Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

525 ci qəzet Zəlimxan Yaqub Tansu Çilləri necə kövrəltdi?

525 ci qəzet Zəlimxan Yaqub Tansu Çilləri necə kövrəltdi?

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vidadi ORUCOV
Pedaqogika elmləri doktoru, professor

Zəlimxan Yaqub-75

Azərbaycan türkləri öz müstəqilliyini yenidən bərpa etdikdən sonra xalqımızın milli dirçəliş hissləri daha da gücləndi. Türk olduğumuzu söyləməklə bağlı yüz illərdir mövcud olan qadağalar artıq yox olmuşdu. Türkçülüklə bağlı bir ilahi sevda dolaşırdı. Hamı özünün milli kimliyini daha dəqiq bilir, fəxr edir və bunu da qorxmadan qürurla hayqırırdı: Haray, haray, Mən Türkəm...

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası dünyanın bir çox ölkələri ilə diplomatik əlaqələr qurmağa başlamışdı. Türkiyə Respublikası ilə münasibətləri daha da sürətli inkişaf edirdi. Bu münasibətlərin yaxınlığına qısqanclıqla baxan insanlar olsa da, tərəfdarları qat-qat daha çox idi. Bütün dövrlərdə olduğu kimi, Türkiyə Respublikası qardaş bir ölkə olmaqla yanaşı, həm də müzakirəsiz, sübutsuz ən böyük inanc və güvənc yeri idi.

Türkiyənin o zamankı Baş naziri Tansu Çillər daha çox Avropa meyilli idi. Yenicə müstəqillik əldə etmiş Azərbaycana sevgi ilə yanaşmasına baxmayaraq, böyük iqtisadi layihələrin reallaşması ilə bağlı məsələlərə qısqanclıqla yanaşırdı. Bütün məsələləri diqqət mərkəzində saxlayan Ümummilli liderimiz Heydər Əliyevin diqqətindən belə incəliklər yayına bilməzdi. Dünyanın tanınmış siyasətçiləri arasında barmaqla göstərilən bu dahi yaxşı bilirdi ki, siyasət öz gücünü söz yerinə düşəndə göstərir.

Söhbət 1994-cü ilin yazında və yayında "Əsrin müqaviləsi" ilə bağlı danışıqların aparıldığı vaxtlarda olmuşdur. Türkiyənin iş adamı Cengiz Güldamlası bu hadisələri belə xatırlayır: "Müqavilənin bağlanması ilə danışıqların birində Türkiyə və Azərbaycan nümayəndələri arasında bir gərginlik yaranmışdı. Bu məsələdə Tansu Çillərin mövqeyi həlledici idi. Vəziyyətin gərginliyini hiss edən Heydər Əliyev bu məclisdə iştirak edən Zəlimxan Yaquba söz verdi. Türk nümayəndə heyətinin bəzilərinin bir o qədər də yaxşı tanımadığı Zəlimxan Yaqub özünəməxsus amiranəliklə çıxışa başladı. Bir neçə dəqiqədən sonra bütün pıçıltılar kəsilmişdi. Hamı nəfəsini dərib heyranlıqla Zəlimxan poeziyasının qanadlarında, Türk dünyasının özəlliklərini - keçmişini, bu gününü seyr etməkdə idi. Hamı öz içində milli kimliyimiz,  özünüdərk və Türk dünyası ilə bağlı özünə bir divan qurmuşdu. Ağıllara və düşüncələrə hakim kəsilən bu şaman-ozanın səsində elə bil  qərinələrin arxasından boylanan Dədə Qorqud danışırdı... "Bizim olan, bizdən olan bizlərə xoş gəlmisən"...

"Mən yerin altdan çıxdım,

Mən yerin üstdən gəldim.

Bir ucu göyə bağlı

İlahi səsdən gəldim.

Haray sazı, ün sazı,

Ömür sazı, gün sazı,

Sinəmdə türkün sazı,

Dilimdə dastan gəldim".

...Get-gedə haldan-hala düşən bu səslə Türkün tarixini vərəqlədikcə onun səhnəsində Türk dünyasının aydınlıqları eşidilir, biri digərini əvəz edirdi. Bu, Arif Nihat Asiya idi, haray qopararaq: "Yoxsa şu yapraqda Yavuz, Yoxsa şu sayfada Oğuz, Biz də yoxuz, biz də yoxuz" deyirdi... Yoxsa "Ömər Naci, cəzbəsi tutmuş bir Rüfai dərvişi kimi köksünü-bağrını parçalayaraq, "Vətən, Vətən... Ah, Vətən!" deyə avazı çıxdığı qədər hayqırırdı"... Bu ki, türkcə, insanca şeirlər yazan, Tanrını fağır könüllərə endirən,  türkmən qocası Yunus Əmrədir:

"Eyidir hər millətdən

Bu bizim millətimiz.

Heç dində bulunmadı

Dinü dəyanətimiz".

Həzin bir nəğmə gəlir qulaqlara, ..."Mənim sadiq yarım qara torpaqdır" deyərək torpaq, Vətən olan,  "Uzun incə bir yoldayam" deyərək bu gün də könülləri oxşayan türk aşiqi, türk ozanı aşıq Veysəldir:

"Türkük, türklər yoldaşımız,

Hesaba gəlməz yaşımız!

Harda olsa savaşımız,

Türkük, türkü oxuyuruq".

Birdən elə bil yer-göy silkələnir, hər kəsdən ucadan gələn bir səs - bu, Xəlil Rza Ulutürkdür, min illərin yarası olan yarasına nələrin dərman olduğunu çox yaxşı bilir, onu istəyir:

Sarğını, məlhəmi bir kənara qoy,

Dərdimin dərmanı Turandı, qardaş!

Turan mənim üçün yerdən çıxan od,

Göydən nazil olan "Qurandı" qardaş!

Türk dünyasının coğrafiyasını qarış-qarış gəzən, söhbət açan, nəğmə deyən bu səsdən, mənzərədən yavaş-yavaş bir işıq görünür və getdikcə daha da güclənir, mətləblər daha da aydın görünür:

Getdikcə özünə yaxınlaşasan,

Yatasan köklərə, tağlara doğru....

Səslər bir-birini əvəz edir.., bu da Bəxtiyar Vahabzadə: 

Bir ananın iki oğlu

Bir ağacın iki qolu

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə...

...Canım çıxanadək qəlbimin səsi,

"Türkəm" - gerçəyini pıçıldayacaq.

Hamı başını aşağı salıb könlündə bizə nə lazım olduğunu gözəl bilirdi. Hamı bilirdi ki, bu məsələlərlə bağlı çoxu eyni düşüncədə, eyni fikirdədir. Zəlimxan isə özünəməxsus bu millət və vətən sevdalı könülləri bir-bir oxuyurdu:

...Bizə nə lazımdı? Ağız birliyi,

Ağ baxta yol açan ağ üz birliyi.

Qıpçaq qıvraqlığı, Oğuz birliyi

Olsaydı Xətai-Yavuz birliyi,

Axmazdı ildırım, çaxmazdı şimşək, -

Bu gün yumruq kimi birləşə bilsək...

Böyük əminlik və uzaqgörənliklə "Əzəl axır dünya türkün dünyası"  deyən və onun bu gün-sabah bizim olacağını bəyan edən Zəlimxanın simasında gələcəyə hökm edən bir nur-inam işığı yanırdı:

Qovuşacaq bölünənlər, bölgələr,

Nurlanacaq qaranlıqlar, kölgələr,

Diriləcək Oğuz xanlar, Bilgələr,

Türkə səcdə, Türkə təzim olacaq,

Bu gün-sabah dünya bizim olacaq.

Birdən qeyri-ixtiyari olaraq nəzərlər Tansu Çillərə yönəldi. Hələ də Zəlimxan poeziyasının ovsununda yaşayan, uyuyan xanım Çillərin yanaqlarından axan yaş damlasını hamı gördü. Araya çökən qısa bir sükutdan sonra, hamı əsrlərin yuxusundan ayılmış kimi oldu. İndi məclisdəkilər bir-birinə daha yaxın və doğma görünürdü. Hər kəs bu doğmalığın əbədi olması naminə varından yoxundan, canından belə keçməyə hazır idi. Hər kəsin daxilində əminliklə eyni Atadan və Anadan gələn "Qan qohumluğunun", doğmalığının uğurlu və güclü gələcəyi naminə böyük bir inam gəzirdi. Hamının üz-gözündə yalnız doğmaların duya və oxuya biləcəyi səmimi və təbii bir təbəssüm var idi. Elə bil bu uzun sürən danışıqlar prosesində heç bir anlaşılmazlıq olmamışdı. Türkiyə tarixən olduğu kimi, Azərbaycanın yanında idi. Tədbirdə iştirak edənlərin hamısı - istər Türk, istərsə də Azərbaycan nümayəndələri parlaq çıxışına görə Zəlimxan Yaqubu təbrik eləsələr də, ürəklərdə dövlətimizin sabahına nur saçacaq böyük addımın ilk qələbəsini alqışlayırdılar. Ulu öndərimiz Heydər Əliyevin əhval-ruhiyyəsi yaxşı olduğu üçün məclisə özünəməxsus təravət, rəng qatırdı". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Yanvar 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri