Icma.az
close
up
RU
Vaşinqtonun Orta Dəhliz və TRIPP strategiyası

Vaşinqtonun Orta Dəhliz və TRIPP strategiyası

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“C5+1” sammiti ABŞ-ın Mərkəzi Asiya maraqlarını əks etdirir

ABŞ, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan hökumətləri birgə bəyanat yayıb. Birləşmiş Ştatların Dövlət Departamenti xəbər verir ki, bəyanat “C5+1” formatının 10-cu ildönümü münasibətilə paylaşılıb. Bəyanatda Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) regional tranzit əlaqələrinin inkişafında rolundan söz açılıb.

Ölkələrin qarşıya qoyduğu məqsədlər arasında Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə bağlı da məsələlər var. Tərəflər təchizat zəncirinin əlaqəliliyini və dayanıqlılığını gücləndirmək məqsədilə Orta Dəhlizin potensialını tam şəkildə inkişaf etdirmək və onu TRIPP-lə birləşdirməklə yüklərin, məlumatların və enerjinin “C5+1” ölkələri və dünya üçün təhlükəsiz hərəkətini təmin etmək, gömrük rejimlərinin uyğunlaşdırılması və şəffaflığının artırılması istiqamətində səyləri davam etdirmək, “C5+1” ölkələri arasında kommersiya və mədəni əlaqələri gücləndirmək üçün aviasiya əlaqəsini genişləndirmək və texnologiya, hasilat və sürətlə inkişaf edən digər sahələrdə təlimləri asanlaşdıran təhsil mübadilələri vasitəsilə kommersiya əlaqələrini möhkəmləndirmək və əmək bazarının peşəkarlığını dəstəkləmək barədə razılığa gəlib.

Qeyd edək ki, “C5+1” platforması 2015-ci ildə ABŞ, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə yaradılan platformadır. Format həmin il xarici işlər nazirləri səviyyəsində başlayıb. 2023-cü il sentyabrın 20-də isə dövlət başçıları səviyyəsinə qaldırılıb. Noyabrın 6-da ABŞ Prezidenti Donald Tramp 5 Mərkəzi Asiya ölkəsinin liderini Ağ Evdə qəbul edib. ABŞ dövlət başçısının Ağ Evdəki iqamətgahında təşkil olunan təntənəli şam yeməyinə Qazaxıstan Prezidenti Kasım–Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qatılıb.

***

Ekspertlər Vaşinqtonda keçirilən “C5+1” sammitini ABŞ-ın bu strateji əhəmiyyətli bölgəyə artan marağının parlaq nümunəsi kimi qiymətləndirirlər. Rusiya ilə Ukrayna arasında davam edən silahlı münaqişə, eləcə də Moskva və Pekinin Mərkəzi Asiyanın zəngin təbii sərvətlərinin istehsalında fəal şəkildə iştirakı fonunda Trampın region liderləri ilə görüşü beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. 2023-cü ildə ilk sammitdən sonra ikinci ABŞ–Mərkəzi Asiya sammitinə ev sahibliyi edən Tramp, nahar nitqində keçmiş prezident Co Baydenin regiona yanaşmasını tənqid edərək, onu həddindən artıq laqeydlikdə günahlandırıb. Amerika lideri administrasiyasının Mərkəzi Asiyaya layiq olduğu diqqət və prioriteti verdiyini vurğulayıb.

Vaşinqtonda “C5+1” formatının 10 illiyi münasibətilə qəbul edilən birgə bəyanat və Ağ Evdə keçirilən sammit ABŞ-ın Mərkəzi Asiya siyasətində yeni dönəmin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu görüş təkcə diplomatik simvolizm daşımır, həm də regionun geoiqtisadi mənzərəsində yeni güc balansının formalaşdığını göstərir. ABŞ Prezidenti Donald Trampın Mərkəzi Asiya liderləri görüşü və TRIPP layihəsini önə çəkməsi Vaşinqtonun regionda uzunmüddətli maraqlarını yenidən bərpa etdiyinin göstəricisidir.

Məlumdur ki, son 10 ildə Mərkəzi Asiya regionu Çin və Rusiya arasında mühüm iqtisadi və nəqliyyat kəsişməsinə çevrilib. “Bir kəmər, bir yol” təşəbbüsü və Avrasiya İqtisadi İttifaqı çərçivəsində Pekin və Moskva bölgədə mühüm infrastruktur üstünlüyü qazanıblar. ABŞ isə bu müddət ərzində regionda daha çox təhlükəsizlik və insan hüquqları məsələləri ilə yadda qalıb, iqtisadi layihələrdə aktivlik nümayiş etdirməyib. Tramp administrasiyasının yeni yanaşması isə bu boşluğu doldurmaq və Mərkəzi Asiya ilə iqtisadi-siyasi əlaqələri real layihələr əsasında dərinləşdirmək məqsədi daşıyır.

Sammitdə vurğulanan əsas ideya – Orta Dəhlizin potensialının TRIPP marşrutu ilə birləşdirilməsi – ABŞ-ın qlobal logistika sistemində Avrasiya üzərindən keçən ticarət xətlərinə birbaşa inteqrasiya niyyətindən xəbər verir. Bu, həm də Avropa–Asiya nəqliyyat əlaqələrinin daha təhlükəsiz və diversifikasiya olunmuş şəkildə təşkili baxımından əhəmiyyətlidir. TRIPP marşrutu yalnız nəqliyyat deyil, həm də enerji, rəqəmsal məlumat axını və texnoloji əməkdaşlıq kimi sahələri əhatə edir. Bu, Mərkəzi Asiya ölkələrinin enerji resurslarını Qərb bazarlarına çıxarmaq üçün yeni imkanlar yarada bilər.

Əlavə olaraq bəyanatda təchizat zəncirlərinin təhlükəsizliyinin və gömrük prosedurlarının şəffaflığının artırılmasına yönəlik bəndlər diqqət çəkir. Bu, ABŞ-ın son illərdə xüsusilə Çin iqtisadi modelinə qarşı formalaşdırdığı etibarlı tərəfdaşlıq konsepsiyasının regional tətbiqi kimi dəyərləndirilə bilər. Vaşinqton region dövlətlərini təkcə geosiyasi tərəfdaş deyil, həm də yüksək texnologiyalar və istehsal zəncirlərinin yeni qovşağı kimi görür.

Trampın sammitdə Bayden administrasiyasını regiona laqeydlikdə ittiham etməsi siyasi jest olmaqla yanaşı, həm də ABŞ daxilində Mərkəzi Asiya siyasətinə dair prioritet fərqini göstərir. Əgər Bayden dövründə Mərkəzi Asiya daha çox insan hüquqları və demokratik islahatlar kontekstində nəzərdən keçirilirdisə, Tramp bu bölgəyə iqtisadiyyat və təhlükəsizlik prizmalarından baxır. Bu yanaşma real layihələr, investisiya mexanizmləri və infrastruktur təşəbbüsləri vasitəsilə Vaşinqtonun təsir imkanlarını artırmaq məqsədi güdür. “C5+1” formatının əvvəlki illərdə daha çox diplomatik səviyyədə qaldığı halda, hazırda onun iqtisadi və logistik xarakter daşıması regional dinamikanın dəyişdiyini göstərir. ABŞ-ın təşəbbüsü ilə Orta Dəhlizin inkişafına yeni texnoloji və maliyyə dəstəyinin ayrılması, eləcə də təhsil mübadilələrinin genişləndirilməsi bu əməkdaşlığı uzunmüddətli və sistemli bir prosesə çevirə bilər. Ən önəmlisi isə Vaşinqtonun regionda balanslaşdırıcı rol oynamaqla Rusiya və Çinin təsirini məhdudlaşdırmaq istəyi açıq görünür.

Tramp administrasiyasının Beynəlxalq Sülh və Rifah Marşrutu vasitəsilə qurmaq istədiyi yeni iqtisadi əlaqələr sistemi həm regional sabitliyin qorunması, həm də Avrasiya üzərindən keçən qlobal ticarət yollarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, Vaşinqtonun Mərkəzi Asiyaya bu səviyyədə diqqət ayırması artıq təkcə siyasi jest deyil, qlobal iqtisadi strategiyanın vacib tərkib hissəsidir.

Azərbaycan da “C5+1” formatı çərçivəsində formalaşan yeni regional əməkdaşlıq xəritəsinin təbii və strateji tərəfdaşı kimi ön plana çıxır. TRIPP layihəsinin Orta Dəhlizlə birləşdirilməsi ideyası məhz Bakı–Tbilisi–Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi infrastruktur zəncirlərinə söykənir. Bu marşrutun uğuru Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat imkanları ilə sıx bağlıdır. ABŞ və Mərkəzi Asiya ölkələrinin tranzit, enerji və texnoloji əlaqələri üzrə planlaşdırdığı əməkdaşlıq, əslində, Azərbaycanın təşəbbüsü ilə illərdir formalaşan logistika sisteminə yeni beynəlxalq impuls verir. Bakı bu mənada TRIPP və Orta Dəhliz inteqrasiyasının real qovşağına çevrilə bilər. Azərbaycanın balanslı xarici siyasəti, regiondakı etibarlı tərəfdaş imici və sülh gündəmi bu böyük iqtisadi layihələrin reallaşması üçün sabitlik təminatıdır. ABŞ-ın və Mərkəzi Asiyanın planlaşdırdığı hər yeni nəqliyyat marşrutu, əslində, Azərbaycanın yaratdığı körpülər üzərindən keçəcək.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri