Icma.az
close
up
RU
525ci qəzet Rusiya Zəngəzurun ermənilərə verilməsi barədə qərarlarına yenidən baxmalıdır

525ci qəzet Rusiya Zəngəzurun ermənilərə verilməsi barədə qərarlarına yenidən baxmalıdır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hacı Nərimanoğlu

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, Xəzər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru

Bolşevik Rusiyası 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdikdən sonra ölkəmizdə idarəetmə rus bolşeviklərinin, əsas da XI qırmızı ordunun komandirləri İ.V.Stalin, S.M.Kirov, Q.K.Orconikidze, M.K.Levandovski, A.İ.Mikoyan, V.Pankratovun əlinə keçdi.

10 iyun 1920-ci il tarixdə RSFSR-lə Ermənistan arasındakı bağlanmış hərbi-siyasi müqavilənin 3-cü maddəsində yazılmışdı: “Rusiya hökuməti İrəvan quberniyasının, Zəngəzur qəzasının Ermənistan SSR ərazisinin tərkibinə daxil olmasını mübahisəsiz tanıyır”.

Bu barədə Azərbaycan rus, erməni, mətbuatı ilə yanaşı, Fransanın paytaxtı Parisdə çıxan "L,OEUVRE" qəzetinin 1920-ci il 1 iyul tarixli nömrəsində də xəbər dərc olunmuşdu. "Entre Russes et Armeniens" başlıqlı məqalədə yazılırdı: "Rusiya Zəngəzuru erməniləşdirdi. Ermənistan Respublikası ilə Azərbaycanın tatarlar (Azərbaycan türkləri) yaşayan bölgəsinin Ermənistana verilməsi barədə müqavilə imzalandı".

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan türklərinin tam əksəriyyət təşkil etdiyi Şərur-Dərələyəz bölgəsinin Ermənistana verilməsi bərədə qərar çıxardı, Qarabağ və Zəngəzuru isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan etdi, yəni bu torpaqların da ermənilərə peşkəş edilməsinə siyasi-hüquqi zəmin hazırladı.

Bakıda 1920-ci il noyabrın 4-də Rusiya K(b)P Qafqaz bürosunun Azərbaycan K(b)P MK Siyasi Bürosu ilə birgə iclasında Zəngəzurun Ermənistana verilməsinə dair məsələ müzakirə edildi (protokol №4, 2-ci bənd).

1920-ci il 9 noyabrda RK(b)P MK Qafqaz Bürosu, Azərbaycan İnqilab Komitəsi, Bakı Soveti və s.-nin nümayəndələrinin birgə iştirakı ilə  keçirilən plenumda «Zəngəzur məsələsi» təzədən müzakirə edildi.

Zəngəzurda Xosrov bəy və qardaşı Sultan Sultanov qardaşları, Zəngəzurun sonuncu qazısı Bəhlul Behcət (bolşeviklərrə qarşı “Cihad Bəyannaməsi”nin müəllifi, fədailər dəstəsinin, “Xanlıq üsyanı”nın  başçısı), qaçaq Lətif, qaçaq Kərim, qaçaq Tavat, qaçaq Babaş, qaçaq Kəbil, qaçaq Qardaşxan, Şahverdi qardaşları, Bəhmən bəy və son olaraq sayı 300 silahlıya çatmış Əliyanlı qaçaqlarının dədə-baba torpaqlarını zor gücünə qoparıb ermənilərə peşkəş edən rus-bolşevik-daşnak hərbi dəstələrinə   qarşı silahlı müqavimətləri, zəngəzurluların aramsız şikayət və etirazları nəzərə alınaraq, həm də bolşevik Rusiyasına qarşı etibarın itirilməməsi məqsədilə Qafqaz bolşeviklərinin rəhbərliyində belə fikir formalaşdı ki, Zəngəzurun Azərbaycandan alınıb Ermənistana verilməsi barədə qərarın məsuliyyəti Azərbaycan rəhbərliyinin üzərinə yıxılsın, məsələ barədə təklif, təşəbbüsün də iki respublikanın rəhbərliyindən gəlməsi təşkil olunsun.

1920-ci il noyabrın 30-da S.Orconikidze, Sarkis-S.Ter-Danielyan, Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov və başqalarının iştirakı ilə keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat büro iclasında İrəvandan göndərilən “Ermənistan İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında teleqramı” müzakirə edilib qərar çıxarıldı və Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanova qəbul olunan qərarlar barədə Bəyanat hazırlayıb onu Bakı Sovetinin plenumunda elan etmək tapşırıldı. 1920-ci il dekabrın 1-də Bakı Sovetinin Dram Teatrda məxsusi olaraq Ermənistanda sovet hakimiyyəti qurulması münasibətilə keçirilən təntənəli iclasında N.Nərimanov xüsusi bəyanatla çıxış etdi:  “Zəngəzur... Ermənistana keçir... Zəngəzur... qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir... Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; sovet Azərbaycanının qoşunları buradan çıxarılır” və sair.

İrəvanda əsas söz, ixtiyar sahibi olan daşnak partiyasının əsas tribunası “Aşxatavor” (“Zəhmətkeş”) qəzetinin 10 dekabr 1920-ci il tarixli nömrəsinin ilk səhifəsindəki rəsmi məlumatda bu bəyanatın verilməsinə dair əmrin Moskvadan gəldiyi sevinc və minnətdarlıq duyğuları ilə xəbər verilirdi: “Moskvadan göndərilən əmrə uyğun olaraq Azərbaycanın Zəngəzurdan... imtina etməsini biz alqışlayırıq”. RK(b)P Qafqaz diyar komitəsinin katibi A.M.Nazaretyan, Rusiyanın Qafqazdakı “baş canişini” S.Orconikidze, millətlərin işləri üzrə komissar İ.Stalin Zəngəzurun ermənilərə verilməsinə dair bəyanatı Rusiyanın Qafqaz, Azərbaycan üzərində qəti qələbəsi, Ermənistanın daşnakların hakimiyyətindən qurtulub sovetləşməsi, şirnikləndirilməsi yolunda mühüm addım sayırdı. İ.Stalin: «Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir». S.Q.Orconikidze bəyanatı «əzabkeş erməni xalqının» sovet hakimiyyətinin bayrağı altına gəlməsini alqışlayaraq «bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tarixi akt» sayır, artıq bu torpaqlarda Rusiyanın külli-ixtiyar sahibi olduğunu, kimə haranı istəsə verib, ala biləcəyini utanıb çəkinmədən elan edirdi:  «Zəngəzur, Naxçıvan və Qarabağ ruslar üçün heç nə deməkdir. Zəngəzur məhsulsuz dağlardır, taxılı yox, suyu yox, Naxçıvan bataqlıq və malyariyadan başqa bir şey deyildir, Qarabağda da heç nə yoxdur. Və budur yoldaş Nərimanov deyir: «Onları özünüzə götürün. Bu məhsulsuz torpaqları Ermənistan üçün götürün». Sanki Sovet Azərbaycanı artıq yükdən xilas olur». Nazaretyan bu bəyanat barədə:  «Bərəkallah, azərbaycanlılar!» - dedi. Bu da S.Orconikidzenin 1920-ci il dekabrın 2-də Bakıdan V.Leninə və İ.Stalinə teleqramıdır: «Azərbaycan artıq dünən Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini rəsmən bəyan etmişdir».

1921-ci ilin 3 iyununda RK(b)P MK Qafqaz Bürosu Stalinin iştirakı ilə keçən iclasda Zəngəzur məsələsini müzakirə etdi, Zəngəzurun Ermənistana birləşdirilməsi barədə qərara təkrar baxıldı. Bu iclasda bir nəfər də olsa azərbaycanlı, müsəlman yox idi. Bu qərardan bir neçə gün sonra, iyun ayında Zəngəzur Ermənistanın 9-cu qəzası kimi ilk dəfə inzibati bölgüyə daxil edildi, Ermənistandan fərqli olaraq Azərbaycanda başlanan əhali siyahıyaalınmasında isə artıq Zəngəzur qəzasının yox, rayonların adları var idi.

Bununla da tarixin ən qədim dövrlərində Azərbaycan ərazisində qurulmuş dövlətlərin ayrılmaz parçası,  o cümlədən son iki əsrdə Qarabağ xanlığı, çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Şura Hökumətinin tərkibində mövcud olmuş Zəngəzur qəzası coğrafi, inzibati ərazi vahidi olaraq xəritədən silindi, 1918-ci il mayın 29-da 9 min kv.km ərazidə elan edilmiş Ermənistana 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində rəsmi Moskvanın qərarları, himayəsi ilə rəsmən Azərbaycan ərazisi kimi müəyyən edilmiş keçmiş Zəngəzur qəzasından – Laçın, Qubadlı, Zəngilan rayonlarından hissə-hissə 405.000 desyatin (4414,5 kv.km.) torpaq zorla qoparılıb Ermənistan ərazisinə qatıldı, Ermənistan şişib 29,743 kv.km-ə çatdırıldı və SSRİ-nin (unutmayaq: Rusiya Federasiyası SSRİ-nin hüquqi varisidir!) mövcud olduğu 70 ildə rəsmi Moskvanın dəstəyi ilə zəngəzurluların doğma torpaqlarından məcburi deportasiyası, onların əsrlərlə yaşadıqları kəndlərə, mülklərinə xarici ölkələrdən erməni əhalisinin köçürülüb yerləşdirilməsi prosesi davam etdi.

2020-ci il noyabrın 9-da 44 gün davam edən Vətən müharibəsində qələbədən, imzalanmış üçtərəfli bəyanatdan və 2023-cü ilin 20 sentyabrında 24 saatdan az davam edən antiterror əməliyyatından sonra Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində Cənubi Qafqaz regionunda, Rusiya-Azərbaycan-Ermənistan arasında münasibətlərdə yeni situasiya yaranmışdır.

Azərbaycan hökuməti və parlamenti Zəngəzur qəzasının qərb hissəsinin xalqımızın iradəsi əleyhinə olaraq Azərbaycandan qoparılıb Ermənistana verilməsinə dair 1920-ci illərdə Rusiyanın ali dövlət, siyasi idarəetmə orqanlarının qəbul etdiyi qərarların ləğvi istiqamətində rəsmi Moskva ilə danışıqlara başlamalı, tarixi ədalətin bərpasına, qərbi Zəngəzur torpaqlarında qanlı repressiyalara, deportasiyaya məruz qalmış azərbaycanlıların varislərinin öz tarixi dədə-baba yurdlarına dinc qayıdışına hüquqi təminat yaradılmalıdır.

Azərbaycanla Rusiya arasında yüksək səviyyəli siyasi, strateji müttəfiqliyin mövcud olduğu hazırkı şərait, Prezident İlham Əliyevin 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq hüquqa söykənən nikbin açıqlaması bu məsələnin müsbət həll edilməsinə inam yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Yanvar 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see165

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see156

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see133

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see127

Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub

30 May 2025 14:54see126

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see125

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see122

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see121

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see121

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see121

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see119

İşğaldan azad edilən ərazilərə daşınan sərnişin sayı...

30 May 2025 18:36see118

Zelenski birbaşa danışıqlar arzusu ilə seçkiləri təxirə salmaq istəyir

30 May 2025 14:08see117

Qatara biletsiz minənlərə pis xəbər

30 May 2025 18:41see117

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular Zərərçəkmiş

30 May 2025 15:00see117

Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır

30 May 2025 18:33see117

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see116

Koronavirusun yeni ştammının “imza” simptomunun adı açıqlanıb

30 May 2025 21:37see115

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see115

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri