Icma.az
close
up
RU
525 ci qəzet Zəngəzurun ermənilərə verilməsi ilə bağlı qanunsuz qərar ləğv edilməlidir

525 ci qəzet Zəngəzurun ermənilərə verilməsi ilə bağlı qanunsuz qərar ləğv edilməlidir

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Bugünkü Ermənistan dövlətinin vaxtilə tarixi Azərbaycana məxsus ərazilərdə yaradıldığı bir həqiqətdir. Bununla bağlı tarixi faktlar, arxiv sənədləri mövcuddur. XX əsrin əvvəllərində Qərbi Azərbaycan ərazisində imperialist dairələrin məkrli məqsədləri və himayəsi ilə Ermənistan adlı dövlətin qurulması mümkün oldu.

Ermənilər tarix boyu Azərbaycan torpaqlarına qarşı iddialar irəli sürüblər. Təəssüf ki, onlar Zəngəzur mahalını da öz ərazilərinə qata biliblər.

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, Xəzər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu bu günlərdə maraqlı təkliflə çıxış edib. O, “525-ci qəzet”də dərc edilmiş məqaləsində Rusiyanın Zəngəzurun ermənilərə verilməsi barədə qərarlarına yenidən baxmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, 2020-ci il noyabrın 9-da 44 gün davam edən Vətən müharibəsində qələbədən, imzalanmış üçtərəfli bəyanatdan və 2023-cü ilin 20 sentyabrında 24 saatdan az davam edən antiterror əməliyyatından sonra Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində Cənubi Qafqaz regionunda, Rusiya-Azərbaycan-Ermənistan arasında münasibətlərdə yeni situasiya yaranıb. Azərbaycan hökuməti və parlamenti Zəngəzur qəzasının qərb hissəsinin xalqımızın iradəsi əleyhinə olaraq Azərbaycandan qoparılıb Ermənistana verilməsinə dair 1920-ci illərdə Rusiyanın ali dövlət, siyasi idarəetmə orqanlarının qəbul etdiyi qərarların ləğvi istiqamətində rəsmi Moskva ilə danışıqlara başlamalı, tarixi ədalətin bərpasına, qərbi Zəngəzur torpaqlarında qanlı repressiyalara, deportasiyaya məruz qalmış azərbaycanlıların varislərinin öz tarixi dədə-baba yurdlarına dinc qayıdışına hüquqi təminat yaradılmalıdır.

Azərbaycanla Rusiya arasında yüksək səviyyəli siyasi, strateji müttəfiqliyin mövcud olduğu hazırkı şərait, Prezident İlham Əliyevin 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq hüquqa söykənən nikbin açıqlaması bu məsələnin müsbət həll edilməsinə inam yaradır.

“Zəngəzurun Ermənistana verilməsi Azərbaycan xalqına qarşı cinayətdir”

Bu təklifin nə dərəcədə real olması ilə barədə “525”ə danışan AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib ki, Zəngəzurun ermənilərə verilməsi ilə bağlı 1920-ci ildə qəbul edilən qərar qanunsuzdur və heç bir hüquqi  əsası yoxdur: “Çünki xalqımızın rəyi nəzərə alınmayıb. Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra - hələ onda daşnak Ermənistanı tutmamışdılar, 1920-ci il oktyabrın 30-da Dərələyəzi, noyabrında Qərbi Zəngəzuru, nəhayət, 1929-cu ildə ümumi sahəsi 16,3 kv km. Göyçə mahalı və ətraf əraziləri Ermənistan SSRİ-nin tərkibinə verdilər. Bunun nə tarixi, nə hüquqi əsası var. Bu, Azərbaycan xalqına qarşı cinayətdir və bununla hüquqi legitimlik deyilən torpaq mülkiyyətinə sabitlik hüququ pozuldu. Mən dəfələrlə söyləmişəm ki, ölkəmizdə referendum keçirib həmin o qərarların hamısını ləğv etmək lazımdır. Buna alternativ yoxdur. Rusiya Dövlət Dumasının deputatları da, başqa ölkələrin qanunverici orqanlarının üzvləri də birmənalı şəkildə təsdiq edirlər ki, Ermənistan deyilən bir qurum hüquq nöqteyi-nəzərindən qeyri- qanunidir. Bunun hüquqi cəhətdən heç bir əsas yoxdur, o torpaq Azərbaycan torpağıdır. Azərbaycan xalqının razılığı olmadan həmin torpaqları ermənilərə verdilər. Məhz ermənilərə. Çünki Ermənistan deyilən bir subyekt Cənubi Qafqaz ərazisində mövcud olmayıb. Qərbi Ermənistan və Şərqi Ermənistan uydurma məsələlərdir. Bu anlayışlar bolşeviklərin uydurmasıdır. Bolşeviklər hamısı sifariş yerinə yetirirdilər. Bakı neftində gözü olan Avropa ölkələrini əllərində saxlayan nobellərin, rokfellerlər, morqanlar və başqalarının. Birinci və İkinci Dünya müharibələri də Bakı üstündə baş verən müharibələrdir”.

C.Bəhramov deyib ki, Azərbaycan tarixində indiyə qədər Şah İsmayıl Xətaidən, Təhmasibdən sonra ilk dəfə 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlində Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevdən başqa heç kim torpaqların toxunulmazlığı haqqında fikir söyləməyib. Yalnız 1945-ci ildə Mircəfər Bağırov Qarabağ məsələsi ortaya çıxanda 20-ci illərdə ermənilərə verilən torpaqların geri qaytarılmasını istəyib. Başqa belə fakt yoxdur.

“Bunlar tamamilə beynəlxalq hüquqa zidd və qanunsuz qərarlardır”

Milli Məclisin deputatı Arzuxan Əlizadə də “525”ə həmin qərarlara yenidən baxılmasının mümkün olduğunu deyib: “1920-ci ildən sonra Zəngəzur da daxil olmaqla Qərbi Azərbaycan adlandırdığımız tarixi Azərbaycan torpaqlarının 20 min kv. km ərazisi ermənilərə verildi. O zaman verilən bu qərarların heç bir beynəlxalq hüquqi əsası olmayıb. Bu qərarlar həmin ərzilərdə yaşayan soydaşlarımızın rəyləri nəzərə alınmadan verilibdir. Əslində tamamilə beynəlxalq hüquqa zidd və qanundankənar qərarlardır. Bir çox hallarda soydaşlarımızı ordan sürgün ediblər, zorla çıxarıblar”.

Deputat deyib ki, Azərbaycan özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin varisi elan edib. 1991-ci il Müstəqillik Aktında da bunu xüsusi qeyd etmişik: “Eləcə də ermənilərin də Müstəqillik Aktlarında Ermənistan özünü 18-20-ci illərdə mövcud olmuş dövlətin varisi elan edib. Deməli, biz həm də həmin dövlətin torpaqlarının, ərazisinin varisiyik. Əslində bu da bir varinatdır ki, Rusiya keçmiş SSRİ-nin hüquqi varisidir və o qərarları Rusiya ilə müzakirə etmək olar, amma istənilən halda Azərbaycan bu məsələni beynəlxalq müstəviyə qaldırmaqla erməniləri həmin ərazilərdən geri çəkilməyə vadar edə bilər. Hüquqi müstəvidə bunu edə bilərik. Çünki həmin qərarların heç birinin hüquqi əsası yoxdur. İstər 1920-ci il olsun, istər ondan sonrakı olsun. Axrıncı qərarlar var ki, 1969-cu il may ayında Nüvədi kəndi ilə bağlı onların heç birinin hüquqi qüvvəsi yoxdur”.

Qeyd edək ki, 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. Həmin il Nüvədinin Ermənistana verilməsi ilə bağlı Azərbaycan hökumətinin qəbul etdiyi qanunsuz qərar 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir.

A.Əlizadə hesab edir ki, beynəlxalq hüquqi müstəvidə iş açmaqla həmin  ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı qərarların qəbuluna nail olmaq mümkündür: “Rusiya SSRİ-nin siyasi varisidir və onunla hansısa razılaşmalarla bunu etmək o qədər ağlabatan görünmür. Digər tərəfdən, Azərbaycanın da, Ermənistanın da sərhədləri beynəlxalq ictimaiyyət tərəfindən tanınır və hər iki dövlət BMT-nin üzvləridir. Amma bir daha demək istəyirəm ki, əgər 18-ci ildə yaradılmış dövlətlərin varisləriyiksə, həmin qərarların ləğvi və ərazilərin geri qaytarılmasına nail ola bilərik. Çünki 1918-ci il mayın 29-da Ermənistan 9 min kv. km ərazidə elan edilib. Azərbaycanın ərazisi isə 114 min kv. km olub”.

Deputat Qərbi azərbaycanlıların qayıdışı məsələsinə də diqqət çəkib və bunu mümkün, gözlənilən olduğunu deyib: “Bu, gec-tez reallaşacaq bir məsələdir. Birincisi, o formatda ola bilər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın. Sülh müqaviləsi imzalandıqdan sonra müəyyən qədər gediş-gəliş, ən azından insanlarımızın öz yurdlarını ziyarət etmələri mümkündür. Amma təkcə ziyarət, insanlarımızın öz yurdlarına baş çəkməsi deyil, həmin ərazilərdə yaşamalarından söhbət gedirsə, təbii ki, bu da bir başqa müstəvidə həll olunası məsələdir. Soydaşlarımız zamanında ordan sürgün olunub, deportasiyaya məruz qalıblar, əvəzi ödənilmədən onları öz tarixi yurd yerlərindən çıxarıblar. Hazırda Qərbi Azərbaycan icması böyük bir spektri əhatə edir. Həm beynəlxalq müstəvidə, həm ölkə dxilində bu məsələə ciddi işlər görülür. Erməniləri narahat edən məsələ də odur ki, əslində bu qayıdışın reallaşa biləcəyini artıq hiss edirlər. Başa düşürlər ki, azərbaycanlıların həmin ərazilərə qayıdışı reallaşacaq. Çox böyük narahatlıq keçirirlər, bu konsepsiya istənilən halda həyata keçiriləcək Qərbi azərbaycanlıların tarixi torpaqlara qayıdışı baş tutacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Yanvar 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri