Icma.az
close
up
RU
Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə İranın Şərqi Azərbaycan vilayətinin valisinin siyasi və ictimai məsələlər üzrə müavini Murtəza Məhəmmədzadə, Təbriz şəhərinin icra hakimi Davud Gərşasbi, Şərqi Azərbaycan gömrüklərinin rəisi Əliəsgər Abbaszadə, Təbriz Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının idarə heyətinin sədri Yunis Jaele, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Məhəmməd İbrahimi, Türkiyənin Təbriz şəhərində baş konsulu Mete Zaimoğlu və Baş Konsulluğun heyəti, Təbrizdə yaşayan, habelə təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak ediblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunmuşdur. Həmçinin Zəfər Gününün əhəmiyyətini əks etdirən foto sərgi təşkil olunub.

Tədbirdə çıxış edən baş konsul Taleh Zöhrabov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri kimi yaddaşlara əbədi həkk olunduğunu bildirib.

T.Zöhrabov, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi, qətiyyətli rəhbərliyi və çoxşaxəli diplomatik fəaliyyətinin Zəfərimizin təməl prinsipi olduğunu bildirmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun döyüş meydanında qazandığı parlaq Zəfərin dünya hərb tarixində yeni səhifələr açdığını deyib.

8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının birliyinin, dövlətimizin qüdrətinin, həyata keçirilən çoxşaxəli inkişaf strategiyasının və milli iradəmizin rəmzi olduğunu qeyd edən T.Zöhrabov, işğal altında olmuş ərazilərimizin düşməndən azad edilməsinin ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu müstəqil Azərbaycan dövlətinin tarixində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş ən mühüm tarixi nailiyyət olaraq şərəf tariximizə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıb.

Tədbir iştirakçılarına azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yeni qurulan istehsal müəssisələri, yol infrastrukturu, yerli sakinlərin öz doğma yurd-yuvalarına qayıdışı, sülh gündəliyi və regionda əməkdaşlıq barədə məlumat verilib.

Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin də 44 günlük Vətən Müharibəsində işğaldan azad olunduğu və hazırda həmin ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin, habelə inşa olunan avtomobil və dəmir yolu xətlərinin, eləcə də sərhəd Araz çayı üzərində tikintisi yekunlaşmaq ərəfəsində olan “Ağbənd-Kəlalə” avtomobil körpüsünün iki ölkə, eləcə də iki ölkənin həmsərhəd bölgələri arasında iqtisadi əməkdaşlıq əlaqələrini daha da genişləndirəcəyi nəzərə çatdırılıb. Tədbirin sonunda Baş Konsulluq tərəfindən rəsmi ziyafət təşkil olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Noyabr 2026 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri