Icma.az
close
up
RU
525ci qəzet AMEA prezidenti MEK könüllülərini təbrik edib

525ci qəzet AMEA prezidenti MEK könüllülərini təbrik edib

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti İsa Həbibbəyli "MEK könüllüləri"ni təbrik edib.

525.az xəbər verir ki, təbrikdə deyilir:

“Müasir Azərbaycanda könüllülük hərəkatının yüksəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra könüllülük sahəsində əsl inkişaf başlayaraq dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq sahəsində insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb və bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə yüksək diqqət və qayğısı, fəal dəstəyi könüllülüyün bugünkü yüksək inkişaf səviyyəsinə çatmasını təmin etməklə yanaşı, gənclər üçün yeni fürsətlər yaradıb. 2009-cu ildə Milli Məclisin "Könüllü fəaliyyət haqqında" Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı, "ASAN" könüllülük hərəkatı ilə də könüllülərin dövlət orqanlarının fəaliyyətinə cəlb edilməsi kimi böyük məktəb yarandı. Xüsusilə son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllü cəlb olunub. Belə tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb.

Könüllülük gənclərimizin həyat tərzinə çevrilərək bir çox fəaliyyət sahələrinə nüfuz edib. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası da öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşlü gənclərin kitabxana fəaliyyətinə cəlb edilməsi ilə bu elm məbədinin əhatə dairəsinin genişlənməsinə şərait yaradıb, maraqlı və genişmiqyaslı tədbirlərin keçirilməsində, eləcə də kitabxananın həyata keçirdiyi sosial və kreativ yönümlü layihələrdə yaxından iştirakını təmin edib. AMEA prezidentinin dəstəyi ilə Mərkəzi Elmi Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun 24 iyun 2024-cü il tarixli əmrinə əsasən Azərbaycan kitabxana məkanında ilk dəfə olaraq AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "MEK könüllüləri" fəaliyyətə başlayıb.

AMEA-da ilk dəfə könüllü hərəkatı məhz Mərkəzi Elmi Kitabxanada yarandı və bir neçə aydır ki, könüllülər kitabxana işi sahəsində praktiki bilikləri mənimsəyir, spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb olunaraq peşəkar kitabxanaçı kimi formalaşır, eləcə də MEK-də iş effektivliyinin yüksəldilməsində yaxından iştirak edirlər.

Beynəlxalq Könüllülər Günü münasibətilə bütün könüllüləri, o cümlədən Mərkəzi Elmi Kitabxananın könüllülərini təbrik edir, işlərində uğurlar arzulayıram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Dekabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri