Icma.az
close
up
RU
Qayıdış: Zəngəzurun gerçək hekayəsi

Qayıdış: Zəngəzurun gerçək hekayəsi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zəngəzur – tarix boyu Azərbaycan torpağı olmuş, dövlətçilik ənənəmizin ayrılmaz parçası kimi formalaşmış ərazi – ötən əsrin əvvəllərindən siyasi gərginliklərin, coğrafi dəyişikliklərin və strateji oyunların mərkəzinə çevrilib. Vətən müharibəsində əldə etdiyimiz qələbə ilə bu torpağın – Zəngəzur dəhlizinin – bərpası üçün tarixi fürsət yaranmışdır. Lakin dəhlizin açılması müxtəlif bəhanələrlə gecikdirilir. Bu ləngimənin kökündə isə Zəngəzurla bağlı tarixi ədalətsizliklər və geosiyasi manipulyasiyalar dayanır.

Zəngəzur Azərbaycanın ayrılmaz hissəsi idi

Tarixi sənədlər sübut edir ki, Zəngəzur ötən əsrin əvvəllərində Azərbaycanın tərkib hissəsi olaraq beynəlxalq səviyyədə də qəbul edilirdi. 1919-cu il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli Antanta qüvvələrinin nümayəndəsinə cavab olaraq bəyan edirdi: “Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir. Bu, Antanta komandanlığı və ABŞ nümayəndəsi Haskel tərəfindən də təsdiqlənib.”

O, həmçinin Ermənistanın öhdəliklərinə əməl etmədiyini, əksinə, Zəngəzura qoşun yeridərək bölgədə qarşıdurmanı alovlandırdığını qeyd edirdi. Baş nazirin sözlərinə görə, Azərbaycan hökuməti 60 minə yaxın müsəlman qaçqının öz yurd-yuvasına qaytarılmasını və bölgədə sabitliyin bərpasını qarşısına məqsəd qoymuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşov isə 1918-ci ildə İstanbulda Osmanlı rəsmilərinə bildirirdi ki, ermənilərin ortaya atdığı Qarabağ məsələsi yalnız bir neçə kəndlə deyil, bütöv dörd qəza – Şuşa, Cəbrayıl, Cavanşir və Zəngəzurla bağlıdır. O, ermənilərin bu ərazilərdə yerli əhali olmadığını, sonradan köçürülmüş olduqlarını vurğulayırdı.

Tarixi təxribat və qanlı hadisələr

Azərbaycan hökuməti 1919-cu ildə bölgədə yaranmış gərginliyi nəzərə alaraq, Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaradaraq Xosrov bəy Sultanovu bu vəzifəyə təyin etdi. Ermənilər bu addıma etiraz etsələr də, hökumət onların iddialarını əsassız sayaraq öz hüquqlarını qorudu.

Lakin erməni-daşnak silahlı dəstələri bölgədə sülhə imkan vermədi. 1919–1920-ci illərin qışında Zəngəzurda baş verən qanlı hadisələr – dinc əhalinin qətlə yetirilməsi, kəndlərin dağıdılması Ermənistanın bu torpağı Azərbaycandan qoparmaq üçün atdığı amansız addımlardır.

Stalin və “erməni pazı” planı

1920-ci il noyabrın 16-da İosif Stalin Vladiqafqazdan Leninə göndərdiyi məxfi teleqramda açıq şəkildə bildirirdi ki, Ermənistanı sovetləşdirməklə “erməni pazı” vasitəsilə Türkiyə ilə Azərbaycanın əlaqəsi kəsilməlidir. Stalin bölgədə üçtərəfli təhlükədən danışırdı: cənubdan İngiltərə, qərbdən Türkiyə, şimaldan Gürcüstan. Bu təhlükələrin qarşısını almaq üçün isə Ermənistanın geosiyasi “bastion”a çevrilməsi planlaşdırılırdı. Nəticə etibarilə, sovet imperiyası Zəngəzurun Ermənistana verilməsinə şərait yaratdı.

Erməni mətbuatı, o cümlədən “Aşxatavor” qəzeti də bu bəyanatın Moskvadan gəldiyini, Azərbaycanın zəif vəziyyətindən istifadə edildiyini və bu qərarın ermənilərin maraqlarına xidmət etdiyini açıq yazırdı.

Prezident İlham Əliyevin Zəngəzura baxışı

Bu gün Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub və bərpa-quruculuq işləri sürətlə gedir. Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də verdiyi müsahibədə bildirmişdi: “Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda Naxçıvan Muxtar Respublikası vahid bir böyük məkana çevrilməlidir.”

Bu konsepsiya tarixi birliyin bərpası ilə yanaşı, iqtisadi və sosial sintezə də yönəlib. Prezident Qərbi Azərbaycana qayıdışın labüdlüyünü vurğulayaraq bu məsələdə dövlət dəstəyinin davam edəcəyini bəyan etmişdi.

İqtisadi inteqrasiyanın qızıl halqası

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistan Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin etməyə razılaşıb. Bu, faktiki olaraq Zəngəzur dəhlizinin reallaşmasına yönəlmiş razılaşmadır.

Prezident İlham Əliyev bu dəhlizin yalnız region üçün deyil, beynəlxalq ticarət üçün də qlobal əhəmiyyət daşıdığını xüsusi vurğulamışdır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi artıq “dünyada qəbul edilmiş termindir”.

Bu dəhlizin reallaşması Orta Dəhlizlə birləşərək Çin–Avropa ticarətinin mühüm keçid nöqtəsinə çevriləcək. Süveyş kanalı ilə 20 min kilometr yol gedən yük gəmilərindən fərqli olaraq, Orta Dəhliz vasitəsilə 12 günə və 7 min kilometrə yüklərin çatdırılması mümkün olacaq. Bu da zaman və vəsaitə qənaət deməkdir.

Zəngəzur dəhlizi ildə 35 milyon ton yükün daşınmasına imkan verəcək. Bu, həm Azərbaycanın tranzit gəlirlərini artıracaq, həm də Naxçıvanın iqtisadi inteqrasiyasını təmin edəcək. Yerli istehsal, turizm, investisiya və ortaq layihələr üçün yeni imkanlar açılacaq.

Sülhə aparan yolun adı – Zəngəzur dəhlizi

Zəngəzur dəhlizi təkcə iqtisadi deyil, həm də siyasi və sosial baxımdan regionun sabitliyi üçün önəmlidir. Dəhlizin açılması bölgədə təhlükəsizliyin möhkəmlənməsi, millətçi düşüncələrin zəifləməsi və yeni münaqişələrin qarşısının alınması deməkdir. Dayanıqlı iqtisadi inkişaf isə dayanıqlı sülhə aparan yoldur.

Nəticə

Zəngəzur dəhlizi bir vaxtlar xəyanətlə əldən alınan, bu gün isə qətiyyətlə geri qaytarılan strateji bağlantıdır. O, həm Azərbaycanın dövlət iradəsinin simvoludur, həm də bölgədə yeni dövrün – sabitlik, əməkdaşlıq və rifah dövrünün təməlidir.

Vaqif ƏLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 May 2025 03:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see285

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see275

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see268

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see266

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see256

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see256

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see253

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see248

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see248

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see242

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see229

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see228

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see228

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see223

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see221

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see220

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see217

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see216

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see210

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri