Icma.az
close
up
RU
Mavi Balina necə yüklənilir?

Mavi Balina necə yüklənilir?

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

“Mavi Balina” oyunu yenidən gündəmə gəlib. Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda bir mənzildə özünü asan 13 yaşlı yeniyetmənin mobil telefonunda bu oyun aşkarlanıb. Bildirilir ki, onun oyundan aldığı sonuncu mesaj “Bu gün son günündür” olub. “Mavi Balina” daha əvvəllər də gəncləri intihara sürükləyən təhlükəli oyun kimi yadda qalıb. Qeyd edək ki, bu oyun nə “Play Market”də, nə də “App Store”da mövcuddur. Bəs uşaqlar bu oyunu rəsmi platformalarda tapmadıqları halda, onu haradan əldə edirlər? Ümumiyyətlə, belə bir oyun insanı ölümə necə sürükləyə bilər?

İKT üzrə mütəxəssis Fərhad Mirəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, bəzi tətbiqləri kənar mənbələrdən mobil cihazlara yükləmək mümkündür və onların istifadə olunması üçün mütləq şəkildə “App Store” və ya “Play Market”də mövcud olması şərt deyil.

Ekspert məsələyə münasibət bildirərkən deyib ki, baş verən hadisələr həm cəmiyyətin, həm də valideynlərin bu məsələyə vaxtında kifayət qədər diqqət ayırmaması və yetərli məsuliyyət hissinin formalaşmaması ilə bağlıdır:

“Diqqət etsək, görərik ki, bir çox hallarda mobil telefon azyaşlı uşağa gün ərzində tam sərbəst şəkildə təqdim olunur və gecə saatları, gündüz saatları, dərs vaxtları ilə bağlı heç bir məhdudiyyət tətbiq edilmir. Uşağa mobil cihazdan sərbəst istifadə imkanı yaradılır. Nəticədə isə həmin azyaşlı məktəbli arzuolunmaz kontentə çıxış əldə edir. Burada söhbət təkcə sosial şəbəkələrdən getmir. Ümumiyyətlə, internetdə mövcud olan istənilən məzmun, hətta əyləncə, oyun və bu tipli materiallar da buna daxildir. Hansısa bir yolla, istər “Play Market”dən, istərsə də digər mənbələrdən olsun, azyaşlı məktəbli həmin oyunu və ya proqramı telefonuna yüklədikdən sonra artıq onun yaş kriteriyasına uyğun olub-olmadığına nəzarət etmək çətinləşir”.

F.Mirəliyev tövsiyə edib ki, əgər mobil cihaz məktəbliyə hansısa zərurətə görə, məsələn, məktəbə, kurslara və ya məşğələlərə gedib-gəlməsi və əlaqə saxlanılması üçün verilirsə, o zaman sadə, düyməli telefonlara üstünlük verilsin. Belə telefonlarda zərərli kontentə çıxış imkanı olmur:

“Lakin bəzi hallarda internet üzərindən yazışma və ya zəngləşmə zərurəti yaranırsa, məsələn, “WhatsApp”, “Telegram” kimi tətbiqlərdən istifadə olunmalıdırsa, bu zaman ağıllı telefon azyaşlıya yalnız müəyyən təlimatlar və istifadə qaydaları çərçivəsində verilməlidir. Yüklənə biləcək tətbiqlər, istifadə ediləcək sosial şəbəkələr və ümumi kontent mütləq nəzarətdə saxlanılmalıdır. Bütün bunlar isə müəyyən texniki sazlamalar və tənzimləmələr tələb edir. Təəssüf ki, valideynlərin əksəriyyəti bu məsələlərə diqqət yetirmir, sadəcə telefonda hesab açaraq övladına təqdim edir ki, “istifadə et”. Uşaq da bu zaman yaşına uyğun olmayan proqramları yükləyir, uyğun olmayan məzmuna çıxış əldə edir və valideyn bundan xəbərsiz qalır. Nəticədə isə bu cür hallar çox acınacaqlı fəsadlara gətirib çıxarır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:1205
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri