Icma.az
close
up
RU
525ci qəzet COP29: Bakıda yazılan tarix

525ci qəzet COP29: Bakıda yazılan tarix

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) mühüm qərarların qəbulu ilə yekunlaşdı. Bununla da COP29  tarixə düşdü. Əlbəttə ki, qərarların razılaşdırılması ev sahibi olaraq həm də Azərbaycanın qətiyyətini, yaşıl keçiddə oynadığı rolu, inkişaf etməkdə olan dövlətlərin problemlərinə yanaşmasını bir daha ortaya qoydu, eyni zamanda ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunu göstərdi.

Azərbaycan COP29-un sədri olaraq bəyan etdiyi hədəflərə nail oldu. Tədbirin yüksək təşkilatçılığı, iştirakçılıq səviyyəsi, geniş və hərtərəfli müzakirə imkanlarının yaradılması, iqlimə təsir edən bir sıra mövzuların ilk dəfə gündəmə gətirilməsi və s. Azərbaycanın belə mötəbər tədbirin öhdəsindən uğurla gəldiyini nümayiş etdirdi. Məhz buna görə bütün tərəflər yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etdilər.

COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Belə ki, inkişaf etmiş ölkələr 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlərə hər il 300 milyard dollar məbləğində vəsait ayıracaq. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir. Azərbaycan bu razılaşmada mühüm rol oynayıb.

Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq, həmçinin 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq.

COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.

COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu çağırılacaq.

Beləliklə, COP29 öz məqsədlərinə çataraq, tarixi uğura imza atdı, bu həm də ilk gündən tədbirə kölgə salmaq istəyən, onu siyasiləşdirməyə çalışanlara ən tutarlı cavab oldu. Azərbaycana qarşı daim qərəzli mövqe tutan, onun uğurlarını, liderlik mövqeyini həzm edə bilməyən bəzi Qərb dairələri COP29-la bağlı da eyni yanaşmanı sərgilədilər. Onlar Azərbaycana qarşı açıq-aşkar düşmənçilik xarakteri daşıyan kampaniya apardılar.

Hələ COP29 ərəfəsində dünya ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu.

Co Bayden administrasiyası və Avropa İttifaqı rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaq yolunu tutdular. Bayden administrasiyası ümumiyyətlə yeni prezident seçilmiş Donald Trampa mümkün qədər çox problem saxlayaraq getmək yolunu tutub.

Maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin keçməsinin əsas səbəbkarı Avropa İttifaqı və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen idi. O, Bayden administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsait ayrılmasının qərara alındığını bilirdi  və məhz buna görə Bakıya gəlmədi.

Təsadüfi deyil ki, COP29-da Aİ-ni təmsil edən, Bakıya səfər etmiş Almaniyanın xarici işlər naziri Annalena Berbok iqlim məsələləri ilə məşğul olmaq əvəzinə, mətbuat konfransı keçirib Azərbaycanda insan haqlarından danışdı, müxalifət və Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Sonuncu gün COP29-un müzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla məşğul oldu.

Ancaq beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. Bu tarixi razılaşma məhz Bakıda əldə olundu.

COP29-da 300 milyard dollar maliyyə hədəfi həqiqətən tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradıldı. Bütün maneçiliklərə baxmayaraq, Azərbaycanın ev sahibliyiı ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu və iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli mövzu ilə bağlı bildirib ki, COP29 total qarayaxma və böhtan kampaniyalarına baxmayaraq, bütün bəşəriyyət üçün tarixi uğurla nəticələndi: "Bir çox vacib, uzun illər boyu həllini gözləyən məsələlərlə bağlı ortaq məxrəcə gəlindi. İnkişaf etməkdə olan ölkələr, kiçik ada dövlətləri, ən az inkişaf etmiş və Afrika ölkələrinin səbirsizliklə gözlədiyi "Zərər və İtkilər Fondu"nun tam işə salınması haqqında tarixi qərar qəbul olundu. Ən önəmlisi isə, "Bakı Maliyyə Hədəfi" (Baku Finance Goal) ilə bağlı razılıq əldə olundu. Bu hədəf inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlər üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard ABŞ dollarını səfərbər etməsini nəzərdə tutur. Bu, əvvəlki layihə ilə müqayisədə 50 milyard dollarlıq artım deməkdir".

Onun sözlərinə görə, Azərbaycanın iqlim maliyyələşdirilməsi sahəsində mühüm və tarixi diplomatik irəliləyişə nail olması qlobal qarşıdurmalar və geosiyasi gərginliklər fonunda baş verib və şübhəsiz ki, asan başa gəlməyib: "Həmçinin ölkəmizə qarşı aparılan təbliğat-təxribat kampaniyalarında COP29-un uğursuzluğa düçar edilməsi üçün hibrid informasiya savaşının bütün komponentlərindən, həm də davamlı şəkildə, bütün resurslar işə salınmaqla istifadə edilib, amma Azərbaycanın qətiyyətli və ədalətli mövqeyi, dövlətimizin başçısının diplomatik məharəti və nüfuzu "uğursuzluq ssenariləri"nin özünü uğursuzluğa uğradıb, işığın qaranlıq, xeyrin şər üzərinə qələbəsini təmin edib. Qeyd edim ki, təkcə COP29-un Azərbaycanda keçirilməsinin və yüksək səviyyədə təşkil olunması faktının özü belə ölkəmizin iqlim dəyişkliklərinin fəsadlarına qarşı mübarizəyə töhfəsi kimi qiymətləndirilməlidir və bu amil, dövlətimizin beynəlxalq hüququn müstəqil subyekti kimi ümumbəşəri problemlərin müzakirəsinə və həllinə xidmət edən qlobal məsuliyyətini nümunə ola biləcək anlamda dərk etdiyini göstərir.

Bütün bunlar COP29-un uğursuzluğa düçar olması üçün informasiya təxribatları törədən, misli görünməmiş siyasi riyakarlıq nümayiş etdirən, dezinformasiya, yalan və qarayaxma "istehsalı" üzrə bütün rekordları üstələyən xarici böhtançıların və onların ənənəvi nüfuz müvəkkillərinin arzularının puç olduğunu, planlarının iflasa uğradığını sübuta yetirir".

Politoloq Zaur Məmmədov isə deyib ki, Bakıda baş tutan tədbir COP tarixində ilk dəfə olaraq dünyadakı bəzi dövlətlərin riyakar siyasətini tam çılpaqlığı ilə ifşa etdi: "Bu da təsadüfi deyil. Çünki Qərbin, xüsusilə Kanada, Fransa, Avropa İttifaqının (Aİ) tutduğu mövqe uzun illərdir ki, qlobal çağırışların həll edilməsinə ən böyük maneədir. COP29 onları ifşa etdi və planetin aparıcı dövlətlərinin destruktiv siyasətini bir daha hər kəsə sübut etdi".

O bildirib ki, Paris danışıqlarından bu tərəfə bütün COP tədbirlərində maliyyə yardımın ayrılması ilə bağlı iştirakçı ölkələr arasında yekun məxrəcə gəlmək mümkün olmur. Daha doğrusu, Qərbin bəzi aktorlarının destruktiv fəaliyyəti ucbatından qlobal güclər üçün böyük rəqəm sayılmayacaq vəsaitin inkişafda olan və geridə qalmış dövlətlərə ayrılması mümkün olmayıb: "Bu dəfə də COP29 ərəfəsində və tədbirlər zamanı bəzi iştirakçı dövlətlərin tutduğu mövqe qlobal çağırışlarla bağlı onların məsuliyyətsiz və riyakar olduğunu göstərdi. Xüsusən rəsmi Parisin atdığı addımlar XXI əsrdə hələ də neomüstəmləkəçi siyasət aparan dövlətin imicinə daha böyük bir zərbədir. Emmanuel Makronla bərabər, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Avropa Parlamenti, AŞPA, "Global Witness", "Human Rights Watch", "Amnesty International" kimi beynəlxalq QHT-lər, "Washington Post", NYT, "Economist", "Politico", BBC, "Fiqaro", "Le Monde" və Qərbin digər mediaları ilboyu Azərbaycanı ləkələmək, qlobal problemlərin həllinə yönəlmiş konfransın işinə kölgə salmaq üçün əllərindən gələni etdilər. Almaniyanın XİN rəhbəri Annalena Berbok isə Bakıya gəlsə də, vaxtının böyük hissəsini müxalifətlə, siyasi fəallarla görüşlərə həsr etdi, yalnız son gün tədbirə qatılaraq qlobal ekoloji çağırışların onun üçün heç bir maraq kəsb etmədiyini təsdiqlədi. Adları sadalanan beynəlxalq aktorların fəaliyyəti bir daha göstərdi ki, bu dövlətlər üçün qlobal çağırışları həll etmək lazım deyil, əksinə daha da gərginləşdirmək əsas hədəfdir".

Bütün bunlara rəğmən, politoloq deyib ki, tarixdə ilk dəfə 76 mindən çox iştirakçı COP29-a qatıldı. Əksər dövlətlərin liderlərinin, prezident, baş nazir və ya nazirlərinin, 2200-ə yaxın QHT-dən 10 mindən çox təmsilçinin, müxtəlif sahələri əhatə edən dünyamiqyaslı tanınmış şəxslərin Bakıda iştirakı tədbirin yüksək səviyyədə təşkil olunmasının göstəricisidir: "Bu tədbirlə ölkəmiz imicini daha çox coğrafiyada genişləndirdi. Konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi platforması kimi yox, həm də ölkələrin haqq səslərinin eşidilməsi, onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli oldu. COP29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə də fəal iştirakçı olduğunu sübut etdi və ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see349

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see248

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see233

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see231

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see205

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see195

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see192

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see180

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see178

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see177

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see175

Meksika tribunasından gələn səs izləyiciləri bezdirdi: Səbəb bu imiş

12 İyun 2026 03:49see174

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see167

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

12 İyun 2026 04:13see166

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see166

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Türkiyədə səfərdə olub

12 İyun 2026 03:47see166

Paşinyanın qələbəsindən sonra: Siyasi eyforiya və təzyiqlər

12 İyun 2026 12:16see150

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see150

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see149

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri