525ci qəzet Əksər sosial media istifadəçiləri dəqiqliyini təsdiq etmədikləri məlumatları paylaşırlar UNESCO
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) müəyyən edib ki, sosial mediada fəaliyyət göstərənlərin əksəriyyəti məlumatların düzgünlüyünü yoxlamadan paylaşırlar.
525.az “TRT Haber”ə istinadən xəbər verir ki, UNESCO 45 ölkədən ən azı 1000 izləyicisi olan 500 sosial media istifadəçisi ilə apardığı sorğunun hesabatını dərc edib.
Hesabatda 500 sosial media istifadəçisinin 62 faizi məlumatın düzgünlüyünü yoxlamadan paylaşdığı bildirilib. Hesabatda vurğulanıb ki, istifadəçilərin təxminən 33,5 faizi məlumatı aldıqları mənbənin etibarlılığını nəzərə almadan paylaşıb və məzmun istehsalçılarının 41,7 faizi məlumat mənbəyinin etibarlılığını mənbənin populyarlığı ilə ölçüb.
Ləman İlkin
Baxış sayı:53
Bu xəbər 28 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















