525ci qəzet Gürcüstan Patriarxlığı Zurabişvilini sözlərinə diqqət yetirməyə çağırıb
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan Patriarxlığı prezident Salome Zurabişvili və digər şəxslərə ölkədəki vəziyyətlə bağlı müraciət edib.
525.az xəbər verir ki, Patriarxlıq öz müraciətində ölkədə genişmiqyaslı etirazların keçirildiyi günlərdə hakimiyyətin Aİ ilə bağlı qərarı ilə razılaşmayanları dedikləri hər sözə daha böyük məsuliyyətlə yanaşmağa çağırıb. Əks halda bu, hamı üçün faciəvi nəticələrə gətirib çıxara bilər.
Qeyd olunub ki, X sosial şəbəkəsində Gürcüstan prezidentinin kədərli və həyəcanlı bəyanatı yayılıb: “Həmin bəyanatda deyilir ki, “universitetlərdən sonra aksiyalarla həmrəylik ifadə etmək növbəsi məktəblərə çatıb”. Etirazlarda hadisələrin necə inkişaf etdiyini və vəziyyətin nə qədər gərgin olduğunu nəzərə alsaq, bu, qəbuledilməzdir. Belə bir şəraitdə məktəblilərin və ümumiyyətlə, yetkinlik yaşına çatmayanların bu işə cəlb edilməsinə çağıran hər hansı bəyanatlar, xüsusən də gələcək nəsillərin psixi və fiziki sağlamlığını zərərlərdən qorumaq üçün cəmiyyətdə qütbləşmə və nifrətin azaldılmasına çalışılmalı olan prezidentin bu çağırışı dərin narahatlıq doğurur. Bu, qətiyyən yolverilməzdir və dərhal dayandırılmalıdır”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 03 Dekabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















