Icma.az
close
up
RU
Rusiya XİN: Ermənistanı çirkin təcrübədən əl çəkməyə çağırıb

Rusiya XİN: Ermənistanı çirkin təcrübədən əl çəkməyə çağırıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Moskva politoloq Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulmasını İrəvanın qeyri-dost addımı kimi qiymətləndirir”.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Andranik Miqranyanın ölkəyə girişinə qadağa qoyulmasını tamamilə qeyri-dost addım kimi qiymətləndiririk. Bu, ikitərəfli münasibətlərimizin müttəfiqlik statusuna ziddir”, - deyə Zaxarova vurğulayıb. Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinə rəsmi sorğu göndərərək məsələyə aydınlıq gətirilməsini tələb edib.

O, həmçinin xatırladıb ki, Rusiya tərəfi dəfələrlə İrəvanı nədənsə hakimiyyət üçün əlverişsiz olan Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması kimi çirkin təcrübədən əl çəkməyə çağırıb. “Bu, Ermənistan hakimiyyətinin açıqlığı, demokratikliyi və fikir plüralizminə sadiqliyi ilə bağlı davamlı bəyanatları fonunda xüsusilə qəribə görünür”, - deyə Zaxarova əlavə edib.

Onun sözlərinə görə, Moskva bu məsələni İrəvan qarşısında qaldırmağa davam etmək niyyətindədir.

Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyana ölkəyə giriş qadağasının götürülməsini şərh edərkən, bunun “ikili standartların və seqreqasiyanın təzahürü” olub-olmaması ilə maraqlanıb.

Xatırladaq ki, Andranik Mihranyan Zvartnots hava limanında Ermənistana buraxılmayıb. İlkin məlumatlara görə, o, valideynlərinin məzarını ziyarət etmək üçün ölkəyə gedib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Dekabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri