525ci qəzet Gömrükdən qarnında 400 ekzotik həşərat keçirməyə cəhd etdi
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Peruda gömrükdən 400-dən çox ekzotik həşəratı qarnında keçirmək istəyən Cənubi Koreya vətəndaşı saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Limanın Xorxe Çaves hava limanında polis 28 yaşlı gəncin qarnının böyüklüyündən şübhələnib və onu yoxlamaq qərarına gəlib.
Axtarış zamanı onun geyiminin altına qarnına sarıdığı bağlamada xeyli xırda qutu aşkarlanıb.
Onların içində gözlənildiyi kimi narkotik maddə deyil, həşəratlar varmış.
Koreyalı ölkəsindən Peruya 300 tarantula hörümçəyi, 100 qırxayaq və 9 güllə-qarışqa gətiribmiş.
Qeyd edək ki, həşəratlar heyvanları müdafiə təşkilatına təhvil verilib. Qaçaqmalçını cəza gözləsə də, onun nədən ibarət olacağı bəlli deyil.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 20 Noyabr 2024 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















