Icma.az
close
up
RU
525ci qəzet Sevdiyim sənət mənə xoşbəxtlik gətirib

525ci qəzet Sevdiyim sənət mənə xoşbəxtlik gətirib

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Müsahibimiz "Soyuq günəş" filminin Yarmədi - gənc aktyor Sənan Kazımovdur. O, "Şelkunçik",  "Şeyx Sənan", "Müsyö Jordan və Dərviş Məstəli şah", "Tanrıya 14 məktub", "Dəli yığıncağı", "Hərə bir qəhrəman oldu", "Teleskop", "Hamlet", "Otello" və Şuşada keçirilən Vaqif Poeziya Günləri üçün Nicat Kazımovun quruluş verdiyi  "Əsrlərin sədası" kimi tamaşalarda uğurla çıxış edib.

- Sənan bəy, uşaq yaşlarından teatrdasınız. İlk dəfə səhnəyə, tamaşaçı qarşısına çıxanda hansı hissləri yaşadınız? Aktyor övladı olmağınız sizdə arxayınlıq, özünəinam hissi yaratmışdımı?

- Mən o yaşda arxayınlıq, özünəinam hissini dərk edə bilmirdim. Çünki ilk dəfə səhnəyə çıxanda 9-10 yaşım olardı. O zaman daha çox həyəcan hissi var idi. Çünki zaldan oturub baxdığım səhnədə indi mən özüm oynayırdım. Təbii ki, uşaq vaxtı bunu o qədər də anlamırdım. Yəni mənə daha çox oyun kimi gəlirdi. "Çıx, sənə verilmiş mətni öyrən, rolunu oyna" - bitdi. Amma mənim üçün çox maraqlı idi. Bir dəfə tamaşada deyəcəyim söz yadımdan çıxmışdı. İlk tamaşam idi. Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsəri əsasında hazırlanan "Məkkəyə gedən yol" tamaşasında Əhməd obrazını canlandırmışdım və ilk baş rolum oldu bu. Yadımdadır, Nofəl Vəliyev və Gülər xanımı 2 dəqiqə səhnədə gözlətdim. Onlar da dayanmadan replikaları deyirlər, göz-qaş edirlər ki, qorxma, çıx. Mən də uşağam. Qorxuram ki, çıxıb sözləri səhv deyərəm. Nəhayət, güc-bəla ilə məni səhnəyə gətirə bildilər. Sonralar, yaşım artdıqca vəziyyət yaxşıya doğru dəyişdi.

- Necə oldu ki, Xalq artisti Cənnət Səlimovanın inamını qazandınız və o yaşınızda sizə baş rol verdi?

- İncəsənət aləmində belə bir hal var ki, əgər atan, ya da anan incəsənət adamıdırsa, sənin də qabında mütləq nəsə olmalıdır. Ona görə Cənnət xanım da, qıraqdan uşaq gətirmək əvəzinə, baş rolu mənə verdi. Çünki yad uşağı səhnəyə çıxarmaq risk idi. Mənim isə həm atam, həm xalam bu sənətdədirlər və tanınırlar. Buna görə doğru seçim mən sayılmışam.

- "Şelkunçik" tamaşasında birdən çox rolda çıxış etmək balaca Sənana çətin olmurdu?

- Həmin tamaşada rolların bir qismi sözsüz, kütləvi səhnələrdə idi. Orada 5-6 nəfər uşaq da var idi. Tez paltarlarımızı dəyişib səhnəyə qaçmalıydıq. Əynimizi dəyişəndə çox çətinlik çəkirdim. Sözsüz rol oynamaq çox çətindi. Biz uşaq idik deyə daha çox əylənirdik. "Şelkunçik" mənim xatirimdə çox gözəl tamaşa kimi qalıb. Hər dəfə ortaya o cür uşaq tamaşaları çıxmır. Ümumiyyətlə, "Şelkunçik" çox uğurlu əsərdir. Səhnə tərtibatı, geyimlər, aktyorlar çox uğurlu şəkildə seçilmişdi. Uşaq tamaşası olmağına baxmayaraq, bizim truppanın yarısı iştirak edirdi. Amma "Məkkəyə gedən yol" tamaşasında mən tək idim. Ümumiyyətlə, teatr həyatı uşaqlıqdan mənim üçün çox maraqlı, sehrli keçib.

- Uzun müddət Nicat Kazımovun oğlu olduğunuzu gizlətmisiniz. Sizi buna nə məcbur edirdi?

- Mən uşaqlıqdan öz hesabıma edə biləcəyim bir işi kiminsə köməkliyi ilə etməyə razı olmamışam. Əgər özüm edə bilirəmsə, edəcəm, yox, əgər edə bilmirəmsə, o iş ümumiyyətlə, baş tutmayacaq. Mən uşaqlıqdan belə öyrənmişəm. Sənətdə atamın dəstəyini ona görə istəmədim ki, nə qədər istedadlı oluramsa, olum, əgər başlanğıcda atamın köməkliyindən, onun adından istifadə eləmişəmsə, bu, ömürlük məni izləyəcək. Deyəcəklər, Nicat Kazımovun oğludur deyə qabağa gedir, tamaşalarda oynayır, onun oğludur deyə seriallara çəkilir. Deyənlər də var və həmişə olacaq. Bu, qaçılmaz bir şeydir. İnsan xislətidir və onu dəyişmək mümkün deyil. Amma bacardığım qədər bu sənətdə öz hesabıma irəliləmək istəyirəm. "Gənc Tamaşaçılar" uşaqlıqdan işlədiyim teatrdır. 40 günlüyümdən teatrdayam. Camaat o vaxtı uşağını qohumlarına belə göstərmir, amma mən Milli Dram Teatrında, "Gənc Tamaşaçılar"daydım. Çünki hamı işdə olurdu, mən də qalırdım ortalıqda. Üçüncü kursda oxuyanda teatrda kastinq keçirildi və həmin kastinqdən uğurla keçdim. Bizim üçün studiya yaradıldı, 6-7 nəfər idik. Onlardan təkcə mən, Nurlan Süleymanlı, Hilal Dəmir qaldıq. Əvvəlcə yarım ştatla, daha sonra praktika keçə-keçə tam ştatla işə götürdülər. Yəni istəsəydim, vaxtında atamın adından istifadəylə çox şey əldə edə bilərdim. Amma bunu istəmədim. Qoy Nicat Kazımovun oğlu Sənan Kazımov yox, Sənan Kazımovun atası Nicat Kazımov desinlər.

- Amma Cənnət Səlimova atanıza görə sizə baş rol verib...

- O, uşaq vaxtı olan bir iş idi. Bilirsiniz, incəsənət adamları insanların gözünə baxanda bilirlər ki, qarşısındakı kimdir, necədir. İşimiz psixoloqluğa çox yaxındır. Tamaşalarda, filmlərdə, seriallarda o qədər obraz, xarakter görürük ki, insan sərrafına çevrilirik. Yəqin Cənnət xanım da illərin rejissoru olduğuna görə məndə nəsə görüb, hiss edib. Artıq yeniyetməlik dövrünə gələndə mən qərar verməli idim ki, hansı yolu seçəcəm, hansı peşəyə yiyələnəcəm. Çünki ömrümün yarıdan çoxunu həmin peşə tutacaq. Seçdiyin iş sevdiyin iş olmalıdır. İşi pula görə seçmək lazım deyil. Düzdür, yaxşı evin, imkanın ola, ailən yaxşı şəraitdə yaşaya bilər, amma işini sevməsən, yavaş-yavaş səni depressiyaya gətirib çıxara bilər bu. Vaxt olub ki, mən çox cüzi maaşa işləmişəm, maddi cəhətdən çətin günlərim olub, amma sevdiyim sənətlə məşğul olmağım mənə xoşbəxtlik gətirib. Qəpiyi qəpiyin üstünə qoyub bir ay dolanırdım. İşləməyə başlayandan ailəmdən maddi dəstək almaqdan imtina etmişəm. Əgər işimi zövqlə, sevərək görürəmsə, qazancım da bərəkətli olur. Çünki neqativə köklənmirəm, hər zaman müsbət düşünürəm.

- "Soyuq günəş" filmindən sonra həyatınızda nələr dəyişdi?

- Kino sektorunda fəaliyyətim az olub. Bu sahədə debüt işim "Soyuq günəş" filmidir. Mənə baş rol təklifi gələndə, nə yalan deyim, bir az həyəcanlandım. Çünki onda hələ teatrda işləmirdim, 3-cü kursda oxuyurdum. Təklif gələndən bir-iki həftə sonra teatrda işə başladım. Bu, ləzgilər haqqında çəkilmiş ilk film idi. Belə bir film çəkilir və baş rolu Sənan Kazımov oynayır! Bu, artıq, tarix kitabına düşəcək hadisədir. Təəssüflər olsun ki, filmin kinoteatrda təqdimatına 6 gün qalmış ölkədə karantin elan olundu. Film bir ildən sonra, dekabr ayında, ləzgi dilində, yutuba yerləşdirildi. Növbəti ilin mart-aprel aylarında Azərbaycan dilində qoyuldu və bir müddət sonra "partlayış etdi". Artıq filmin üç dildə - ana dilimizdə, rusca və ləzgicə 17-18 milyon izlənməsi var. Bu, bizim kino statistikasında çox yüksək göstəricidir. Ölkədə ən çox izlənən filmdir. "Soyuq günəş" mənə çox məşhurluq gətirdi. Ondan əvvəl də film və seriallarda rol almışdım. Müəyyən qədər tanınırdım, amma bu filmdən sonra daha çox tanınmağa başladım. Sosial şəbəkələrdə mesajlar alırdım. Bəziləri yazırdılar ki, ailəm sevdiyim insanla evlənməyimə razı deyildi, amma o filmə baxandan sonra fikirləri dəyişdi. Bu, məni çox sevindirirdi. Demək ki, bunu təkcə film adına çəkməmişik, insanlara bir mesaj ötürə bilmişik. Mən elə geridönüşlər alandan sonra başa düşdüm ki, missiyamızı tamamladıq. Əsas məqsədimiz insanlara nəsə ötürməkdir. Biz sanki bir güzgü rolunu oynayırıq. İnsanlar bizə baxanda özlərini görməlidirlər.

- Bir çox gənc müəyyən qədər uğur əldə etdikdən sonra daha da inkişaf üçün xaricə gedir, fəaliyyətini orada davam etdirməyi planlaşdırır. Siz bu barədə nə düşünürsünüz?

- Mənə də böyüklərim çox vaxt deyirlər ki, xaricə niyə getmirsən, orda daha çox inkişaf edə bilərsən. Deyirəm ki, niyə öz ölkəmdə birinci olmağı qoyub, xaricdə onuncu olmağa qaçım?! Elə burda birinci olum, öz ölkəm üçün nəsə edim. Xaricə gedənlərin əli bala batıb? Sıfırdan gedənləri yox, universiteti bitirib gedənləri deyirəm. Götürək elə ən yaxına - Türkiyəyə gedənləri. Hansı biri uğur qazanıb? Mən bir nəfərin belə adını çəkə bilmərəm ki, filankəs getdi, orda uğur, ad-san qazandı. Elə şey yoxdur. Niyə öz millətimin aktyoru qala-qala, başqa millətin aktyorunu gətirim filmimdə rol verim? Ola bilər ki, mənim baş qəhrəmanım xarici obraz olsun. Burda o tip birini tapa bilməsəm, məcbur qalıb həmin millətdən bir aktyoru dəvət edərəm. Amma əgər bu vacib deyilsə, elə öz millətimin aktyorun çəkim də. Qazanırsa, özümüzünkü qazansın. Mənə elə gəlir ki, bütün millətlər belə düşünür. İngilis öz aktyorunu qoyub, heç vaxt italyanı çəkməz. Əgər xaricdən təklif gəlsə, gedərəm, filmə çəkilərəm, amma sonra yenidən öz vətənimə qayıdaram. Ömürlük çıxıb getmərəm. Burda daha xoşbəxtəm. Həm də artıq burda öz yerimi tutmuşam.

- Son olaraq: Mirsənan, yoxsa Sənan?

- Sənəddə Mirsənan, sənətdə Sənan.

Ləman İLKİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri