525ci qəzet Bolqarıstanın Baş naziri Ukrayna ilə sazişin imzalanması üçün parlamentdən mandat istəyib
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Bolqarıstanın texniki hökumətinin Baş naziri Dimitar Qlavçev Ukrayna ilə təhlükəsizlik sazişinin imzalanması üçün parlamentin deputatlarından mandat istəyib.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
"Sazişin müddətini (10 il) nəzərə alaraq Xalq Məclisini Bolqarıstan və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin imzalanması üçün texniki hökumətə mandat verməyə çağırıram", - məktubda deyilir.
Həmçinin qeyd olunur ki, saziş Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasının təsir dairəsi altına düşmür və ölkə parlamentinin qərarlarına uyğun olaraq siyasi öhdəlikləri nəzərdə tutur. Aİ-nin 27 ölkəsindən yalnız Avstriya, Bolqarıstan, Kipr, Malta, Slovakiya və Macarıstan sazişi imzalamayıb.
Daha əvvəl Bolqarıstan parlamentinin iki qrupunun deputatları - "BSP - Birləşmiş solçular" koalisiyasının və "Dirçəliş" partiyasının nümayəndələri Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmasına qarşı çıxıblar. Onlar parlament tribunasından bəyan ediblər ki, belə bir saziş milli təhlükəsizliyə təhdid yaradır və ölkəni hərbi münaqişəyə yaxınlaşdıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 Dekabr 2024 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















