Icma.az
close
up
RU
525 ci qəzet Yerdə mənəm, göydə mən, sonsuz kainatdayam... Zəlimxan Yaqub 75

525 ci qəzet Yerdə mənəm, göydə mən, sonsuz kainatdayam... Zəlimxan Yaqub 75

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qüvvətim, zorum torpaq,

Ocağım, qorum torpaq,

Səndə bir iz qoymasam,

Alışsın gorum torpaq!

Bu misralar sevimli şairimiz Zəlimxan Yaqubundur. Bütün varlığı ilə sinəsində ölçüyəgəlməz torpaq, Vətən sevgisi gəzdirmiş Zəlimxan Yaqubun.

Zəlimxan Yaqub üçün bir şair kimi mövzu qıtlığı olmayıb heç zaman. Ona görə, dünya sözün həqiqi mənasında poeziyadır. O, adi həqiqətlərə, müşahidə etdiklərinə elə dərin və poetik don geydirir ki, heyran qalmaya bilmirsən. 

İndi şeir yazan, şairlik eşqinə düşənlər çoxdur. Yazırlar, yazdıqlarının heç mürəkkəbi qurumamış da kitabları çap olunur. Ancaq bircə misraları da yadda qalmır, oxucu qəlbinə yol tapmır.  Zəlimxan Yaqubun isə öz dünyası vardı, özünəməxsus söz dünyası. Bu dünya hikmətlə doludur. Hər gün oxusan da, bu şeirlərdən ayrıla bilmirsən. Onun şeirlərinin əksəriyyəti dillər əzbəridir, mahnılar bəstələnib, yaddaşlara həkk olunub. Bir şair kimi, bu, Zəlimxan Yaqubun xoşbəxtliyidir. Çünki Zəlimxan Yaqub sadəcə  yazmaq xatirinə şeir yazanlardan deyildi, ürəyinin atəşi püskürüb onu dilləndirəndə yazırdı. Daha doğrusu, qəlbinin dərinliyindən süzülüb gələn misraları kağıza köçürürdü.

Elinə, yurduna bağlı əvəzsiz şairimiz Zəlimxan Yaqubun dünyasını vaxtsız dəyişməsi çox ürəklərə dağ çəkdi. Hələ sağlığında ikən milyonların könlündə özünə mənəvi abidə ucaldan, barəsində elmi monoqrafiyalar, yüzlərlə elmi-publisistik məqalələr yazılan, şəninə şeirlər qoşulan bu böyük söz ustadına sevgi onun vəfatından sonra nəinki azaldı, əksinə, daha da çoxaldı. Əziz xatirəsinə həsr olunmuş məqalələr və şeirlər yazıldı, kitablar nəşr olundu.

Bu il Zəlimxan Yaqubun anadan olmasının 75 illik yubiley ilidir. İl təzə başlasa da, artıq ölkəmizin müxtəlif guşələrində yubiley tədbirlərinin keçirilməsinə başlanılıb. Mən də qərara gəldim ki, onunla bağlı respublikamızın tanınmış elm və sənət adamlarının fikirlərini öyrənim. Kimə üz tutdumsa, ölməz sənətkardan ağızdolusu minnətdarlıq hissi ilə danışdı. Onlardan bir neçəsinin dediklərini oxuculara təqdim etmək istəyirəm:

Xalq şairi Nəriman Həsənzadə Z.Yaqubla bağlı unudulmaz xatirələrinin olduğunu, onun Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu vurğuladı və sözlərini belə tamamladı: "Xalq şairi Zəlimxan Yaqub mənim unudulmaz dostum və istedadlı şairimiz olaraq qalır, sevilir, bundan sonra da seviləcək".

Əməkdar jurnalist Zemfira Məhərrəmli isə şairlə bağlı ürək sözlərini belə ifadə etdi: "Görkəmli şairimiz Zəlimxan Yaqub çox həyati, dinamik adam idi. Olduqca insansevər, cəmiyyətə çatımlı bir şəxs idi. Hər kəs onunla çox rahat ünsiyyətə girə bilərdi. O qədər xoşqılıq, pozitiv bir adam idi ki... Yazıları da başdan-ayağa həyatdı. İnsan onun şeirlərini oxuduqca oxumaq istəyirdi. Onun yazılarında nə qədər gözəl aura, xoş ovqat, əhval-ruhiyyə var. İstəyirsən ki, onun şeir kitabını birnəfəsə oxuyub başa çıxasan. Zəlimxan Yaqub yaradıcılığı insanı özünə ahənrüba kimi çəkir. Həm də düşünürəm ki, bu, onun dəsti-xəttinin bənzərsizliyindən,  dilimizin bilicisi olmasından irəli gəlir.

Zəlimxan Yaqub eyni zamanda Azərbaycan folklorunu, xalq ədəbiyyatımızı çox gözəl bilən bir qələm adamı idi". 

Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu isə bunları söylədi: "Xalq şairi Zəlimxan Yaqubun dünyasını dəyişdiyi 2016-cı il yanvarın 9-dan bizi artıq doqquz il ayırır. Doqquz ildir ki, o, bizimlə deyil. Amma bu ayrılıq sadəcə cismani ayrılıqdır. Şeirlərinin birində özünün də dediyi kimi, o, qəbirdə yatsa belə, bu gün də həyatdadır, bizimlədir. Onu sadəcə "əsli olmayanlar" duya bilməz, şair "soyda, kökdə, özüldə, əsildə və zatdadır", "keçmişdə kökü yaşayır, gələcəkdə budağı". Şər özünü nahaqdan yormasın, "Adəmdən, Nuhdan bəri yolların yolçusu" olan şair artıq Haqqın dərgahındadır. "Səhraların qumu, dəryaların damlası" kimi, o, bu gün hər yerdədi - özünün dediyi kimi, Yerdədi, göydədi, sonsuz kainatdadı:

Səhraların qumuyam, dəryaların damlası,

Yerdə mənəm, göydə mən, sonsuz kainatdayam.

Canım qara torpağın, nəfəsim göylərindi,

Qəbirdə yatsam belə, həmişə həyatdayam.

Xalqın sevgisi onu heç zaman tək qoymadı, dünyasını dəyişəndən sonra isə xalqın öz şairinə olan sonsuz sevgisi, məhəbbəti nəinki azaldı, əksinə, daha da artdı. Dillər əzbəri olan şeirləri, şirin sözü-söhbəti, "illərin izini yaşadan" unudulmaz xatirələri ilə bu böyük söz ustadı daim bizimlə oldu.

Nə qədər ki, xalqımız var, böyük Türk dünyası var, Zəlimxan Yaqub da var olacaq, ona olan ümumxalq məhəbbəti hər ötən gün daha da artacaq".

Filologiya üzrə fəlsəfə doktoru Sevinc Muğanna öz fikrini belə ifadə etdi: "Yaradanın kainata bəxş etdiyi ən ali varlıq olan insanların içərisində elələri olur ki, həqiqətən də Tanrının seçilmişləri olurlar. Zəlimxan Yaqub da bu cür insanlardandır: ailəmizin əzizi, evimizin ən arzulanan, əvəzolunmaz qonaqlarından biri. El arasında belə bir misal var: nədənsə çiçəyi çıtlamaq. Atamla anam Zəlimxan müəllimi görəndə üzlərində çiçək açardı, sevincə bələnərdilər.

O, atama hamı kimi İsa müəllim deyə müraciət etməzdi, "qağa" və "ustad" deyərdi. Atama bu cür müraciəti duyduğu doğmalıqdan, istilikdən, heyranlıqdan irəli gəlirdi. Həmişə sazı sinəsində, üzündə qəribə bir təbəssümlə içəri girərdi. Öz haylı-haraylı, səsli-küylü avazıyla evimizin divarlarını, hər küncünü, bucağını sevindirərdi. Onun haqqında danışanda özümdən asılı olmayaraq içimdə qəribə bir fərəh oyanır. Qan bağlarımız olmasa da, o, bizim doğmamızdır, əzizimizdir. Çaldığı saz havaları, oxuduğu şeirləri indi də qulağımdadır. İndi də o səsi duyuram, eşidirəm. Onunla ünsiyyətdə atam xoşbəxt olurdu. Onun xoşbəxt olması isə bizə dünyaları bəxş edirdi".

Atam dünyasını dəyişəndə onun ailəmizə doğmalığını bir daha hiss etdim. Aralarında qan bağı olmasa da, ata-bala münasibətinin həqiqi olduğuna bir daha şahidi oldum. Onun atama həsr elədiyi "Ün" poeması bu ayrılıqdan sonra bizim üçün ən böyük təsəlli oldu. Onlar sadəcə Haqq dünyasındadırlar. Biz yalan dünyadayıq, onlar haqq dünyasında. İkisinin də məqamı uca, ruhu şad olsun!"

Fuad BİLƏSUVARLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri