Icma.az
close
up
RU
525ci qəzet İşlərigücləri sənət

525ci qəzet İşlərigücləri sənət

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İncəsənət insanın özünüifadəsi üçün ən əhəmiyyətli vasitələrdəndir. Sənət bəzi insanların işinə, bəzilərinin isə hobbisinə və yaxud istirahət vasitəsinə çevrilir. Əslində inəsənətin bütün sahələri bir-birilə sıx bağlıdır və sənətşünaslar da zaman-zaman bunu xüsusi vurğulayırlar. Məsələn, musiqinin teatr və kino ilə əlaqəsini qeyd edə bilərik. Demək olar ki, bütün tamaşa və filmlərdə hisslərin tamaşaçıya daha güclü ötürülməsi üçün musiqidən istifadə olunur. Dünyaca məşhur rejissor Stenli Kubrikin filmlərində, rəssamlıqdakı kimi, işıq və kompozisiyaya ciddi əhəmiyyət verməsinin səbəbi onun fotoqrafiyaya dərin marağından irəli gəlir. "Pianoçu" filmi ilə daha da məşhurlaşan Roman Polanskinin də rəssamlıq və heykəltaraşlığa böyük marağı olub. Hətta rejissor olmazdan əvvəl sənətkarın bu sahə üzrə təhsil aldığı bilinir. Dünyada belə nümunələr çoxdur. Bəs Azərbaycan sənətçiləri necə? Öz sahələrindən başqa, incəsənətin hansı növləri ilə xüsusi maraqlanır və sənət aləmindəki yenilikləri təqib edə bilirlərmi?  Sənətçilərimiz bu sualları "525-ci qəzet"in "İşləri-gücləri sənət" rubrikasında cavablandırırlar.

"YARADICILIĞIMI DAHA ÇOX DÜŞÜNÜB VAXTIMA QƏNAƏT EDİRƏM"

 Tanınmış gitara ifaçısı Rəhman Məmmədli incəsənətin bütün sahələrinə maraq göstərən sənət adamlarındandır: "Maraqlı tədbirlərdə, sərgilərdə iştirak etməyə çalışıram. Bu yaxınlarda Cənubi Azərbaycandan olan məşhur rəssam Vədud Müəzzinin Bakıda keçirilən sərgisində oldum. Çox möhtəşəm bir sərgi idi. Bilirsiniz ki, Vədud eyni zamanda musiqiçidir. İldə bir dəfə sərgisi olur və mən çalışıram, onun heç bir sərgisindən qalmayım".

Hazırda Fransada qastrol səfərində olan musiqiçi vaxtını qənaətlə xərclədiyini bildirir: "Yaşımın irəliləməsinə baxmayaraq, yaradıcılığım yeniliklərlə zəngindir. Bir neçə ildir, ardıcıl Avropa turuna çıxıram. Avropanın bir sıra ölkələrində solo konsertlərlə çıxış edirəm. Hazırda Fransanın paytaxtı Paris şəhərində möhtəşəm bir zalda oğlum - bəstəkar Tural Məmmədli ilə birlikdə solo konsert verməyə gəlmişik. Doğrusu, yaradıcılığımı daha çox düşünüb vaxtıma qənaət edirəm. Dəvət olunduğum hər konsertə, tamaşaya getmirəm. Durub desəm ki, yeni çəkilən filmlərin hamısını izləyirəm, yaxud da tamaşalara gedirəm, yalan demiş olaram. Amma xalq üslubunda, milli-mənəvi dəyərlərimizə uyğun hansısa sərgi, tamaşa konsert, film olursa, mən mütləq orda iştirak edirəm. Ayda bir dəfə komediya janrında çəkilən filmlər mənə zərrə qədər maraqlı deyil. Bu filmlərin bizim milli-mənəvi dəyərlərimizə zərər verdiyini düşünürəm. Onları həqiqi sənət əsəri hesab etmirəm".

Sevdiyi aktyorlar varsa da, yaradıcılığını xüsusi izlədiyi bir aktyor olmadığını deyən R.Məmmədli indi daha çox klassik musiqi əsərlərindən ibarət konsertlərə maraq göstərir: "Səmimi deyim ki, yaradıcılığını xüsusi izlədiyim aktyor, aktrisa yoxdur. Oğlum Tural bəstəkarlıq fəaliyyətinə başlayandan sonra yerli və xarici bəstəkarların əsərlərindən ibarət konsertlərə marağım artmağa başladı. Həmin konsertlərdə sevə-sevə iştirak edirəm".

"ƏVVƏLLƏR ÖZÜMÜ MƏCBUR EDİRDİMSƏ, İNDİ MÜTALİƏNİ ÇOX SEVİRƏM"

 Aktyor, ssenarist və prodüser Azər Aydəmir ədəbiyyat və rəssamlıq sənəti ilə yaxından maraqlandığını deyir: "Son illərdə xüsusilə gənc yazarlarımızın əsərlərini izləməyə çalışıram. Əvvəllər özümü buna məcbur edirdimsə, indi mütaliəni çox sevirəm. Hazırda yeni nəsil yazarlardan Sahilə Yayanın "Şeyx" romanını oxuyuram. Ümumiyyətlə incəsənət aləmində baş verən yeniliklərə biganə qalmamağa çalışıram. Rəsm sərgilərində iştirak etməyi çox xoşlayıram. Sevdiyim rəssamlar var, məsələn, Müseyib Əmirovun əsərlərini xüsusən bəyənirəm. Üslubunu çox sevdiyim rəssamlardandır. Ondan başqa, Ceyhun Rüstəmbəylinin, Anar Hüseynzadənin yaradıcılığını izləyirəm. Bütün musiqi növlərinə qulaq asıram. Bəyəndiyim ifaçılar çoxdur. Yeni səhnə əsərlərinin hamısını da olmasa, bəzilərini izləmişəm. Axırıncı dəfə Gənc Tamaşaçılar Teatrında Mehriban Ələkbərzadənin "Kod adı V. H. X" tamaşasına baxmışam".

"ƏHVALIMDAN ASILI OLARAQ MUSİQİ ZÖVQÜM DƏYİŞİR"

 Pəri Miniatür təxəllüsüilə daha çox tanınan istedadlı rəssamı Pərinisə Əsgərova sənətin bütün növləri ilə maraqlandığını deyir: "Mən miniatürə aşiqəm. Amma sənətin bütün növləri mənim üçün maraqlıdır. Musiqi dinləməyi çox sevirəm. Musiqisiz bir gün keçirəndə o günümdə dərin boşluq hiss edirəm. Evimdə bir neçə musiqi aləti olsa da, təəssüf ki, heç birində ifa etmirəm. Xüsusilə işləyəndə mütləq musiqi müşayiətinə ehtiyac duyuram. "Olmazsa olmaz"larım siyahısındadır. Əhvalımdan asılı olaraq musiqi zövqüm dəyişir".

Pəri Miniatür son zamanlar Akademik Milli Dramn Teatrında nümayiş olunan "Ölülər" və "Qarabağnamə" tamaşalarını izləyib: "Televizorda ötəri baxdığımız tamaşalar səhnədə bizə enerji ötürür və biz çox məmnun oluruq. "Ölülər" tamaşası çox xoşuma gəlir. Hətta dəfələrlə baxmışam bu tamaşaya".

Yaradıcılığını xüsusi izlədiyi bir sənətçinin olmadığını deyən rəssam, ifalar arasındakı fərqləri vurğulayır: "Bəzən bir yaradıcının bircə ifası qalan bütün ifalarından üstün olur. Yəni heç bir yaradıcı adamın hər əsəri şedevr olmur. Ona görə daima izlədiyim kimsə yadıma gəlmir. Bəlkə, bu da musiqi ruhum kimi öz əhvalımdan asılıdır. Bəzən elə olur ki, tam fərqli zövqlərə müraciət edirəm. Ümumiyyətlə həssas mövzulu, psixoloji filmlər izləməyi sevirəm. Son vaxtlar İran istehsalı olan filmləri izləyirəm".

Hazırladı: Günel MUSA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri