Icma.az
close
up
RU
“Türkiye” qəzeti: Fransanı qovan Afrika ölkələri Ankara ilə yaxınlaşır

“Türkiye” qəzeti: Fransanı qovan Afrika ölkələri Ankara ilə yaxınlaşır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ankara, 24 aprel, AZƏRTAC

Fransanın keçmiş Afrika müstəmləkələrində nüfuzunu itirdiyi bir vaxtda Ankara bu qitədə təsirini artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazır. Məqalədə Fransa hərbçilərinin, bəzi hallarda isə diplomatlarının Mali, Niger, Çad, Burkina-Faso, Seneqal və Fil Dişi Sahilindən çıxarıldıqları xatırlanır. Nəşr qeyd edir ki, bu ölkələr bir neçə il öncə Fransanın əsas tərəfdaşları hesab olunurdu.

Qəzet Burkina-Faso nümunəsini misal çəkib. Orada 2022-ci ilin sentyabrında hakimiyyətə gələn hərbçilər cəmi bir neçə ay sonra, yəni 2023-cü ilin yanvarında Parislə hərbi əməkdaşlıq sazişini ləğv edib və Fransanın səfirindən dərhal ölkəni tərk etməsini tələb ediblər. Nəticədə diplomatlarla yanaşı, “Sabre” əməliyyatında iştirak edən 400 fransız əsgəri də Burkina-Fasonu tərk edib.

Qəzet yazır ki, hazırda Burkina-Faso ilə əməkdaşlıq Türkiyənin Afrika siyasətində əsas prioritetlərdən biridir. Bunun bariz nümunəsi kimi Türkiyə xarici işlər nazirinin müavini Bürhanəddin Duranın aprelin 24-də Uaqaduquya planlaşdırılan səfəri göstərilir.

Türkiyə nümayəndə heyətinin səfər proqramına Burkina-Fasonun xarici işlər naziri Karamoko Traore ilə, eləcə də keçid dövrü hökuməti və parlamentinin üzvləri ilə görüşlər daxildir.

Qəzet Ankaradakı diplomatik mənbələrə istinadən yazır ki, Türkiyə Burkina-Faso ilə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq qurmağa çalışır. Bu əməkdaşlıq təbii sərvət yataqlarının işlənməsi, ticarət, təhsil və səhiyyə sahələrini əhatə edir.

“Türkiyə hər fürsətdə Afrika ölkəsinin terrorizmlə mübarizə səylərinə dəstək verməyə hazır olduğunu vurğulayır. Qərbi Afrikada və xüsusilə Sahel bölgəsində sabitlik qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyır”, - deyə Ankaradakı mənbələr vurğulayıblar.

Ötən ilin yekunlarına əsasən Türkiyənin Burkina-Fasoya ixracı 167 milyon dollar, idxalı isə 4 milyon dollar təşkil edib.

Qeyd edək ki, Burkina-Fasonun xarici işlər naziri bu günlərdə Antalyada keçirilən diplomatik foruma da qatılmışdı.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 03:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri