Icma.az
close
up
RU
525ci qəzet Çin ABŞı soyuq müharibə zehniyyətindən əl çəkməyə çağırıb

525ci qəzet Çin ABŞı soyuq müharibə zehniyyətindən əl çəkməyə çağırıb

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Çin ABŞ-ı soyuq müharibə zehniyyətindən və ideoloji qərəzdən imtina etməyə, 2025-ci maliyyə ili üçün milli müdafiə aktında yer alan Çinlə əlaqəli mənfi məzmunu tətbiq etməkdən çəkinməyə çağırıb.

525.az xəbər verir ki, bu barədə Ümumçin Xalq Nümayəndələri Konqresinin (Ali qanunverici orqan) Xarici əlaqələr komissiyasının rəsmisi Syu Donq bildirib.

ABŞ Konqresinin hər iki palatası tərəfindən yuxarıda qeyd olunan qanunun qəbul olunduğunu və prezident Co Bayden tərəfindən imzalandığını vurğulayan Syu Donq, ölkəsinin onu hədəf alan neqativ məzmuna qəti şəkildə etiraz etdiyini söyləyib.

Onun sözlərinə görə, Amerika qanununun neqativ məzmununun məqsədi “Çin təhlükəsini” daim şişirtmək, Tayvana hərbi dəstək vermək və Çinin elmi, texnoloji və iqtisadi inkişafını boğmaq, iki ölkə arasında ticarət-iqtisadi əlaqələri və humanitar mübadilələri məhdudlaşdırmaqdır. Bütün bunlar Çinin daxili işlərinə kobud müdaxilədir və ölkənin suverenliyinə, təhlükəsizliyinə, inkişaf maraqlarına xələl gətirir.

Rəsmi bəyan edib ki, Çin ABŞ ilə münasibətlərini həmişə qarşılıqlı hörmət, dinc yaşama, qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə uyğun idarə edib və hər iki ölkənin uğurunun bir-biri üçün imkanlar açacağına qəti şəkildə inanır: “Ölkələr bir-birinin inkişafı üçün maneə deyil, stimul olmalıdır. Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafı təkcə iki ölkənin xalqları üçün deyil, həm də bəşəriyyətin gələcəyi və taleyi üçün böyük əhəmiyyət kəsb edir. İki böyük güc kimi ölkələr arasında bəzi ziddiyyətlər və fikir ayrılıqları olması qaçılmazdır, lakin onlar bir-birlərinin əsas maraqlarını pozmamalıdırlar, daha az münaqişə və qarşıdurmaya girməlidirlər. Tayvan məsələsi, demokratiya, insan haqları, yol və sistem , inkişaf hüququ Çin tərəfinin çəkdiyi qırmızı xətlərdir və bunlara etiraz etmək olmaz.

Biz ABŞ-ı soyuq müharibə zehniyyətindən və ideoloji qərəzdən əl çəkməyə və Çinin suverenliyi və əsas maraqları ilə bağlı məsələlərdə səhvləri təkrarlamamaq üçün yuxarıda qeyd olunan qanunda Çinə təsir edən mənfi məzmunu tətbiq etməkdən çəkinməyə çağırırıq”.

S.Donq əlavə edib ki, rəsmi Pekin öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə qorumaq üçün qanuna uyğun olaraq lazımi tədbirlər görəcək.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri