Icma.az
close
up
RU
525ci qəzet Laləzar körpüsü Bir rəsmin dedikləri

525ci qəzet Laləzar körpüsü Bir rəsmin dedikləri

Icma.az, 525.az saytına istinadən bildirir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Əli İskəndərlidir. Onunla rəssam Cəlal Ağayevin "Laləzar körpüsü" əsərindən danışmışıq.

Cəlal Ağayev 1983-cü ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin "Dekorativ-tətbiqi və təsviri sənət" fakültəsini fərqlənmə diplomu ilə bitirib, daha sonra təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Təsviri sənət" fakültəsində davam etdirib. 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Cəlal Ağayev 2010-cu ildən həm Azərbaycanda, həm də xarici ölkələrdə keçirilən müxtəlif sərgilərində iştirak edir. Rəssamın əsərləri Türkiyə, Ukrayna, Rusiya, Qazaxıstan, Bolqarıstan və başqa ölkələrdə nümayiş olunub.

- Əli bəy, tablo neçənci ildə çəkilib?

- Tablo 2024-cü ilə aiddir. Cəlal Ağayev əsəri kətan üzərində işləyib. Kətanın ölçüsü 60x90 sm-dir. Əsərin işlənmə texnikası isə yağlı boyadır.

- Bəs "Laləzar körpüsü"nün özü haqqında nə deyə bilərsiniz?

- Əsərdə vətənimizin dilbər guşəsi Qubadlı rayonunda yerləşən "Laləzar körpüsü" təsvir edilib. Körpü 1867-ci ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində daşdan inşa olunan abidədir. Bu körpünün quruluşu bir tağlı, alt hissəsi oval şəklində, yuxarı hissəsi isə dam formalıdır. Təpələri arasında axan "Bərgüşad çayı"dır. Tabloda "Qurbantəpə"sindəki kollar, dağ meşələri, çaydaşı və səmada buludlar təsvir edilib.

- Əsərin rəng həlli və kompozisiyası necədir?

- Burada fon təbiəti - tünd yaşıl, qəhvəyi, çaylar - tündü-göy, açıq-göy, otlar isə açıq-sarı, narıncı, qəhvəyi rənglənib. Rəssam tarixi-memarlıq abidəsini soyuq və isti rənglərin ahəngində təsvir edib. Tabloda gördüyümüz rənglər canlı təsir bağışlayır.

Əsərin işlənmə texnikası yağlı boya, perspektiv növü isə havadır. Kompozisiya növü frontaldır. Kompozisiya quruluşuna görə sadə ritmdədir. Körpünün alt hissəsi qaranlıq olsa da, çaylar və daşlar işıltılı göstərilib.

- Tablo hazırda harada saxlanılır?

- "Laləzar körpüsü" hazırda şəxsi kolleksiyadadır.

- Bu əsər rəssamın digər işləri ilə hansı ortaq xüsusiyyətlərə malikdir?

- Rəssam "Xudafərin körpüsü", "İssikul", "Böyüknamə", "Təşviş", "Miras", "Ritm", "Tarixin möhürü" kimi əsərlərin müəllifidir. Bu əsərlər realizm, impressionizm, abstrakt ekspressionizm üslublarındadır. Əsərlərin əsas ortaq cəhətləri qızıl rəngin üstünlüyü, tarixiliyi və mənzərə təsvirinin olmasıdır. "Laləzar körpüsü" də bu baxımdan istisna deyil. Ümumiyyətlə, Cəlal Ağayev yaradıcılığında tarixilik xüsusi önəm kəsb edir. O, işğaldan azad olunmuş ərazilərin təbiəti və qorunub saxlanmış abidələrə dair mövzulara tez-tez müraciət edir.

- Sizcə, bu əsər bizə nə deyir?

- Rəssam bu əsərdə Qarabağımızın ecazkar memarlıq abidələrindən birini özünəməxsus şəkildə təsvir edib. Bu da Cəlal Ağayevin Azərbaycan mədəniyyətinə, tarixinə münasibətindən xəbər verir. "Laləzar körpüsü" tarixin kətan üzərindəki əksidir.

Aytac SAHƏD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri