Icma.az
close
up
RU
525ci qəzet Afrika ölkələri Fransanı alternativ tərəfdaşlarla əvəzləyir Ekspert

525ci qəzet Afrika ölkələri Fransanı alternativ tərəfdaşlarla əvəzləyir Ekspert

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Fransanın iştirakçılığına tələbin azalması ilə Afrika ölkələri getdikcə müdafiə sahəsində alternativ tərəfdaşlara üz tuturlar.

525.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Aleksey Çixaçev deyib.

Bu ilin əvvəlində Fransa prezidenti Emmanuel Makron deyib ki, Afrika ölkələri qitədə terrorizmə qarşı mübarizədə fransız qoşunlarının iştirakına görə “təşəkkür etməyi unutdular”, lakin zaman keçdikcə Fransa yenə də minnətdarlıq alacaq. O bildirib ki, Fransa hərbi əməliyyatı olmasaydı, Sahel ölkələri öz suverenliyini tamamilə itirə bilərdi. Makronun bu sözləri artıq Afrika ölkələrinin hökumətləri tərəfindən şərh edilib. Çad Xarici İşlər Nazirliyi bəyan edib ki, Makronun fikirləri  afrikalılara hörmətsizlikdir,  Seneqalın baş naziri isə Parisi qitədə sabitliyi pozmaqda ittiham edib.

“Fransanın Saheldə həyata keçirdiyi “Barxan” hərbi əməliyyatı 2022-ci ildə uğursuzluqla başa çatdıqdan sonra, son illərdə Afrikanın sabitliyi məsələlərində Fransanın legitimliyi ciddi şəkildə zədələnib. Fransanın Afrikada təhlükəsizlik təminatçısı kimi reputasiyası zədələndiyi üçün Afrikada təhlükəsizliyin təmin edilməsində Parisin iştirakı və buna təlabat faktiki olaraq mövcud deyil. Alternativ oyunçuların, o cümlədən Rusiya, Türkiyə və bir sıra digər dövlətlərin meydana çıxmasına tələbat var ki, onlar da öz növbəsində Afrika ölkələrinə daha hörmətlə, praqmatik yanaşır, onların maraqlarını hələ də nəzərə almaq lazım olduğunu başa düşür və eyni zamanda, heç bir siyasi mühazirə oxumurlar”, - ekspert bildirib.

Afrikaşünas qeyd edib ki, Fransanın reputasiyasının pisləşməsi onun Afrikadakı hərbi mövcudluğunun hüquqi əsaslarının dağılmasına səbəb olub. Qitə ölkələri onları 1960-cı illərdən Parisə bağlayan müdafiə müqavilələrini bir-bir pozur və regionda terrorizm və ekstremizmlə mübarizə aparmaq üçün yeni etibarlı tərəfdaşlar axtarır.

Ekspert vurğulayıb ki, keçmiş metropol terrorizmlə mübarizə bəhanəsi ilə neokolonial mövcudluğunu və resurslara çıxışını qoruyub saxlamağa çalışdığı üçün bölgədə antifransız əhval-ruhiyyəsi artmaqda davam edir.

“Belə bir şəraitdə Fransanın hələ də terrorçulara qarşı hansısa hərbi əməliyyat keçirməyə cəhd edəcəyini təsəvvür etmək çətindir. Paris bəzi qalıq hərbi mövcudluğunu saxlamağa, onu yenidən formatlamağa çalışdı, lakin gördüyümüz kimi Seneqal, Çad və digər ölkələr buna hazır deyillər. Onlar istəyirlər ki, Fransa öz ölkələrini tamamilə tərk etsin. Fransa yəqin ki, özünü digər təsir alətlərinə yönləndirməyə çalışacaq: informasiya, mədəni və linqvistik, iqtisadi və diasporlarla iş”, - ekspert əlavə edib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Yanvar 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri