Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsində Zəfər və Dövlət Bayrağı Günləri qeyd edilib

AMEA Naxçıvan Bölməsində Zəfər və Dövlət Bayrağı Günləri qeyd edilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AMEA Naxçıvan Bölməsində 8 Noyabr – Zəfər günü və 9 noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş elmi konfrans keçirilib. 
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən danışıb. Akademik bildirib ki, dövlət başçısının qətiyyəti, xalqın birliyi və Ordunun rəşadəti hesabına 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən müharibə böyük Qələbə ilə başa çatıb, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror əməliyyatı ilə ölkənin suverenliyi tam təmin edilib. 

Vurğulanıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Proqramı uğurla icra edilir, şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımız öz doğma yurdlarına qayıdırlar. Hazırda iki ölkə arasında davam edən sülh prosesinin ən mühüm bəndlərindən biri olan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa və maneəsiz əlaqənin yaradılması istiqamətində görülən işlər davam etdirilir. 

AMEA Naxçıvan Bölməsi  Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Ermənistanın işğalçılıq siyasəti və Azərbaycanın tarixi zəfərə aparan hərbi-siyasi və diplomatik yolu” mövzusunda məruzə edib. Məruzəçi otuz il davam edən işğalçılıq siyasətinin mahiyyəti, beynəlxalq təşkilatların ikili standartları və Azərbaycanın ardıcıl diplomatik mübarizəsi barədə ətraflı məlumat verib. 

İnstitutun elmi işçiləri Əli Tağıyev və Kubra Əliyeva “Zəfərin qazanılmasında xalq-ordu birliyinin rolu” və “Milli atributlarımızdan biri: üçrəngli Azərbaycan bayrağı” mövzularında çıxış ediblər.

Çıxışlarda Vətən müharibəsi dövründə nümayiş olunan sarsılmaz lider-xalq-ordu birliyinin Zəfərin qazanılmasında mühüm rol oynadığı, üçrəngli bayrağımızın bu gün azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalandığı qeyd olunub. 

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri