Icma.az
close
up
RU
525ci qəzet Fransa səfirinin Azərbaycana qarşı növbəti təxribatı

525ci qəzet Fransa səfirinin Azərbaycana qarşı növbəti təxribatı

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Pərvanə SULTANOVA
[email protected]

Fransa Azərbaycana qarşı təxribatlarından əl çəkmək istəmir. Cənubi Qafqaz regionunda sülh və sabitliyə mane olmağa çalışan Makron hakimiyyəti bunun üçün ən müxtəlif vasitələrə əl atır. Onun təxribat vasitələrdən biri də Fransanın Ermənistandakı səfiri Olivye Dekotinidir. Bu şəxsin diplomatik etiket qaydalarını pozaraq dəfələrlə Azəraycanla bağlı təxribatçı açıqlamalarının və hərəkətlərinin şahidi olmuşuq. Təbii ki, səfir bunları öz başına etmir, birbaşa təmsil etdiyi Makron hakimiyyətinin sifarişlərini yerinə yetirir.

Bir neçə gün əvvəl fransalı diplomat növbəti dəfə təxribatçı addım ataraq Ermənistan-Azərbaycan şərti sərhədinə gəlib. Avropa İttifaqı missiyasının yaydığı məlumatda deyilir ki, “Biz Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etməkdən şərəf duyuruq... Səfir, həmçinin yerlərdə fəaliyyətimizə nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə qoşulub”.

Qeyd olunub ki, ona missiyanın işi barədə məlumat verilib.

Yada salaq ki, ötən ay həmin bu təxtibatçı səfir "X" səhifəsində İranın xəritəsini paylaşaraq ölkəmizin tarixi Qərbi Azərbaycan anlayışına qarşı çıxıb. O, "yeganə və təkrarolunmaz" Qərbi Azərbaycanın yalnız İranda yerləşdiyini yazıb. Xəritədə İranın Qərbi Azərbaycan əyaləti qırmızı rəngdə işarələnib.

Oktyabr ayında isə “X” hesabında Qərbi Zəngəzurun strateji baxımdan vacib və çox həssas bölgə olduğunu yazıb. O, Qərbi Zəngəzurda Ümumdünya Ərzaq Proqramı çərçivəsində həyata keçirilən layihələrin yarıdan çoxunu Fransanın maliyyələşdirdiyini bəyan edib: “Fransa Ermənistandakı resurslarından öz inancına və düşüncəsinə uyğun şəkildə istifadə edir”.

İrəvanı öldürücü silahlarla təmin edən, onu sülh masasından uzaqlaşdırmağa çalışan Parisin məqsədi Cənubi Qafqazda yeni müharibə ocağı yaratmaq, Zəngəzur dəhlizinin açılmasını əngəlləməkdir. Belə olmasaydı, hazırda dərin siyasi və iqtisadi böhran keçirən Fransa öz daxili gündəmi ilə məşğul olmaz əvəzinə, digər regionları qarışdırmaq barədə planlar qurmazdı. Digər tərəfdən, fransız səfirin işi Paris-İrəvan münasibətləri ilə məşğul olmalıdır. Amma Dekotini öz diplomatik öhdəliklərindən başqa hər şeylə məşğul olur.

Azərbaycan XİN bir müddət əvvəl verdiyi bəyanatda diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsinin ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsi olduğunu açıqlayıb. XİN bəyan edib ki, onun bir sıra absurd yanaşmaları ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir. Fransanın bölgədə eskalasiyanı davam etdirməyə yönələn davranışları və təxribatları bu ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edib.

Bundan bir müddət əvvəl Polşa prezidenti Anjey Duda da şərti sərhədə gələrək, binokl diplomatiyasına qoşulmuşdu. Rəsmi Bakı bununla bağlı özünün çox sərt mövqeyini ortaya qoydu. Ümumiyyətlə, Aİ missiyası Fransa üçün Cənubi Qafqaza soxulmaq, təxribarlar törətmək üçün alətlərdən biridir. Adı mülki olsa da, hərbçilərdən ibarət missiyanın əsas məqsədi kəşfiyyat məlumatlarını toplayıb ötürməkdir.

Avropa İttifaqı missiyası rəsmi olaraq 23 yanvar 2023-cü il tarixində Aİ Şurasının qərarı ilə yaradılıb. Əvvəl missiyanın cəmi iki ay müddətinə, özü də məhdud sayda fəaliyyət göstərəcəyi bildirilsə də, sonradan say da, müddət də artırıldı. Belə ki, “mülki missiyasını gücləndirmək məqsədilə” oradakı əməkdaşların sayı 138-dən 209 nəfərə qədər artırılıb.

Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində yerləşdirilən missiyanın açıqlanan məqsədi iki il müddətində “Ermənistanın sərhədyanı ərazilərində sabitliyə töhfə vermək, münaqişənin təsirinə məruz qalmış ərazilərdə etimadı və insan təhlükəsizliyini gücləndirmək və Aİ tərəfindən dəstəklənən Ermənistan və Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir”.

Ötən müddət göstərdi ki, bu missiyaya heç bir ehtiyac yoxdur. Fransa və digər Qərb qüvvələri təxtibata təşviq etməsələr, şərti sərhəddə hər hansı qarşıdurma baş verməyəcək.

Rəsmi Bakı müşahidə missiyasının əsl məqsəd və məramını bildiyi üçün onun şərti sərhədin öz tərəfində fəaliyyətinə razılıq verməmiş və lap əvvəldən müşahidəçilərin mövcudluğunu qəbul etməyərək, onların fəaliyyətini lüzumsuz hesab edib. Şərq Tərəfdaşlığına üzv ölkələrin xarici işlər nazirlərinin Brüssel iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Şuranın əməkdaşların sayının “özbaşına genişləndirildiyini” diqqətə çatdırıb.

Nazir  deyib ki, missiya, regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərinə nail ola bilməyib.

Onu da vurğulayaq ki, bu missiyanın fəaliyyəti 2025-ci ildə başa çatır, Fransanın məqsədi müddəti uzatmaqdır və şərti sərhəddə canfəşanlığı da buna yönəlib. Polşa prezidenti də şərti sərhədə bu məqsədlə gəlmişdi, missiyanın guya ki, işlədiyi və lazım olduğu görüntüsü yaradılır. Onu da qeyd edək ki, növbəti ildə Polşa Avropa İttifaqı Şurasına sədrlik edəcək. İstənilən halda, heç bir fəaliyyəti, əhəmiyyəti olmayan, ümumiyyətlə niyə sərhəddə olduqlarını özləri də biməyən bu missiyanın müddətini uzatmaq ancaq Qərbə lazımdır.

Məlumdur ki, Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar var, sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar irəliləyişlər məhz vasitəçisiz danışıqlarda əldə olunub. Birbaşa danışıqların təşəbbüskarı da Azərbaycandır. Yəni tərəflər özləri hər hansı vasitəçi olmadan danışa, razılığa gələ bilirlər. Belə olan halda, nəinki Aİ müşahidəçilərinə, heç hansısa vasitəçiyə belə heç bir ehtiyac yoxdur.

Nəhayət, Cənubi Qafqaza soxulmaq istəyən, öz maraqları üçün Azərbaycan-Ermənistan sülh prosesində vasitəçi olmaq istəyən ölkələr bu gün özləri daxili problemlərlə çalxalanır. Yuxarıda Fransanı qeyd etdik, bu ölkənin böhrandan çıxacağı çox çətin görünür, eyni zamanda Afrikadan qovulan, ada dövlətləri tərəfindən boykot edilən Paris digər bir regionda hegemon ola bilməyəcək. ABŞ-a gəlincə, Bakı dövlət katibi Antoni Blinkenin gedə-getdə təklif etdiyi görüş təşəbbüsündən çox haqlı olaraq imtina etdi.

Bu arada Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin maraqlı bir fikri diqqət çəkir. O müsahibəsində deyib ki, Vaşinqton postsovet məkanında da uğursuzluğa düçar olmağa başlayıb. Ermənistan və Azərbaycanın ABŞ və Avropa İttifaqının sülh yolu ilə nizamlanmaya dair tövsiyələrinə qulaq asmayaraq bütün məsələləri müstəqil həll etməyə üstünlük verirlər.

Vasitəçisiz danışıqlar hər iki tərəfin xeyrinədir, çünki ortada öz maraqlarını diktə edən, neytral qala bilməyən üçüncü tərəf olmur. İndi Ermənistan Fransanın və digər Qərb qüvvələrin planlarında yer almağa son qoyub, qalan məsələlərin həllini tapması üçün nəhayət iradə nümayiş etdirməsi gərəkir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri