Icma.az
close
up
RU
525ci qəzet Bakıda növbəti İtaliya mətbəx həftəsi başlayıb

525ci qəzet Bakıda növbəti İtaliya mətbəx həftəsi başlayıb

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliyanın Azərbaycandakı səfirliyi ITA-İtaliya Ticarət Agentliyi ilə birlikdə IX İtaliya mətbəx həftəsinə start verib.

525.az xəbər verir ki, builki mətbəx həftəsi "Aralıq dənizi pəhrizi və köklərinin mətbəxi: Sağlamlıq və ənənə" mövzusuna həsr olunub. Tədbirin əsas hədəfi İtaliya mətbəxinin, xüsusilə də onun ənənəvi köklərinin, bu mətbəxdə Aralıq dənizi pəhrizinin sağlamlığın qorunmasında, sağlam, balanslı və  davamlı həyat tərzində oynadığı mühüm rolunu vurğulamaqdır.

İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko mətbəx həftəsinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib ki, bu tədbir mühüm bir vaxtda keçirilir. Belə ki, İtaliya mətbəxi UNESCO-nun qeyri- maddə irs siyahısına salınması üçün təşviq olunur: “Bu da mətbəximizin dünya üzrə tanınmasına işarə verir. Ümumiyyətlə, mətbəx həftələri münasibətlərə öz töhfəsini verir. Söhbət Azərbaycan-İtaliya iqtisadi əlaqələrindən gedir. Süfrəyə düzülən hər bir nemət İtaliya ticarətinin nümunələridir”.

Diplomat deyib ki, aqrobiznes İtaliya iqtisadiyyatında mühüm sektorudur. Onun sözlərinə görə, təkcə 2023-cü ildə İtaliyanın kənd təsərrüfatı məhsullarının ixracı dünya üzrə 64 milyard avronu keçib ki, bu da əvvəlki illə müqayisədə 6 % çoxdur. Bunun bir hissəsi Azərbaycanın payına düşür”.

Səfir əlavə edib ki, mətbəx həftələrinin təşkili iki ölkənin bir-birini daha yaxşı tanımasına kömək edir.

İtaliya Ticarət Agentliyinin direktoru Andrea Makkaniko isə Azərbaycanın İtaliyanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyib:

“ Son dövrlər rəqəmlər bir qədər aşağı düşsə də ümumilikdə İtaliya Azərbaycan mallarının təxminən 40 %-nin ixrac olunduğu ölkə olaraq qalır. İtaliyadan idxalda artım var. 10 ayın statistikasına baxanda 10 faiz artım müşahidə olunur. Son üç il ərzində isə ümumi artım 15 faizdən çox olub”.

Agentliyin direktoru mətbəx həftələri çərçivəsində aşpaz Bertonun iştirakı ilə ustad dərsinin keçiriləcəyini bildirib. Andrea Makkaniko gələn həftə Azərbaycanın iş adamları ilə İtaliya sahibkarları arasında görüşlərin təşkil olunacağını da qeyd edib.

Aşpaz Berton İtaliyanın mətbəxini Azərbaycanda təmsil etməsinin onun üçün böyük şərəf olduğunu vurğulayıb. “Bu günlərdə göstərəcəyim yemək təqdimatlarında Azərbaycan məhsullarından istifadə etmək ideyası yarandı. Bildiyimiz kimi, məhz Azərbaycan keyfiyyətli zəfəran istehsalçısıdır. Fikrimcə, rizottoya Azərbaycan zəfəranı əlavə etmək gözəl ideya olar. Həmçinin biz yeni şorba resepti düşünürük. Reseptin əsasını Azərbaycan kürüsü təşkil edəcək”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri