Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb
Icma.az bildirir, Bizim media portalına istinadən.
Plastik qablaşdırmalarda və gündəlik istifadə olunan məhsullarda olan kimyəvi maddənin körpələrin doğum çəkisinə təsir göstərə biləcəyi müəyyən edilib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, alimlər 6 600-dən çox hamilə qadının məlumatlarını araşdırıblar.
Araşdırma zamanı DINCH adlı kimyəvi maddənin təsirinə daha çox məruz qalan qadınların körpələrinin daha az çəki ilə doğulduğu müəyyən edilib. Məlum olub ki, bu maddənin orqanizmdə səviyyəsinin 10 dəfə artması körpənin doğum çəkisinin orta hesabla 27 qram azalması ilə əlaqəlidir.
Alimlərin fikrincə, bu kimyəvi maddə dölün inkişafına təsir göstərə bilər. Onun hormonların fəaliyyətinə müdaxilə etməsi və iltihabi proseslərə səbəb olması ehtimal edilir.
Tədqiqatçılar kimyəvi maddələrin istifadəyə verilməzdən əvvəl sağlamlığa təsirlərinin daha diqqətlə araşdırılmasının vacibliyini vurğulayıblar.
Bizim.Media
Baxış sayı:134
Bu xəbər 07 Noyabr 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















