Icma.az
close
up
RU
525 ci qəzet Vaşinqtonun kökə və kötək strategiyası

525 ci qəzet Vaşinqtonun kökə və kötək strategiyası

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Rusiyanın G7-dən çıxarılmasının səhv addım olduğunu bildirən ABŞ prezidenti Donald Tramp Rusiyanı yenidən G7-yə qaytarmaq istədiyini açıqlayıb. Böyük Yeddilik kimi tanınan G7 formatına ABŞ-la yanaşı, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiya daxildir. Rusiyanın 1997-ci ildə bu formata qoşulması ilə Böyük Yeddilik G8-ə çevirilmişdi. Lakin 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya bu formadan çıxarıldı. Fevralın 12-də rusiyalı həmkarı Vladimir Putinlə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar aparan Donald Tramp Rusiyanın yenidən G7-lərin sırasına qaytarmağı təklif edir.

Bu, Vaşinqtonun Moskvaya təklif etdiyi "kökə"dir. Trampın Rusiyaya "kökə" təklifindən bir neçə saat sonra ABŞ vitse-prezidenti Ceyms Devid Vens bəyan edib ki, Vladimir Putin sülh danışıqlarını pozarsa, Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək və Ukraynaya Amerika qoşunlarını göndərəcək. Bu, Vaşinqtonun Moskvaya qarşı "kötək" nümayişidir.

Vaşinqtonun kökə və kötək təklifi Rusiyanın nə qədər çıxılmaz duruma düşdüyünü göstərir. Çünki bu, Vaşinqtonun HƏMAS terror təşkilatına yanaşmasının təxminən eynidir. HƏMAS-ı bütün girovları fevral ayının 15-i, saat 12-dək azad etməyəcəyi halda qiyamətlə üzləşəcəyi ilə təhdid edən Vaşinqton Rusiyanı da sülh danışıqlarını pozacağı halda cəzalandırmaqla hədələyir. Vitse-prezident Rusiyanın Çinin kiçik tərəfdaşına çevrildiyini bəyan edib. Bu, Rusiyanın Çinin vassalına çevrilməsi haqqında səslənən fikirlərin ABŞ-nin vitse-prezidenti tərəfindən fərqli ifadələrlə bəyan edilməsi deməkdir.

Vaşinqtonun bundan sonra Rusiyaya qarşı kökə və kötək strategiyasını davam etdirəcəyini gözləmək olar. Bunu ABŞ-nin vitse-prezident Vensin və müdafiə naziri Pit Heqsetin açıqlamaları da aydın göstərir. Vens bildirib ki, Rusiya ilə anlaşma bir çox insanı şoka salacaq bir razılaşma olacaq. Çox böyük ehtimalla, Rusiyadan İran, Çin və Şimali Koreya ilə münasibətlərinə yenidən düzən vermək də Vaşinqtonun tələbləri sırasında olacaq. Bunu Trampın açıqlamaları və Vensin Rusiyanın Çinin kiçik tərəfdaşı olması ilə bağlı fikirləri də təsdiq edir. Aydın görünür ki, Rusiya 2021-ci ilin dekabrında ABŞ-a və NATO-ya qarşı irəli sürdüyü ultimatumu unudub. Çünki Ukraynaya qarşı müharibədə uğur qazana bilməyən Rusiyanın NATO-nun hərbi strukturunun 1997-ci il sərhədlərinə qaytarılması kimi tələb səsləndirəcək gücü qalmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see170

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see155

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see140

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see132

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri