Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

525ci qəzet Çağdaş Azərbaycan şeirində Şuşa obrazı: işğaldan qələbəyə

525ci qəzet Çağdaş Azərbaycan şeirində Şuşa obrazı: işğaldan qələbəyə

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkan QASIMOVA
(Azərbaycan Dillər Universiteti)

"Beləliklə, Şuşanı da Qarabağın strateji cəhətdən ən möhkəm və ən fəal nöqtəsini də itirdik... Biz itirdik... Kimsə qazandı" ifadəsindən "Azərbaycan əsgəri, çox sağ ol, çox yaşa! Əziz Şuşa, biz evimizə qayıtdıq!" cümlələrinə qədər bir göz qırpımında keçən otuz ilə yaxın zaman kəsiyində Azərbaycan poeziyasında Şuşanın azad olunacağına dair ümidlə bərabər Şuşa dərdi, Şuşa harayı öz geniş əksini tapıb. İkinci Qarabağ müharibəsində əldə edilən qələbədən sonra Şuşa poeziyamızın da zəfər rəmzinə çevrildi. Vətən müharibəsinə qədər yazılan əsərlərdə (örnək olaraq: Cabir Novruzun "Şuşa yolu" poeması, Zəlimxan Yaqubun "Bu gecə yuxuma girmişdi Şuşa" şeiri) nə qədər nisgil, kədər, üsyan, özünü, millətini günahlandırma və bunlara baxmayaraq, həm də yenidən Şuşaya qayıdabilmə ümidi var idisə, Vətən müharibəsindən sonra yazılan əsərlərdə (nümunə üçün: Teymur Kərimlinin "Şuşamız" qəzəlində, Vahid Əzizin "Gəlirik" şeirində, Aqşin Evrənin "Şuşanın Azadlıq gecəsi" şeirində) bir o qədər qürur, fərəh, zəfər sədası, Ali Baş Komandana, əsgərlərimizə və şəhidlərimizə ehtiram hissi var.

Müasir Azərbaycan poeziyasında şairlərimiz Şuşa obrazına müxtəlif janrlarda müraciət etmişlər: klassik şeir, aşıq yaradıcılığı, sərbəst şeir, dastan və poemalarda. Filologiya elmləri doktoru, professor Salidə Şərifova "Azərbaycan nəzm və nəsrində Şuşanın təsviri" məqaləsində klassik şeir janrlarından olan qəzəl janrında Şuşanın təsvir və tərənnüm edilməsini belə vurğulayır: "Müasir Azərbaycan ədəbiyyatında klassik Azərbaycan şeirinin ən geniş yayılmış janrlarından olan qəzəl janrında Şuşanın vəsf edilməsi təqdirə layiqdir".

İkinci Qarabağ müharibəsindən sonra qələmə alınan, Teymur Kərimlinin "Şuşamız" qəzəlində Şuşanın tərənnümünə diqqət yetirək:

Canımın parçası,

canımda canımdır Şuşamız,

Damarımda dolaşan isti qanımdır

Şuşamız!

Mən onun gül üzünə baxmaq ilə

handadoyam?

Gül gülüstanda olar,

gülüstanımdır Şuşamız!

7 beytdən ibarət olan bu qəzəldə şair Şuşanın Azərbaycan xalqı üçün nə qədər əhəmiyyətli və müqəddəs bir yer olduğunu göstərir. Şuşa sanki Teymur Kərimlinin həyatının ayrılmaz bir hissəsidir. Şuşa, ona görə, "gülüstan" - gül bağçası kimi gözəl və qiymətlidir. Qəzəlin son - məqtə beytində şair adətə uyğun olaraq öz adını çəkir:

Teymurun könlün açıb doğma

Cıdır meydanımız,

Dar günümdə köməyimdir,

həyanımdır Şuşamız!

Birinci Qarabağ müharibəsi dönəmində Xalq şairi, çağdaş ozanımız Zəlimxan Yaqub "Bu gecə yuxuma girmişdi Şuşa" şeirində Azərbaycanın Qarabağ bölgəsinin işğalı və Şuşa şəhərinin faciəsi ilə bağlı çox dərin təsirli poetik təsvir təqdim edir:

Bu gecə yuxuma girmişdi Şuşa,

Pənah xan qəzəbdən tir-tir əsirdi.

Şuşanı satanlar verib baş-başa,

Şəhərin üstündə qiymət kəsirdi.

Od tutub yanırdı Vaqifin goru.

Natəvan ah çəkib ağı deyirdi.

Usta toxunmuşdu hiylənin toru.

Hələ ki sözünü yağı deyirdi.

Müəllifin dilində Şuşa şəhərinin keşməkeşli taleyi, orada yaşanmış kədərli hadisələr və tarixdən gələn ağrılar pafoslu şəkildə əks olunur. Hər bir misra özündə milli ağrını, iztirabı və eyni zamanda Qarabağa, onun azadlığına olan dərindən bağlılığı daşıyır. Şuşanın işğalı və vətənə olan məhəbbət bu şeirdə vəhdət təşkil edərək çox kədərli, amma eyni zamanda qəhrəmanlıq hissi yaradır:

Bu gecə yuxuma girmişdi Şuşa.

Cabbar ağlayırdı, Xan ağlayırdı.

Dönmüşdü qanadı qırılmış quşa,

Qarabağ başabaş qan ağlayırdı.

Filologiya üzrə fəlsəfə doktoru Mətanət Saraçlı "Vətən savaşı dönəmində Azərbaycan poeziyasında Şuşa mövzusu" məqaləsində yazır: "Birinci Qarabağ savaşı dönəmində şair Zəlimxan Yaqub "Bu gecə yuxuma girmişdi Şuşa" şeirində məğlub Şuşanı qanadı qırılmış quş kimi görən Cabbarın, Xanın ruhunun ağladığını yuxuda gördüyünü nəzmə çəkirsə, Adıgözəl Abidinov zəfərimizdən sonra həmin şeirə nəzirə yazır və dəyişmə prosesini poetik dillə ifadə edərək sanki Zəlimxanın ruhunu muştuluqlayır:

Bu gecə yuxuma girmişdi Şuşa,

Cabbar gülümsəyir, Xan sevinirdi...

Azərbaycan poeziyasında sərbəst şeir müasir dövrün tələblərinə cavab verən və poetik təcrübələrə geniş yer verən bir formadır. Şair Cabir Novruz Şuşanın işğalının onilliyinə həsr etdiyi sərbəst şeir şəklində yazdığı "Şuşa yolu" poemasında öz duyğu və düşüncələrini ənənəvi vəzn və qafiyə qaydalarından azad olaraq pafosla sərbəst və intuitiv şəkildə ifadə edir. Mətanət Saraçlının da qeyd etdiyi kimi: "Cabir Novruz "Şuşa yolu" poemasında dərdin poeziyasını poeziyanın dərdinə çevirir":

Düz on ildir

"Şuşa!" deyə qışqırıram.

Daha papaq gəzdirmirəm,

düz on ildir.

Düz on ildir,

göz yaşlarım ürəyimə

gildir-gildir axır mənim.

Şuşa dərdi öldürəcək axır məni.

Şair burada Şuşa sözünü təkcə coğrafi məkan kimi deyil, həm də bir dərd, bir yaralı yurd kimi təqdim edir:

Səni özümüz basmışıq,

ay basılmaz qalam mənim.

Məni bu sözlərə görə

qınamayın.

Birimizin burnu belə

qanamadı...

Biz hamımız qabağında

bircə-bircə günahkarıq.

Xalqımızla, elimizlə günahkarıq.

Vətənə, torpağa, şəhidlərə qarşı olan vicdan əzabını, xalq və tarix qarşısında olan günahı çox dərin və təsirli şəkildə ifadə edir. Məqsədli şəkildə və ya təəssüf ki, əhəmiyyətli səhvlər edərək öz vətənini və tarixini satmış, öz mənfəətləri üçün çalışmış insanların vicdanındakı narahatlıq və peşmanlıq əks olunur. Poemada həmçinin kollektiv günahkarlıq və məsuliyyət hissi önə çəkilir. "Biz hamımız qabağında bircə-bircə günahkarıq" misrası ilə millətinin  hər bir üzvünün bu xətada payı olduğunu vurğulayır:

Mənfur paxıl ermənilər

Xəbis-xəbis, suni-suni gülürdülər

Vaqifin bu mavzoleyi onlar üçün

Göz dağıydı bilirdilər.

Üzdən nitqlər yapırdılar

yalanbaşdan.

Şair ermənilərin təxribatçı, hiyləgər təbiətlərini birbaşa şəkildə ifadə edir. Mənfur düşmənlərimizin tarix boyu içdən-içə bizi - Azərbaycan xalqını qısqandığını, yalandan üzümüzə gülərək içimizə sızmağa çalışdıqlarını və təəssüf ki, bu məqsədə nail olduqlarını bir qədər sərt və tənqidedici üslubla yazıb. Onun ömrünün son dövrlərində yazdığı bu poemada sərt və qətiyyətli bir duruş nümayiş etdirməsi şairin emosional boşluğunun və aclığının ifadəsidir. Bu aclıq Şuşaya və onun azadlığına olan dərindən hiss olunan bağlılıqdan, həmçinin Şuşa şəhərinin işğalı ilə bağlı duyduğu ağrılı dərddən qaynaqlanır.

Zəlimxan Yaqub "Bu gecə yuxuma girmişdi Şuşa" şeirində kədərli, amma daha mülayim bir mövqedən çıxış edir. Onun kədəri daha çox daxili təəssüf və məyusluqla qaynaqlanır. Zəlimxan "Gözündə yaş gördüm, yanağında nəm, // Cıdır düzündəki "Xarıbülbül"ün" misraları ilə Şuşanın taleyinə üzülür, dərdini içindən sükutla çəkir. Şairin qəlbi dərs və acı ilə dolu olsa da, onun ifadə etdiyi hisslər daha çox bədbin bir ruh halını əks etdirir. Digər tərəfdən Cabir Novruz "Düz on ildir qovruluram, odlanıram külündə mən. // Püskürürəm, alışıram, hayqırıram" ifadələri ilə kədərini daha açıq və dinamik şəkildə ifadə edir. Onun kədəri daha qəzəbli bir üsyan tonundan səslənir. Şair "Şuşa deyib qışqırıram" misrasında isə dərdini sükutla deyil, dünyaya hayqıraraq, açıq şəkildə bildirir.

Vahid Əziz İkinci Qarabağ müharibəsi dövründə Birinci Qarabağ müharibəsindən sonra doğan kədər, nisgil və həsrət ilə yazan şairlərin ifadə etdiyi ağrılı ruh halını bir növ müjdə və ümid mesajı ilə əvəz edərək "Gəlirik" şeirini yazır. Bu şeir həmin dövrün şairlərinin dərdlərini və faciələrini bir növ sona çatdıraraq Qarabağın və xüsusilə Şuşanın azadlığına olan inamı və qələbə arzusunu bəyan edir. Vahid Əziz bu şeirdə itirilmiş torpaqların geri qaytarılacağına və xalqın uğrunda mübarizə apardığı haqqın sonunda qələbə çalacağına olan güvənini aydın ifadə edir:

Daşdı səbri ürəklərin,

Hirs vurdu başa, gəlirik,

Yalanları təlxəklərin

Çırpıldı daşa, gəlirik

Gəlirik, Şuşa, gəlirik".

Çağdaş Azərbaycan poeziyasının nümayəndələri İkinci Qarabağ  savaşından sonra qələbəni Azərbaycan xalqına yaşadan, zəfər sədalı şeirlər yazdıran əsgərlərimizi, şəhidlərimizi, əlbəttə, unuda bilməzdilər. Gənc şair Aqşin Evrən "Şuşanın azadlıq gecəsi" şeirini özünün də, poetik şəkildə ifadə etdiyi kimi, "Qəfəsə salınmaz bu qala şəhər" olan Şuşanı iyirmi səkkiz ildən sonra azadlığa qovuşduran, yenə özünün də şeirdə ifadə etdiyi şəkildə, "Hər biri ucaboy, minarə kimi" əsgərlərimizə və şəhidlərimizə ithafən yazıb. Şeirdə lirizm olduqca güclüdür:

Havada nəsə bir doğmalıq vardı:

Həyat oyanmışdı Şuşanın üstə.

O gecə başqaydı, dünya donmuşdu,

Allah dayanmışdı Şuşanın üstə.

Şair mistik düşüncəni poetik çalarlarla ifadə edərək sanki "Və artıq öz yaratdıqları ilə bacara bilməyən Tanrı qəzəbini soyutmaq, bir az da yorğunluğunu çıxarmaq istəyəndə Qədir Rüstəmovun səsinə qulaq asırdı" deyən Aqil Abbasa cavab verir. Həmin misralar Aqil Abbasın Birinci Qarabağ müharibəsinə həsr etdiyi "Dolu" romanındakı daha dərin, metafizik və insanın Tanrı ilə olan münasibətini əks etdirən təfəkkürlə paralellik göstərir. Beləliklə, bu poetik və ədəbi təsvirlərdə Qarabağ müharibəsinin psixoloji və mistik təsviri, Allah ilə insan arasındakı mürəkkəb əlaqə, həm də zamanın və məkanın qarşılıqlı təsviri mövzusunda dərin bir poetik və fəlsəfi düşüncə ortaya qoyur.

Döyüş başlayan an dayandı zaman

Əsgərin gül qoxan ümidlərində.

Qoşuldu döyüşə elə bu anda

Doxsan ikinci il şəhidləri də.

"Sapı özümüzdən olan baltalar"ın səhvlərinin, xəyanətinin qara izlərinin təmizləndiyini, 1992-ci il Qarabağ müharibəsində şəhid olan əsgərlərimizin yarım qalmış vətən borclarının layiqincə ödəndiyini Evrən "Qoşuldu döyüşə elə bu anda // Doxsan ikinci il şəhidləri də" misraları ilə ifadə edir. Şairin poetik dili, üslubu sadə, lakin təsirlidir, emosional gücə malikdir. Şeirdəki frazalar, sözlər və cümlələr müharibənin dəhşətlərini və qələbənin gətirdiyi şərəfi hiss etdirir. Sondakı "Şəhidlər sağdırlar, ölmədilər ki" misrası həm şeirin təsirini artırır, həm də Qarabağın azadlığı uğrunda həlak olan qəhrəmanların xatirəsini daha da ucaldır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see478

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see384

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see340

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see322

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see291

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see165

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see150

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri