Icma.az
close
up
RU
Almaniyanın Gelzenkirxen şəhərində Zəfər və Dövlət Bayrağı günləri qeyd edilib

Almaniyanın Gelzenkirxen şəhərində Zəfər və Dövlət Bayrağı günləri qeyd edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 9 noyabr, AZƏRTAC

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin (AAF) və Azərbaycan-Ukrayna Beynəlxalq Mədəniyyət Körpüsünün təşkilatçılığı, Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə Gelzenkirxen şəhərində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qazilərimizə şəfa arzu edilib.

Avropa Azərbaycan Mərkəzinin sədri və Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvü Zaur Əliyev çıxış edərək, Zəfər Gününün tarixi ədalətin və beynəlxalq hüququn bərpası, milli birliyin və gələcəyə inamın rəmzi olduğunu vurğulayıb. Bayrağın xalqın milli kimliyinin rəmzi və qürur mənbəyi olduğunu qeyd edən Z.Əliyev Vətən müharibəsində tarixi Qələbə sayəsində bu gün üçrəngli şanlı Bayrağımızın Azərbaycanın hər guşəsində, o cümlədən Şuşada, Laçında, Xocalıda, Xankəndidə qürurla dalğalandığını diqqətə çatdırıb. O, diaspor gənclərinin bu istiqamətdə tarixi həqiqətlərə və real faktlara söykənən maarifləndirici fəaliyyətinin önəmini qeyd edərək, bu sahədə görülən işlərə fəal dəstəyin davam etdiriləcəyini bildirib.

Azərbaycan–Ukrayna Beynəlxalq Mədəniyyət Körpüsünün sədri Günay Hüseynova icmalar arasında mədəni əməkdaşlığın və həmrəyliyin önəmini qeyd edib. Diaspor fəalı Samirə Kərimova isə informasiya mühitində faktların diqqətə çatdırılmasının və təbliğinin əhəmiyyətini xüsusi vurğulayıb.

Çıxışlardan sonra keçirilən sual-cavab bölməsində soydaşlarımız yüksək fəallıq nümayiş etdiriblər. Düzgün cavab verənlərə xatirə hədiyyələri təqdim olunub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri