Icma.az
close
up
RU
525ci qəzet Brüsseldə Zəfər və Dövlət Bayrağı günləri qeyd olunub

525ci qəzet Brüsseldə Zəfər və Dövlət Bayrağı günləri qeyd olunub

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Noyabrın 9-da Belçikanın paytaxtı Brüssel şəhərində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir Fireland Belçika Azərbaycanlıları Birliyi tərəfindən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

525.az xəbər verir ki, tədbirin ilk hissəsində foto sərgi təşkil edilib. Sərgidə 44 günlük Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılmış, talan edilmiş tarixi abidələrimiz və dini tikililərimiz nümayiş olunub. Həmçinin zalda Azərbaycan mədəniyyət və incəsənətinə aid guşə də hazırlanıb.

Rəsmi hissəni giriş sözü ilə açan Fireland Belçika Azərbaycanlılar Birliyinin sədri İlahə Tağıyeva qonaqları salamladıqdan sonra tarixi qələbəni bizlərə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə isə sağlamlıq arzulayıb. Daha sonra İ.Tağıyeva 44 günlük müharibə zamanı Belçikada yaşayan azərbaycanlılara göstərdikləri həmrəylik və birlik üçün təşəkkür edib.

Çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin birinci katibi Tamerlan Babayev bu günün mühümlüyünü bir daha vurğulayıb: “Bu mühüm gün Azərbaycan xalqının mətanət və birliyinin simvoludur. Bugün biz qazilərimizə dərin minnətdarlıq ifadə edir və şəhidlərimizin xatirəsini ehtiramla yad edirik”. T.Babayev eyni zamanda xaricdə yaşayan həmvətənlərə milli dəyərlərimizin və mədəni irsimizin yaşadılması və təbliği sahəsində göstərdiyi dəstəyə görə təşəkkür edib.

Belçikada fəaliyyət göstərən “Mədəni” platformasının təsisçisi Emin Əliyev də qonaqları salamlayıb. “Bugün burada olmaq, bu xüsusi gündə çıxış etmək çox qürurverici haldır. Hər birinizi bu bayram münasibəti ilə təbrik edirəm” .

Tədbirin musiqili hissəsində Niderlandda yaşayan həmyerlimiz Sadıx Ağamalıyevin ifasında Azərbaycan klassik, retro musiqiləri, həmçinin xalq mahnıları səslənib. Tədbirdə həmçinin Belçikada yaşayan istedadlı gənclər Sabir Mustafayev (gitara) və Mikayıl Babayevin (piano) ifalarında Azərbaycan bəstəkarlarının mahnıları ifa olunub. Fireland uşaq rəqs qrupunun, həmçinin rəqqaslar Nigar Şükürova və Novruz Abdullayevin ifasında rəqs proqramları qonaqların marağına səbəb olub.

Tədbirdə Niderland, Lüksemburq və Almaniyada yaşayan həmyerlilərimiz, o cümlədən yerli əhali də iştirak edib. Sonda qonaqlara Azərbaycan milli mətbəxinin təamlarından təqdim olunub.

Brüsseldə Zəfər və Dövlət Bayrağı günləri qeyd olunub

Brüsseldə Zəfər və Dövlət Bayrağı günləri qeyd olunub

Brüsseldə Zəfər və Dövlət Bayrağı günləri qeyd olunub

Brüsseldə Zəfər və Dövlət Bayrağı günləri qeyd olunub

Brüsseldə Zəfər və Dövlət Bayrağı günləri qeyd olunub

Şəkil sayı: 5

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri