Icma.az
close
up
RU
525ci qəzet Çağdaş heykəltaraşlığımızın liderinə rəssam töhfəsi

525ci qəzet Çağdaş heykəltaraşlığımızın liderinə rəssam töhfəsi

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Bu gün - dekabrın 21-də mənalı ömrünün 97-ci ilini qeyd edən Xalq rəssamı, akademik Ömər Eldarova maraqlı bir doğum günü hədiyyəsi təqdim olunub. Kətan üzərində yağlı boya ilə çəkilmiş bu portretin müəllifi Gəncə şəhərində yaşayan 38 yaşlı rəssam Davud Bayramovdur. Özünəməxsus bədii xüsusiyyətlərə malik olan bu portretdə müəllif hiperrealizmin estetikasından istifadə etməklə, onun rəng qatını fərdi çalarlarla zənginləşdirə bilib. Portretin təqdimatı zamanı bunu görkəmli sənətkarın özü də xüsusi olaraq vurğulayıb, bu cür bədii məziyyətin-ifadə tərzinin Azərbaycan rəngkarlığında yeni olduğunu qeyd edib.

Doğrudan da, bədii tutumunda cəlbediciliklə inandırıcılığı qovuşduran müəllifin portreti səciyyələndirən xüsusiyyəti - əzaların gözoxşayan bütövlüyünə nail ola bilməsi heyrətamizdir. Bunu ilk növbədə əsərin yığcam rəng qatı, onun bir-birinə yüksək sənətkarlıqla uyuşdurulan rəng çalarları şərtləndirib. Akademikin sözlərinə görə, bu əsər onun yaradılmaqda olan muzey-emalatxanasında yer alacaqdır.

Qənaətimizcə, bu yerdə portretin müəllifi barəsində oxuculara məlumat verməyimiz məntiqli olardı. Belə ki, ulu Nizami yurdunda dünyaya göz açan Davud Bayramov (1986) uşaqlıqdan rəssamlığa meyilli olsa da, subyektiv səbəblərdən bu sahədə xüsusi təhsil almayıb. Fitri istedada malik olduğu hamı tərəfindən etiraf olunan yalnız ara-sıra şəhərdəki rəsmxətt müəllimi işləyən Füzuli Fərəcidən məsləhətlər alıb. Ruhunda daşıdığı yaratmaq gücünü 2006-cı ildən başlayaraq memorial abidələrin bəzədilməsində tətbiq edən gənc rəssam, tez bir zamanda Gəncə və onu əhatələyən yaşayış məntəqələrində də duyulası dərəcədə məşhurlaşıb. Ümumi sayı 500-ü keçən bu portretlərdə dünyasını dəyişmiş insanların mərmər üzərində bədii təqdimatı ilk növbədə inandırıcılığı ilə diqqət çəkir. Əksər hallarda ağ-qara, bəzən də rənglə gerçəkləşdirilmiş həmin portretlər həm də ovqat yaratmaq gücü ilə göz oxşayır.

2015-ci ildən başlayaraq portret yaradıcılığını kətan üzərində davam etdirməyə qərar verən gənc rəssam, bu günə kimi 50-dən çox əsər ərsəyə gətirib. Onların arasında ən müxtəlif peşə adamlarının obrazlarına rast gəlmək mümkündür. Qənaətimizcə, "Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin portreti", "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev", "Türkiyə Respublikasının qurucusi Mustafa Kamal Atatürk", "İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Şuşada tarixi görüşü", "Əməkdar rəssam Şaiq Məmmədovun portreti", "Gəncəli qadın" və "Oğlumun portreti" əsərlərində müəllifin janrın məlum "estetik xəritəsi"ni daha da genişləndirmək istəyi duyulur.

Zaman axarında o, digər janrlara da maraq göstərib. Bu mənada rəssamın mənzərə və natürmort janrında ərsəyə gətirdiyi tabloların özünəməxsus bədii dəyər daşıyıcısı kimi sənətsevərlərin və sənət xiridarlarının diqqətini cəlb etdiyini xüsusi vurğulamaq istərdik. Onları yerli və qonşu Türkiyə Respublikasının şəxsi kolleksiyalarında görmək mümkündür.

Müəllifin mənzərələrində məkanın tanındırıcılığı ilə yanaşı, onun vətənin bir guşəsini bədiiləşdirilmiş obraz - qürurverici estetik qaynaq kimi təqdim etmək istəyi güclüdür. Belə mənzərələrdə Gəncənin və onun ətrafının, eləcə də Kəlbəcərin ürəkaçan motivlərinin yaddaqalan təsvirini görmək mümkündür. Onaların arasında "Cavad xan türbəsi" və "Kəlbəcər" əsərləri estetik tutumunun zənginliyinə görə diqqət çəkir.

Davudun natürmortları da bənzərsiz estetikaya malikdirlər. Milli maddi-mədəniyyət nümunələrindən təşkil olunmuş həmin kompozisiyalarda əşyaların cismaniliyinə bütün dəqiqliyi ilə nail olan rəssam, onların həm də cəlbediciliyini əldə etməklə, bütünlükdə, əsərlərin yaddaqalan mənəvi qaynağa çevrilməsinə yol açıb.

Sonda demək lazımdır ki, Davud Bayramov yaradıcı potensialı zəngin olan yaradıcılardandır. Odur ki, ondan yaxın vaxtlarda dolğunluğu ilə seçilən yeni-yeni əsərlərlə yanaşı, yüksək dəyərə malik olan bədii irsinin fərdi sərgi şəklində təqdimatını gözləyirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Dekabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri