtda bir neçə kursa yazdıran müsahibimizin fikrincə, vacib olan uşağı uğurlu fərd kimi formalaşdırmaqdır: "Oğlum bir neçə ildir ki, müxtəlif kurslara gedir. Məsələn, bir müddət şahmat dərsləri aldı. Mənə çox maraqlı idi ki, o, şahmatı sevə biləcəkmi? Zamanla gördüm ki, şahmata marağı yoxdur. Daha sonra rəqsə göndərdim, ancaq rəqsi çox bəyəndi. Düşünürəm ki, bu bacarıq ona gələcəkdə də lazım olacaq. Sabah hansısa toyda, məclisdə durub oynamağa utanmayacaq. İndi isə rəsmə gedir. Rəsm dərsləri onun zövqünü formalaşdırır. Paralel olaraq ingilis dili ilə də məşğul olur. Üzgüçülüyə də göndərirəm. Uşaqlar üçün növündən asılı olmayaraq, idman çox vacibdir. Onu da deyim ki, oğlumu nəyə gəldi yönləndirmirəm. Fikrimcə, bu bacarıqların hamısı ona gələcəkdə lazım olacaq. Məsələn, mən özüm üzgüçülüklə məşğul olmağı çox istəyərdim. 35 yaşım var, hələ də üzməyi bacarmıram, hətta bir dəfə az qalmışdı dənizdə batam. Yaxud da atası yaxşı rəqs etməyi bacarmır. Öz təcrübəmdən çıxış edərək istəyirəm ki, oğlum ən azından bu şeyləri yaxşı bacarsın. Düzdür, gün ərzində çox yorulur, ancaq indi elə zəmanədir ki, uşaqlar həyətdə oynamırlar. Boş vaxtları olan kimi ya televizora baxırlar, ya da telefona qaçırlar. Belə kurslara gedəndə isə lüzumsuz şeylər üçün vaxtları qalmır".

Tanınmış təhsil eksperti Nadir İsrafilov isə deyir ki, uşaqları eyni vaxtda bir neçə sahəyə yönləndirməyin müsbətdən çox mənfi tərəfləri var: "Bu gün biz bir vaxtlar "məktəbəqədər tərbiyə" adlanan uşaq müəssisələrini, "məktəbəqədər təhsil" müəssisələrinə çevirməklə, üstəlik, məktəblərdə "məktəbə hazırlıq qrupları" açmaqla, uşaqların fiziki durumunu bir az da ağırlaşdırmışıq. 5 yaşından təhsilə başlamaq azmış kimi, hələ bir təhsilə daha erkən başlamaq barədə fikirlər də səsləndiririk. Bir mühüm məqamı unuduruq ki, məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır.

Bəzi valideynlər haqlı olaraq bildirirlər ki, ikinci sinif uşağına kompüterlə bağlı kitab üzrə dərs keçirlər, amma uşağa kompüterə baxmaq ziyan olduğu üçün keçilən dərsin bir mənası olmur. Eyni zamanda, yeddi yaşında uşağa musiqi dərsində temp, ritm barədə məlumat öyrədilir. Nəticədə uşaq artıq ikinci sinifdən informasiyanı beyninə yerləşdirə bilmədiyi üçün onda məktəbə qarşı biganəlik hissi formalaşır".

Ekspert qeyd edir ki, məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını təkcə valideynlər deyil, psixoloqlar və təhsil mütəxəssisləri də dəfələrlə dilə gətiriblər: "Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf ediblər. Əslində, uşaqları ifrat dərəcədə yükləməklə onları bir növ öz uşaqlıq həyatlarını yaşamaqdan məhrum etmiş oluruq. Kimlərinsə uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn etmələri kökündən yanlışdır.

Uşaqların dərs yükünün ağır olması, ev tapşırıqlarının çoxluğu ilə bağlı şikayətlər uzun illərdən bəri müzakirə obyektinə çevrilsə də, ortaq məxrəci tapılmayan bir problem olaraq qalmaqdadır. Gələcək nəslin fiziki və mənəvi sağlamlığına nə dərəcə ziyanlı olub-olmadığı nəzərə alınmadan, qloballaşma dövrünü yaşayırıq və bu, təkcə bizdə deyil, bütün dünyada belədir. Halbuki hər bir valideyn üçün uşağın fiziki və mənəvi sağlamlığı onun gələcək karyerasından daha önəmli olmalıdır.

Məktəbdə dərs yükünün ağırlığı azmış kimi, bir sıra valideynlər sanki, dəb xatirinə və ya qohum-qonşulardan fərqlənmək naminə məktəbdən onsuz da halsız gələn övlanlarını eyni zamanda bir neçə kursa - əlavə hazırlıqlara  göndərməklə, onları əslində istismar etmiş olurlar. Unudurlar ki, məktəbdən sonraki fəaliyyət daha çox uşağın asudə vaxtının təşkilinə yönəlməlidir. Dərsdən sonra ya musiqi məktəbinə, ya da hər hansı idman seksiyasına getmək olar. Görünür, məktəblərdə dərnək məşğələlərinə formal yanaşıldığı üçün bu zərurət yaranır. Halbuki bir vaxtlar nəktəblərdə fəaliyyət göstərən dram, rəqs, digər özfəaliyyət qruplarından nə qədər tanınmış mədəniyyət və incəsənət xadimləri çıxardı".

Psixoterapevt Elmir Əkbərin sözlərinə görə, bu məsələ incə və həssas yanaşma tələb edir: "Bu, bizim ağrılı yerimizdir. İndi məktəb proqramı çox ağır olduğu üçün öhdəsindən gəlmək də çətindir. Üstəlik, elə dövrdə yaşayırıq ki, uğurlu şəxsiyyət yetişdirmək üçün xeyli tələblərə əməl etməliyik.  Məsələn, uşaq biri üzgüçülük olmaqla, iki idman növü ilə məşğul olmalıdır. İkincisinin də kollektiv idman növü olması faydalıdır. Vacib deyil ki, hər gün getsin, sadəcə qrafiki düzgün qurmaq lazımdır. Ancaq valideynlərə uşaqlarını futbola qoymağı məsləhət görmürəm. Futbola gedən uşaqlar sonra dərs oxumaq istəmirlər. Elə bilirlər ki, Messi, Ronaldo olub, milyonlar qazanacaqlar. Bir də boksa qoymağı məsləhət görmürəm. Çünki bu idman növündə uşaqlar kəllə-beyin travması alırlar. Biri ingilis dili olmaqla uşaqların iki dili bilməklərində də fayda var. Bizim ölkə olaraq coğrafi mövqeyimiz elədir ki, ingilis və rus dillərini bilmək hava, su qədər vacibdir. Normal bir işə qəbul zamanı hətta sözügedən dillər lazım olmasa da, tələb edirlər".

Psixoloqun fikrincə, seçilən məşğələ növünün uşağın fərdi keyfiyyətlərinin formalaşmasına təsiri müxtəlif olur: "Bəzi uşaqlara komplekslərini aradan qaldırmaq üçün rəqs dərməklərinə getmələri məsləhətdir. Bir qrup uşaqlara isə istedadlarını inkişaf etdirmək üçün incəsənətin müxtəlif növlərindən dərs almaq lazımdır. Gəlin etiraf edək ki, hər bir valideyn övladını uğurlu görmək istəyir. Amma bəzən valideyn uşağını heç bir istedadı və marağı olmayan sahəyə zorakılıq tətbiq edərək yönləndirir. Məsələn, valideynin gimnastikadan xoşu gəldiyi üçün uşağı məcburən bu sahəyə yönləndirir. Bu, yolverilməzdir. Bir neçə bir-birinə uyğun gəlməyən şeylərlə uşağa yükləmək olmaz. Dediklərim subyektiv fikirlərim yox, elmi sübutlara əsaslanan faktlardır. Bütün inkişaf etmiş qərb ölkələrində belə nümunələr var. Ümumiyyətlə, ibtidai təhsil dönəmində uşaqları çox yükləmək lazım deyil. Əsasən uşağın psixi-sosial bacarıqlarının inkişafı üzərində fokuslanmaq lazımdır. Müasir dünyanın tələbləri ilə ayaqlaşmaq üçün bəzi şeylərə riayət eləmək mütləqdir. Ancaq yaxşı olar ki, valideynlər uşaqları hansısa dərnəyə yazdırmadan öncə mütəxəssislə məsləhətləşsinlər".

Görünən odur ki, bu mövzuda yekdil fikir söyləmək çətindir. Çünki ziddiyyətli məqamlar çoxdur. Əgər subyektiv fikrimi əsas tutsam, deyə bilərəm ki, valideyni uşağın sabahı kimi, bu gününü də düşündürməlidir. Yoxsa eyni vaxtda bir neçə fərqli  dərnəklərə yönləndirməklə valideyn öz də bilmədən uşağı fiziki cəhətdən həddəndən artıq yükləməkdən əlavə, həm də onun getdiyi kurslardan hansınasa dərindən yiyələnməsinə maneçilik törədir - nəticədə isə uşaq, necə deyərlər, Əli aşından da olur, Vəli aşından da. Halbuki övladının uğurlu gələcəyi naminə düzgün bünövrə formalaşdırmaq valideynin başlıca öhdəliklərindəndir. Əlbəttə ki, qayğısız uşaqlıq illərinin haqqını vermək şərtilə...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Fevral 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see638

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see440

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see292

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see262

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see258

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see248

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see247

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see247

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see242

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see237

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see232

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see227

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see211

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see207

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see207

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see203

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see195

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see193

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see185

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri