Icma.az
close
up
RU
525ci qəzet Azərbaycan 21 ildə böyük uğurlara imza atdı

525ci qəzet Azərbaycan 21 ildə böyük uğurlara imza atdı

Icma.az, 525.az portalına istinadən məlumat verir.

24 dekabr - Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günüdür. Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 21 il ərzində ölkəmizi dünyanın tanınan, hörmət edilən nüfuzlu dövlətinə, söz sahibi ölkəsinə çevirməyi bacardı. Bu illər ərzində keçirilən ardıcıl siyasət sözlə əməl birliyinin ən bariz göstəricisi oldu. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək təkmilləşdirdiyi, yeniləşdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın iqtisadi sisteminə dinamik inkişafı ilə seçilən ölkə kimi inteqrasiya etdi. Məhz bu keyfiyyətlərinə görə xalqımız bu illərdə bir-birinin ardınca keçirilən prezident seçkilərində Yeganə və Vahid Liderinə - ətrafında sıx birləşdiyi cənab İlham Əliyevə etimad göstərdi. Prezident kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın ərazi bütövlüyünün bərpasını ümdə vəzifə kimi qarşısına qoyan cənab İlham Əliyev dövlətimizin iqtisadi və hərbi potensialını dinamik və ardıcıl şəkildə genişləndirərək məqsədinə nail oldu. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regiona sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirdi.

Ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli Dövlət Proqramları qəbul olundu. Respublikamızın sosial-iqtisadi inkişafının dinamikası, strategiyası zərgər dəqiqliyi ilə müəyyənləşdirildi. Regionların sosial-iqtisadi inkişafı üzrə dörd Dövlət Proqramının həyata keçirilməsilə bölgələrdə yeni iş yerləri, istehsal müəssisələri, sənaye obyektləri yaradıldı. Atılan bu addımların təməlində insan amili dayanır. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, vətəndaş amili dövlət siyasətinin əsasıdır. Bir mühüm məqam da ilk gündən bəyan edildi ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında özünün aydın ifadəsini tapmalıdır. Ölkəmizin dünyanın enerji və nəqliyyat layihələrinə yeni nəfəs gətirməsi Prezident İlham Əliyevin siyasi iradəsinin, uğurlu xarici siyasət strategiyasının, düzgün müəyyənləşdirilən enerji diplomatiyasının, uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Ötən ay Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizin enerji diplomatiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı.

Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi bugünümüzə və gələcəyimizə yönələn siyasətinin əsas tərkib hissəsi idi. Son 21 ildə neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunması ilə qeyri-neft sektorunun inkişafına yönələn layihələrin uğurlu icrası Azərbaycanın dayanıqlı iqtisadi inkişafında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyev ilk gündən torpaqlarımızın işğaldan azad edilməsini qarşıya əsas vəzifə kimi qoyaraq Qələbəyə imza atmaq üçün bütün zəruri amillərin mövcudluğuna səy göstərdi. Azərbaycan hər bir sahədə böyük uğurlara imza atdı. Ordumuz dünyanın ən güclü orduları sırasında qərarlaşdı. İnformasiya cəbhəsində üstünlüyümüz Azərbaycanın imza atdığı diplomatik uğurlarda özünün aydın ifadəsini tapdı. Bütün bu uğurlara yol açan əsas amillərdən biri Xalq-Prezident birliyi, həmrəyliyidir.

Bu uğurların təməlində qətiyyət, prinsipiallıq, milli maraqlara hesablanmış ardıcıl siyasət, liderlik yenilməzliyi və nəhayət, güclü Azərbaycan amili dayanır. Qalib Azərbaycan qarısına qoyduğu yeni hədəflərə doğru inamla addımlayır. 
Ad gününüzü təbrik edirik, cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Tanrı Sizi və Azərbaycanımızı qorusun!


Ali Baş Komandanım!                                                       

Canım Azərbaycanı 
Qaranlıq gecələrdən
Səhərlərə yetirdin,
Dünyanın görmədiyi
Zəfərlərə yetirdin,
Ali Baş Komandanım!

Dövlətə sevgin ilə
Məhəbbət işığısan,
Amala, əqidəyə
Sədaqət işığısan,
Ali Baş Komandanım!

Vətən-gözümün nuru,
Ruhuma candır dedin.
Qara bəxtli Qarabağ
Azərbaycandır dedin,
 Ali Baş Komandanım!

Dağlar da alqışladı
Əsgər qətiyyətini, 
Zəfər bayrağı etdin,
Ata vəsiyyətini, 
Ali Baş Komandanım!

Zəfər Bayrağımızla,
Şöhrətliyəm, şanlıyam,
Can Vətən, keşiyində
Gülağa tək əsgərin,
Mən Azərbaycanlıyam!
Ali Baş Komandanım!

Gülağa TƏNHA
Şair-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Dekabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri