Icma.az
close
up
RU
525ci qəzet İşlərigücləri sənət

525ci qəzet İşlərigücləri sənət

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İncəsənət insanın özünüifadəsi üçün ən əhəmiyyətli vasitələrdəndir. Sənət bəzi insanların işinə, bəzilərinin isə hobbisinə və yaxud istirahət vasitəsinə çevrilir. Əslində inəsənətin bütün sahələri bir-birilə sıx bağlıdır və sənətşünaslar da zaman-zaman bunu xüsusi vurğulayırlar. Məsələn, musiqinin teatr və kino ilə əlaqəsini qeyd edə bilərik. Demək olar ki, bütün tamaşa və filmlərdə hisslərin tamaşaçıya daha güclü ötürülməsi üçün musiqidən istifadə olunur. Dünyaca məşhur rejissor Stenli Kubrikin filmlərində, rəssamlıqdakı kimi, işıq və kompozisiyaya ciddi əhəmiyyət verməsinin səbəbi onun fotoqrafiyaya dərin marağından irəli gəlir. "Pianoçu" filmi ilə daha da məşhurlaşan Roman Polanskinin də rəssamlıq və heykəltaraşlığa böyük marağı olub. Hətta rejissor olmazdan əvvəl sənətkarın bu sahə üzrə təhsil aldığı bilinir. Dünyada belə nümunələr çoxdur. Bəs Azərbaycan sənətçiləri necə? Öz sahələrindən başqa, incəsənətin hansı növləri ilə xüsusi maraqlanır və sənət aləmindəki yenilikləri təqib edə bilirlərmi?  Sənətçilərimiz bu sualları "525-ci qəzet"in "İşləri-gücləri sənət" rubrikasında cavablandıracaqlar.

Durğunluğu fürsətə çevirən

Tanınmış kinoaktyor, Əməkdar artist Cavanşir Hadıyev əsasən klassik və retro mahnılar dinlədiyini deyir. Müasir musiqilərin, ifaçıların onun zövqünü oxşamadığını, buna görə də çoxunun yaradıcılığından məlumatsız olduğunu bildirir: "Yeni çıxan mahnılar nadir hallarda zövqümü oxşayır. Belə mahnılardan biri də Roza Zərgərlinin ifa etdiyi "İstədim" mahnısıdır. Son vaxtlar ən çox dinlədiyim mahnılardandır. Eyyub Yaqubovun bütün mahnılarını əzbər bilirəm. Daimi pərəstişkarıyam. Amma son illər onun da yaradıcılığında sanki  durğunluq var".

C.Hadıyev rəssamlıq sənəti ilə də maraqlanır, fürsət tapdıqca sərgiləri ziyarət edir: "Daha çox miniatür sənəti ilə maraqlanıram. Axırıncı dəfə istedadlı rəssam Pəri Miniatürün sərgisində olmuşam. Onun miniatürləri çox fərqlidir. Son vaxtlar aktyorları müxtəlif obrazlarda təqdim etməsi xüsusilə marağıma səbəb olub". 

Öz yaradıcılığında da nisbi durğunluq olduğunu qeyd edən Əməkdar artist, bu durumu fürsətə çevirmək, maraqlı sərgilərdə daha ardıcıl iştiraka can atır: "Bu aralar yaradıcılığımda durğunluq var, elə bir yenilik yoxdur. Sonuncu dəfə yer aldığım ciddi layihə bir neçə ay bundan əvvəl Azərbaycanda çəkilən Hindistan filmi olub. Filmin adı "Əzmkarlıq"dır. Filmdə məşhur hind aktyoru Ajit Kumarla birgə çəkilmişəm. Azərbaycan polisi obrazını canlandırıram. Filmin premyerası hələ olmayıb. Bildiyim qədərilə 2025-ci ilin yanvar ayında premyerası nəzərdə tutulub, daha sonra "Netflix"də yayımlanacaq".

Nağara vurmaqdan tamaşa qurmağa...

 Akademik Musiqili Dram Teatrının rejissoru Samir Qulamov rejissorluqdan başqa, musiqi və heykəltaraşlığa marağı olduğunu açıqlayıb: "Orta musiqi məktəbinin nağara sinifini bitirmişəm. Musiqiyə çox böyük marağım var. Xüsusilə klassik musiqiləri dinləyirəm. Müasir musiqiləri də dinləməyə çalışıram, amma keyfiyyətli musiqiyə qulaq asmağı sevirəm. Universitetdə oxuyanda müəllimimiz Rəfiq Zəki Xəndan deyirdi, beyninizi hər musiqi ilə yükləməyin. Çünki kompüter format olunur, amma beyin yox".

Heykəltaraşlığa çox böyük maraq göstərən S.Qulamov, qədimi, ağac görünüşlü manqallar yığa, betondan müxtəlif heyvan fiqurları hazırlaya bilir.

Beynəlxalq Muğam Mərkəzindəki konsertlərə getdiyini deyən rejissor, yaradıcılığını davamlı izlədiyi müğənnilərdən Mirələmin, Kamilə Nəbiyevanın, rejissoru olduğu "Leyli və Məcnun" tamaşasında iştirak edən Orxan Hüseynli (Məcnun) və İlahə Rüstəmovanın (Leyli) ifalarını çox bəyənir. Ən çox da Elton Hüseynəliyevin səsinin vurğunudur: "Bir də son illərdə kəşf etdiyim bir ifaçı var: Leyla Rəhimova. Onun səsini ifa tərzini çox bəyənirəm".

"Gəlin qayası", "Turan marşı" və konsert...

Son illər başı öz yaradıcılığına çox qarışan tanınmış xanəndə Aytən Məhərrəmova isə sənətin digər sahələrindəki yenilikləri izləməyə vaxt tapa bilmir: "İndi Akademik Milli Opera və Balet Teatrında "Gəlin qayası" tamaşasının məşqləri gedir. Tamaşada əsas partiyalardan Sənəmi ifa edirəm. Yaxın günlərdə tamaşa sənətsevərlərə təqdim olunacaq. Tələblərimlə "Turan marşı" adlı mahnı lentə aldırmışam. Geniş konsert prorqamıma da hazırlaşıram. Açığı, son zamanlar incəsənətin digər sahələrində baş verənlərdən xəbər tutmağa fürsətim olmur. Nə gizlədim, son 5 il ərzində çəkilən heç bir yerli filmə, seriala baxmaq imkanım olmayıb. Opera və Balet Teatrında çalışdığım üçün həmkarlarımın çıxış etdikləri tamaşaları izləyirəm. Amma digər teatrlarda nümayiş olunan tamaşalara getməmişəm. Repertuarlardan xəbərim yoxdur. Ancaq son vaxtlar Akademik Musiqili Dram Teatrında aktrisa Gültac Əlilinin baş rolu ifa etdiyi "Qadınım" tamaşası haqqında xeyli maraqlı fikirlər eşitmişəm. Bu yaxınlarda həmin tamaşaya getməyi planlaşdırıram".

Hazırladı: Günel MUSA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri