Icma.az
close
up
RU
Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan siyasi tarixində zaman-zaman təkrarlanan bir acı həqiqət var: dövlətin süqutunu hazırlayan güc çox vaxt xaricdən deyil, elə içəridən doğur. Xəyanət, satqınlıq və milli maraqlara qarşı yönəlmiş gizli planlar sadəcə siyasi hadisə deyil, bütöv bir fəlsəfi düşüncə, psixoloji davranış və sosial reallıq modelidir.

Tarix sübut edir ki, Əliheydər Qarayevin, Həmid Sultanovun 1920-ci ildə həyata keçirdikləri “qurtuluş” adı altında milli dövlətin təslim edilməsi prosesi ilə bu gün Ramiz Mehdiyev–Əli Kərimli xəttində müşahidə olunan siyasi davranış arasında eyni düşüncə kodları mövcuddur. Hər iki dövrün mahiyyəti eynidir: xarici gücün layihəsinə çevrilmiş yerli aktorlar, milli dövlətçiliyi devirməyə yönəlmiş paralel siyasi koordinasiya, xalqın iradəsindən yox, başqa xarici mərkəzlərdən gələn təlimatlarla hərəkət etmək. Xəyanət özünü nə qədər qızıl sözlərlə bəzəsə də, nəticədə onun mahiyyəti dəyişmir: dövlətin zəifləməsi, milli iradənin sındırılması və siyasi müstəqilliyin xarici güclərin ayaqları altına atılması.

Xəyanətin fəlsəfəsi çoxqatlı bir anlayışdır və onu yalnız hüquqi kateqoriya kimi izah etmək mümkün deyil. Xain əvvəlcə mənəviyyatını itirir, sonra siyasi mövqeyini, sonunda isə xalqını satır. Bu, təkamül prosesidir. Xəyanətkar hər zaman özünü xalqın müdafiəçisi kimi təqdim edir, lakin bütün siyasi davranışı şəxsi ambisiya ilə ölçülür. O, hakimiyyətə gəlmək üçün dövlətin zəifləməsini arzulayır, xarici güclərin dəstəyini milli maraqlardan üstün tutur, öz siyasi kimliyini tamamilə təhrif edir. Ən təhlükəli cəhət isə odur ki, xəyanətkar heç vaxt özünü düşmən kimi təqdim etmir.

O, qəzetlərdə “demokratiya carçısı”, mitinqlərdə “xalqın səsi”, xaricdə isə “region üzrə layihə tərəfdaşı” kimi tanıdılır. Lakin pərdəarxasında baş verənlər tamam başqadır: dövlətin güc strukturlarına qarşı təxribatlar, cəmiyyətdə inamsızlıq toxumu səpmək, xarici güclərlə paralel siyasi xətt qurmaq, konstitusion quruluşun dəyişməsi üçün gizli planlar hazırlamaq.

Bu baxımdan Ramiz Mehdiyev və Əli Kərimli arasında ortaya çıxmış əlaqələrin araşdırılması təkcə hüquqi proses deyil, həm də xəyanətin fəlsəfəsinin təhlili üçün unikal materialdır. Onların siyasi davranış trayektoriyası Azərbaycan üçün tanış mənzərə yaradır. Bir tərəfdə illərlə dövlət içində paralel şəbəkə formalaşdırmış, ölkənin siyasi sistemində xaricdən yönləndirilən təlimatların mərkəzi rolunu oynamış bir fiqur; digər tərəfdə isə özünü “qərbyönlü demokrat” kimi tanıdan, amma bir dəfə də olsun xarici ölkələrin Azərbaycana qarşı addımlarını tənqid etməyən radikal müxalifət lideri. Bu iki ziddiyyətli obrazın bir nöqtədə birləşməsi isə təsadüf deyil - çünki onları birləşdirən şəxsi ambisiyadır, milli mənafeyə yox, siyasi revanşa xidmət edən istəkdir. Bu cür təbəqələr üçün dövlət ideya deyil, alətdir. Onların “hədəfi” demokratiya deyil, hakimiyyətdir; onların “mübarizəsi” xalq üçün yox, özləri üçündür.

Azərbaycanın son illərdə qazandığı tarixi qələbələr, Qarabağın azad edilməsi və dövlətin beynəlxalq aləmdə möhkəmlənməsi bu çevrələr üçün gözlənilməz zərbə oldu. Çünki bu qələbələr onların illərlə qurduğu xəyal dünyasını dağıtdı. Azərbaycan ordusunun gücü artdıqca, dövlətin beynəlxalq ittifaqlardakı çəkisi yüksəldikcə, ölkə regional liderə çevrildikcə radikal qrupların siyasi kapitalı azaldı. Onlar yalnız zəif dövlət, parçalanmış cəmiyyət və davamlı xaos şəraitində mövcud ola bilirlər. Buna görə də 44 günlük Vətən müharibəsi onların siyasi varlığı üçün strateji məğlubiyyət oldu. Onlar Azərbaycanın qələbəsinə sevinmədilər - çünki bu qələbə onların siyasi gündəmini məhv edirdi.

Müasir geosiyasi reallıqlarda beşinci kolonun fəaliyyəti daha təhlükəlidir. Qlobal güclər arasında qarşıdurmanın kəskinləşdiyi, Cənubi Qafqazda yeni nizam qurulduğu bir dövrdə hər hansı siyasi qrupun xarici təsirə açıq olması artıq təkcə daxili məsələ deyil - milli təhlükəsizlik problemidir. Dövlət Təhlükəsizliyi Xidmətinin son əməliyyatları göstərir ki, Azərbaycan dövləti bu təhlükəni həm siyasi, həm institusional, həm ideoloji müstəvidə dərk edir. Bu təkcə hüquqi proses deyil, həm də milli yaddaşın bərpasıdır: dövlət öz tarixinə əsaslanaraq xəyanətkar strukturların zamanında zərərsizləşdirilməsini təmin edir. Xalqın sosial sifarişi də məhz budur - milli dövlətin müstəqilliyini qorumaq, xarici güclərin içəridəki əlaltılarını ifşa etmək, radikal qrupların manipulyasiyalarına son qoymaq.

Tarixi təcrübə göstərir ki, Azərbaycan xalqı müstəqillik yolunda ən böyük zərbələri məhz daxili satqınlardan alıb. 1920-ci ildə milli hökumət süqut edərkən Bakıya daxil olan qüvvələr təkcə 11-ci Qırmızı Ordu deyildi - içəridə onlara yol açan yerli xəyanət şəbəkələri vardı. Bu gün Ramiz Mehdiyev-Əli Kərimli əlaqələri fonunda oxşar strukturun konturları görünür. Hər iki dövrdə xarici mərkəzlərin təlimatlarını yerinə yetirən yerli qruplaşmalar milli dövlətçiliyi hədəfə almışdı. Fərqlər yalnız texniki vasitələrdədir, mahiyyət dəyişmir.

Azərbaycan dövləti bu gün daha güclüdür, daha çevikdir, daha ayıqdır. Prezidenti İlham Əliyevin siyasi idarəçilik modeli milli təhlükəsizlik strategiyasının əsas fəlsəfi dayağıdır: dövlətə müxalifətdə olmaq olar, amma dövlətçiliyə yox; siyasi fikir müxtəlifliyi normaldır, amma Vətənə xəyanət yox; hakimiyyəti tənqid etmək olar, amma dövlətin altını qazmaq olmaz. Bu, sadəcə siyasi bəyanat deyil - Azərbaycan dövlətinin ideoloji konstitusiyasıdır.

Bugünkü proseslər göstərir ki, dövlət artıq xəyanəti təkcə hüquqi məsələ kimi deyil, həm də ideoloji və tarixi problem kimi həll edir. Beşinci kolonun şəbəkəsinin bir-bir ifşa olunması milli təhlükəsizlik doktrinasının uğurudur. Azərbaycan cəmiyyəti bu qüvvələri çoxdan siyasi səhnədən kənarlaşdırıb, dövlət isə bu nəticəni hüquqi müstəviyə daşıyır. Xainin aqibəti tarix boyu dəyişməyib: nə qədər ağıllı plan qursa da, ən sonda ya ifşa olunur, ya cəzasını alır, ya da xalqın yaddaşında rüsvayçılıq kimi qalır.

Azərbaycanın bugünkü gücü təkcə ordusunun qüdrəti, iqtisadiyyatının dayanıqlığı və diplomatik uğurları ilə ölçülmür. Azərbaycanın gücü həm də xəyanətin mahiyyətini vaxtında görmək, onu tanımaq və məhv etmək bacarığıdır. Vətənə xəyanətin bəraəti yoxdur və olmayacaq. Bu torpağın yaddaşı xəyanətkarları bağışlamır. Azərbaycan dövləti isə artıq elə mərhələdədir ki, heç bir xarici gücün piyada kimi istifadə etdiyi qüvvə milli iradəni manipulyasiya edə bilməyəcək.

Bu gün atılan addımlar yalnız bu gün üçün deyil - Azərbaycan dövlətinin gələcək yüzilliyinin təhlükəsizlik bünövrəsidir. Dövlətin sabitliyi, millətin birliyi və Qarabağ zəfərinin doğurduğu yeni geosiyasi reallıq heç bir xəyanətkar güc tərəfindən sarsıdılmayacaq. Çünki Azərbaycan xalqı artıq tarixin dərslərini öyrənib və bu dəfə içəridən gələn zərbə üçün qapı açmayacaq.

Adəm İsmayıl Bakuvi,
Vəhdət Partiyasının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri