Icma.az
close
up
RU
525ci qəzet Malıbəyli Bir rəsmin dedikləri

525ci qəzet Malıbəyli Bir rəsmin dedikləri

Icma.az bildirir, 525.az portalına istinadən.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, sənətşünas Sevil Əliyevadır. Onunla gənc rəssam Milena Nəbiyevanın "Malıbəyli" əsərindən danışmışıq.

Müasir incəsənətimizin tanınmış gənc rəssamlarından olan Milena  Nəbiyeva 1981-ci ildə Bakıda dünyaya göz açıb. Kiyev Milli Memarlıq və İnşaat Universitetinin məzunu,  Azərbaycan Rəssamlar İttifaqının, UNESCO yanında Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür.

Özünəməxsus yanaşması ilə seçilən Milena həm realist, həm də ornamentçi rəssamdır.

- Milena Nəbiyeva yaradıcılığında xalça. İstərdim söhbətimizə buradan başlayaq.

- Rəssamın öz duyğularını kətan üzərində əks etdirməyə başlaması qədim türk motivlərinə yaranan maraqdan qaynaqlanır. Naxışlarda  sirli və mistik anlam gizlənir. Onların mahiyyətini dərk etmək isə çox çətindir. Hər ornamental detal, əslində, mifik hekayədən bəhs edir. Saflıq, uğur, bərəkət, xoşbəxtlik, sağlamlıq, sevgi, dostluq, vətənpərvərlik, bəd nəzərdən qorunmaq kimi xalq inancları və rəmzlərinə bağlı olan naxışlar Milena Nəbiyevanın tablolarında öz əksini tapır.

"Malıbəyli" xalçaları Qarabağ  Xalçaçılıq məktəbinin Şuşa qrupuna aid olan xovlu xalça növüdür. Bu məşhur xalça növü Malıbəyli kəndinin adından götürülüb. Qarabağın xalçaçılıq məktəbinin əsrlərə söykənən tarixi var. Qədimliyi və gözəlliyi ilə seçilən Qarabağ xalçaları Azərbaycan dekorativ-tətbiqi  sənətinin nadir incilərindəndir. Qarabağ tipinin Şuşa qrupuna aid edilən "Malibəyli" xalçaları orijinal bədii xüsusiyyətə malikdir.

Milena Nəbiyeva da el sənəti nümunələri olan xalçaları ağ kətana həkk etməklə gözoxşayan ornamentləri dəqiqliklə işləyir. Başdan-başa ilmələrdən ibarət tablolar yaratmaq üçün səbir mütləqdir. Bunun öhdəsindən gəlmək sevgi və böyük həvəs tələb  edir. "Malıbəyli" əsəri də zərif naxışların silsilə şəklində düzülüşündən ibarətdir və özünəxas fəlsəfəyə malikdir. Əsər 2023-cü ildə "Alovun ahəngi" adlanan fərdi sərgidə nümayiş olunub.

- Əsərin kompozisiyası necədir?

- Tabloda Malıbəyli kənd əhalisinin yarımçıq qalmış həyatı, fonda görünən qızılı rənglərdə isə xalqın zənginliyi və hər şeyin yenidən bərpa olunacağı vurğulanır. Burada qarabağlıların zəngin xalçaçılıq bacarıqları tərənnüm edilir. Əsərdəki ecazkar naxışlar, sirlərlə dolu elementlər və bu elementlərlə əks qütbdə dayanan realizm qaynayıb-qarışır. Kompozisiya baxımından əsərdə naxışlarla bərabər, alovun ahəngi  də vəhdət təşkil edir.

- Bəs rəng həlli haqqında nə deyə bilərsiniz?

- Qarabağın zənginliyi, təbiəti, iqlimi, mədəniyyəti, məişəti əsərin koloritində öz əksini tapıb. Qarabağ xalçalarının forması uzunsov, rəng-boyaq palitrası isə olduqca zəngindir. Burada əsas fon qızılı rənglə, xalça naxışları isə al qırmızı, palıdı, qızılı, çəhrayı, sarı, qırmızı, tünd qırmızı rənglərlə işlənib. Qızılı rəng zənginlik rəmzi olaraq əsərdə daha çox gözə çarpır. Mövzularında  Azərbaycanın milli-mənəvi    dəyərlərinə, xalça, buta, nar kimi atributlara müraciət edən rəssamın müxtəlif naxışlardan hörülmüş kompozisiyaları sanki şəbəkəni  xatırladır.

Gənc rəssam "Buta", "Naxışlı    narlar", "Düşüncə", "Qarabağ  xalçası" və başqa əsərlərini zəngin rəng çalarlarından, eləcə də tamaşaçılarda dərin emosional reaksiya doğuran naxışlardan istifadə etməklə yaradıb. Milena Nəbiyeva el sənəti nümunələrimiz kətana həkk etməklə göz oxşayan ornamentləri dəqiqliklə işləyir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Rəssam doğma Qarabağın tarixi abidələrini "Xudafərin körpüsü", "Kəlbəcərdə payız səhəri", "Qarabağ  xalçaları" silsiləsindən "Çələbi" xalçası, "Xanlıq" xalçası kimi əsərlərdə təsvir edib.

Bu rəsmdə isə müəllif Qarabağın Malıbəyli kəndinin taleyini, müharibənin gətirdiyi dağıntıları, insanların məcburi köçkünlük həyatını təsvir edir. Əsər Qarabağ  müharibəsinin təsirlərini və vətənpərvərlik hisslərini dolğun ifadə etməklə həm hüzn, həm də ümid doğurur.

Aytac SAHƏD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri