Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

525ci qəzet Əcnəbi turistlərin Bakı sevgisi

525ci qəzet Əcnəbi turistlərin Bakı sevgisi

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər Azərbaycana turist axını ilə bağlı bir xeyli müsbət tendensiyalar müşahidə olunur. Artıq deyə bilərik ki, əcnəbi turistlərin gəzmək, görmək üçün maraqla üz tutduqları ölkələr sırasında Azərbaycanın da adı var. Onların arasında Bakıya gələnlərin sayı isə daha çoxdur. Müşahidələr göstərir ki, turistlər ölkənin digər bir çox gəzməli-görməli yerlərinin olmasına baxmayaraq, paytaxtda qalmağı üstün tuturlar. Deyilənləri statistik rəqəmlər də təsdiqləyir. Statistikaya görə, Azərbaycana gələn turistlərin 80 faizindən çoxu Bakıya, 19 faizi isə bölgələrə getməyi seçiblər. Bölgələrə gedən turistlərin 4,7 faizi Qəbələyə, 4,3 faizi Qusara, 3,7 faizi Naftalana, 3,5 faizi Qubaya, 0,6 faizi Şabrana, 2,2 faizi isə digər şəhər və rayonlara üstünlük veriblər.

Millət vəkili, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, daxili turizm sektorunda müşahidə olunan tendensiya ondan ibarətdir ki, xarici turistlər Azərbaycan paytaxtına daha çox üstünlük verirlər. Statistika göstərir ki, respublikanın rayonları xarici qonaqların sayına görə hələlik ölkənin əsas şəhəri ilə rəqabət apara bilmir.

Millət vəkilinin sözlərinə görə, paytaxt regionu ilə ölkənin qalan hissəsi arasında turizm rəqəmlərindəki fərq heyrətedicidir: "Səyahətçilərin 80 faizindən çoxu Bakını seçir. Azərbaycana gələn hər 100 turistdən yalnız 19-u paytaxtdan kənara çıxır və bölgələrimizə səfər edir. Məsələn, bu ilin doqquz ayının məlumatına görə, Qəbələ turistlərin üstünlük verdikləri ikinci yerdir. Ancaq bizə gələn əcnəbilərin cəmi 4,7 faizi bu ərazidə qalıb. Bu siyahıda sonrakı yerdə Qusardır - turistlərin 4,3 faizi oradakı otellərdə qalıb. İstirahət edənlərin 3,7 faizi Naftalan, 3,5 faizi Quba, 0,6 faizi Şabranı seçib, xarici qonaqların 2,2 faizi isə digər şəhər və rayonlarda qalıb. Gördüyünüz kimi, bizim regionlar hələ də xarici turistlərin sayına görə paytaxt mehmanxanalarından geri qalır. Paytaxtın infrastrukturunu nəzərə alsaq, bu, ümumilikdə normaldır. Lakin Bakıda və regionlarda otellərdə gecələmələrin sayında fərq çox böyükdür. Təəssüf ki, bölgələrimiz hələ də öz turizm potensialını tam reallaşdıra bilmir və bu, xarici turistlərin cəlb edilməsində çətinliklərlə müşayiət olunur. Burada təbii ki, qiymət vəziyyətini də nəzərə almaq lazımdır. Əksər regionlarda turizm xidmətlərinin qiyməti yüksəkdir, keyfiyyət hələ də standartlardan geri qalır".

Bu arada Azərbaycana turist axını artır. Valyuta gəlirlərinə görə neftdən sonra ikinci olan sənaye öz mövqeyini artırır. Hazırda turizm Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) təxminən 3,5 faizini təşkil edir və bu sektordan əldə olunan gəlir pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 9 faiz artıb. Sənayedə mövcud vəziyyət durğun pandemiya illərindən köklü şəkildə fərqlənir. Bu ilin doqquz ayında ölkənin turizm sənayesində nəzərəçarpacaq canlanma müşahidə olunub - respublikaya 2 milyondan çox turist gəlib ki, bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 30,2 faiz çoxdur.

İyul ayı göstəriciləri xüsusilə təsiredicidir - bu ay ərzində xaricdən gələn qonaqların sayı 20 faiz artıb və onların ümumi sayı 270 minə çatıb. Müvafiq idarələrin məlumatına görə, turistlər bizə daha çox qonşu ölkələrdən - Rusiya və Türkiyədən gəlirlər. Bu il Hindistan gələn turistlərin sayına görə ilk üç ölkə arasındadır - bu günəşli ölkədən gələnlərin sayı iki dəfə artaraq 90 mini ötüb.

Bundan əlavə, Azərbaycana Çin və Cənubi Koreyadan qonaqlar getdikcə daha çox gəlir. Bu aylarda mehmanxanaların gəlirləri 26,7 faiz artaraq 468,5 milyon manat təşkil etsə də, əsas gəlirlər, formalaşmış ənənəyə uyğun olaraq, Bakının payına düşür.

Ekspertlərin fikrincə, istirahət edənlərin axınının yeni istiqamətləri ölkəmizin bu dövlətlərlə əlaqələrinin güclənməsinin və açıq-aşkar piar kampaniyasının nəticəsidir. Bununla belə, sənaye artımını təşviq etmək üçün digər tədbirləri də unutmaq olmaz, burada əsas şey qiymət siyasəti və qonaqpərvərlik xidmətlərinin keyfiyyətidir.

Vüqar Bayramovun dediyinə görə, yerli iş adamları daha çox bahalı, yəni 4-5 ulduzlu otellər tikməkdə maraqlıdırlar: "Ona görə də hesab edirəm ki, biz sahibkarlarımızı aşağı büdcəli istirahət yerlərinin yaradılmasında hansısa formada maddi cəhətdən maraqlandırmalıyıq. Çıxış yolu kimi biz onları aşağı faizlə cəlbedici kredit xətləri ilə təmin edə və bu sahədə digər güzəştlər tətbiq edə bilərik ki, qonaqpərvərlik sənayesinin ucuz seqmentinə biznesimiz arasında tələbat olsun".

Millət vəkili Tahir Rzayev hesab edir ki, ölkədə turizmin inkişafı ilə paralel olaraq, xidmət-iaşə sektoru inkişaf etməli, dünya standartlarına cavab verməlidir: "Azərbaycanda turizmin inkişafı ilə bağlı ciddi addımlar atılır. Böyük inkişaf var. Bu inkişaf Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin turizmin inkişafına göstərdiyi qayğı və diqqətlə bağlıdır. Ölkədə çoxlu müasir otellər, istirahət mərkəzləri tikilir. Bəzən onlarda yer belə tapılmır. Həm daxili, həm beynəlxalq turizmdə uğurlar göz qabağındadır. Amma çox təəssüflər olsun ki, bəzən istirahət məkanlarında istənilən, arzuolunan səviyyədə xidmət olmur, göstərilmir. Xoş olmayan mənzərə, xidmət səviyyəsi ilə qarşılaşırıq. Xidmət, iaşə məsələsi özü böyük zövq və mədəniyyət məsələsidir. Bu məsələyə dırnaqarası baxmaq olmaz, ona ciddi diqqət yetirmək, bu işlə məşğul olanların peşəkarlıqlarını, mədəniyyət, davranış, qulluq, xidmət səviyyələrini artırmaq lazımdır. Kimi gəldi, ucdantutma bu sektora işə cəlb etmək olmaz. Çünki turizmin inkişafını istəyiriksə, mütləq bu sektorun səviyyəsinin artırılmasını da düşünməliyik. Xaricdən gələnlər sabah gedib öz ölkələrində deməsinlər ki, bəs Azərbaycanda belə bir vəziyyətlə, mənzərə ilə üzləşdik. Buna yol vermək olmaz. Eyni zamanda, turistlər Azərbaycana gələrkən, öncədən hara gəldiklərini yaxşı bilməlidirlər, burada özlərini ərköyün uşaqlar kimi yox, Azərbaycan dəyərlərinə, adət-ənənələrinə, ölkə qanunlarına uyğun şəkildə aparmalıdırlar. Öz hərəkətlərinə çəki-düzən verməlidirlər. Mən bunu deyərkən, bütün turistləri nəzərdə tutmuram, amma çox təəssüflər olsun ki, özlərini yaxşı aparmayanları da var. Elə etmək, elə ölçü götürmək lazımdır ki, sonra gələnlər də addımlarını, davranışlarını ciddi şəkildə tənzimləsinlər".

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, bu, təkcə turizmlə əlaqəli məsələ deyil, ümumdaxil məhsulun 80 faizdən çoxu Bakıda emal olunur. Məsələn, məşğulluğun 80 faizdən çoxu Bakıdadır, bank aktivlərinin də çoxu paytaxta verilib. Yəni hər şey Bakı üzərindədir. Ölkənin 85 faiz Bakı və Abşeron yarmadasıdır. O, investisiyaların da əhəmiyyətli hissəsinin bu əraziyə toplandığını bildirib: "Almaniyanın qəsəbələrinə gedirsən, baxırsan ki, mərkəzlə fərqlənmir. Hətta balaca qəsəbələr mərkəzdən daha qəşəngdir. Azərbaycanda isə belə deyil. Məhdud istiqamətlər var ki, turizm baxımdan əhəmiyyətlidir. Bakıda sosial həyat var. Bakıya gələn turist bilir ki, həm gəzəcək, həm də əylənəcək".

Ekspert deyib ki, turizm üçün Bakıda olan əlverişli şərait rayonlarda yoxdur: "Otellərin çox hissəsi Bakıda yerləşir. Həm də eyni zamanda turistlərin əksəriyyəti dincəlməyə deyil, iş ardınca gəlir. Bakı həm də iş mərkəzidir. Azərbaycanda az qala bütün işlər Bakıda qurulur. Biznes görüşləri paytaxtda keçirilir. İstirahətə gələnlərdə əsas istiqamət kimi Bakını seçirlər. Burdan da 2-3 günlüyə Qəbələ, Quba, Qusara gedirlər".

Xalid Kərimlinin sözlərinə əsasən, qarşıdakı aylarda Qəbələ, Qusar və s. rayonlara üz tutan turist sayında artım görəcəyik. Amma ümumi 80 faiz vəziyyət Bakının xeyrinə qorunmuş olacaq. Ona görə də Bakı ilə bağlı turist sayı həmişə öndə olacaq.

Turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, Azərbaycana gələn əcnəbi turistlərinin 80 faizdən çoxunun Bakıda qalmasının bir çox səbəbi var: "Regionlara da səfərlər olur, amma gələnlər əsasən, Bakıda qalır. Əcnəbilərin Azərbaycana çıxışı əsasən, Bakıda olan hava limanı üzərindəndir. Bu amil də gələnlərin çoxunun Bakıda qalmasına təsir edir. Regionlara sadəcə birgünlük səfərlər edirlər, yaxud səhər gedib axşam qayıdırlar. Digər ölkələrdə də mövsümiliyin qarşısını almaq, eləcə də regionlarda turistlərin paylaşdırılması, qalmasını təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirirlər. Bakı paytaxt olduğu, şəhər otelçiliyi inkişaf etdiyi üçün regionlar qədər mövsümilik hiss olunmur. Demək olar ki, hər mövsümdə turistlər gəlir və qalır. Xaricdə bu kimi qeyri-bərabər paylanmanın qarşısını almaq üçün regionlarda festivallar, müxtəlif tədbirlər keçirirlər. Hətta qeyri-mövsümdə müxtəlif sərgilər, konfranslar regionlara salınır. Müxtəlif dərnəklərin tədbirlərini regionlarda keçirməklə həm daha uyğun qiymətə bu işi görür, həm də regionun doluluğunu təmin etməklə sahədən gələn maliyyənin düzgün paylanmasına, mövsümdən asılı olan otellərin ilboyu çalışmasına və ya mövsümlərin uzadılmasına şərait yaradırlar. Bu da mərkəzə yüklənməni azaltmış olur".

Ekspertin dediyinə görə, regionlardakı hava limanlarımızın daha səmərəli işləməsini təmin etmək olar: "Ölkəyə uçuşların hardasa 97 faizi Bakı üzərindən həyata keçirilir. Yaxşı olar ki, bizim digər beynəlxalq hava limanlarımız da tədricən canlansın. Bu amil həmin hava limanlarının ətrafında olan regionlara turistlərin daha çox gəlməsini, eyni zamanda gecələməsini artıra bilər". 

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri