Icma.az
close
up
RU
525 ci qəzet Milli Kitabxanada “Xalq şairi Zəlimxan Yaqub” adlı kitab sərgisi açılıb

525 ci qəzet Milli Kitabxanada “Xalq şairi Zəlimxan Yaqub” adlı kitab sərgisi açılıb

Icma.az, 525.az saytına istinadən bildirir.

Milli Kitabxanada çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının  75 illiyi münasibətilə “Xalq şairi Zəlimxan Yaqub” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

525.az xəbər verir ki, sərgidə şairin əsərləri, tərtibçisi olduğu, ön söz yazdığı, rəy verdiyi və redaktə etdiyi  kitablar, həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar,  sözlərinə bəstələnmiş musiqi notları, fotolar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

Ədəbi fəaliyyətinə 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı" rayon qəzetində “Şota Rustaveli” adlı ilk şeiri ilə başlayıb.  Elə o vaxtdan fəal yaradıcılıqla məşğul olub. Ə.Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulub.

1980-ci ildə "Gənclik" nəşriyyatında "Könlümün səsi" adlı ilk kitabı çap olunub.  “Könlümün səsi” (1980), "Yolum eldən başlayır" (1981), "Od aldığım ocaqlar" (1986), "Biz bir eşqin butasıyıq" (1989), ”Şair harayı” (1995), "Bu yaşıl ağıcın altı bizimdi" (2000), "Mən sənin qəlbinə necə yol tapım" (2004), Böyük ömrün dastanı" (2004), "Gözlərimin nurudu doğulduğum bu torpaq" (2005), 13 cildlik külliyyatı   və s.  kitabları kütləvi tirajlarla nəşr olunub. Şairin Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Əbədiyyət dastanı"  yaradıcılığının şah əsərlərdən sayılır.

Zəlimxan Yaqubun ədəbi fəaliyyəti ilə bağlı bir çox məqalə, kitab və monoqrafiyalar - “Rüstəm Kamal. Sazla havalıyam, sözlə diriyəm”(2003),  "Zəlimxan Yaqubdan yazılanlar" (2005), “Azər Turan. Əzəl-axır dünya türkün dünyası” (2007), “Nizami Cəfərov. Zəlimxan Yaqub: məqalələr” (2014),  “Sözün Zəlimxan zirvəsi” (2015), Musa Nəbioğlunun tərtib etdiyi  "Zəlimxan Yaqub ədəbi düşüncədə" 4 cildlik və s. yazılıb.

Zəlimxan Yaqub xalqla bağlı olan, yaradıcılığını folklora kökləyən, şifahi ədəbiyyatımızın incəliklərindən bəhs edən şairdir. O, sazla sözün vəhdətini yaradıb, saza, sözə olan sevgisi ona ən uca zirvələri fəth etməyə yardımçı olub.

1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisdə I çağırış (1995-2000), II çağırış (2000-2005) deputatı olub, ömrünün sonunadək Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik edib.

Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərinə, geniş ictimai fəaliyyətinə görə 50 yaşında Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunub. 55 yaşında Azərbaycanın ən yüksək fəxri adına - “Xalq şairi” adına layiq görülüb. Anadan olmasının 60 illik yubileyi ərəfəsində isə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri