Icma.az
close
up
RU
525ci qəzet Pambıqçı qadın Bir rəsmin dedikləri

525ci qəzet Pambıqçı qadın Bir rəsmin dedikləri

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Səbinə Qarayevadır. Onunla Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın "Pambıqçı qadın" əsəri haqqında danışmışıq.

Azərbaycan incəsənətində özünəməxsus yer tutan xanım rəssamlarımızdan biri də Vəcihə Səmədovadır. Azərbaycan Dövlət Rəssamlıq məktəbinin və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunu olan Vəcihə Səmədova özündən sonra dəyərli irs qoyub. Həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzən Vəcihə xanım "Kür qırağında", "Mahnı",  "İntizarda", "Toya hazırlıq" tematik tablolarını yaradıb. Portret janrı da rəssamın yaradıcılığında xüsusi yer tutur. Vəcihə Səmədovanın portret janrındakı əsərlərinə nümunə olaraq, "Leyla Bədirbəylinin portreti", "Pambıqçı qadın", "Şamama Həsənovanın portreti", "Avtoportret", "Söhbət İbrahimovun portreti", "Gənc skripkaçı"  və digərlərini qeyd edə bilərik.

- Səbinə xanım, "Pambıqçı qadın" tablosu rəssamın yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Əsər 1961-1964-cü illərdə kətan üzərində yağlı boya ilə işlənib. Rəssam bu əsərdə qadınların yalnız ev işlərində yox, həmçinin müxtəlif sahələrdə çalışmaq bacarığını göstərməyə çalışıb. "Lənkəranda toy", "Toya hazırlıq", "Mahnı" kimi əsərlərinin yarandığı 1957-1963-cü illər rəssamın yaradıcılıq fəaliyyətinin ən məhsuldar dövrüdür.

- Əsərin rəng həlli haqqında nə deyə bilərsiniz?

- Digər portretlərdən fərqli olaraq rəssam burada daha solğun və açıq rəng tonlarından istifadə edib. Bununla o, obrazın geyindiyi geyim və yanaqlarının rəng tonlarını tamaşaçılara dəqiqliklə göstərməyə çalışıb. Pambıq sahəsində çalışan qadının üzərindəki tünd mavi və göy rəngli koftası, boğaz hissəsindən asılmış tünd sarı rəngli saç örpəyi, belinə bağladığı qırmızı rəngli yaylıq və çəhrayı rəngli ətəyin üzərində müxtəlif rəng tonlarından istifadə olunub. Qadının əziyyətlə yığdığı pambıqların üzərini örtmüş xalça da diqqətdən yayınmır. Tamaşaçıların diqqətini çəkmək üçün açıq yox, daha çox tünd rəng tonlarından istifadə edilib. Yığılan pambıqların yaxınlığında yerə uzadılmış nərdivan görürük. Sarı və qəhvəyi rəng tonlarında olan nərdivanın ayaq hissəsinin ucuna qırmızı rəngli yaylıq bağlanıb. Ümumilikdə, belə qənaətə gələ bilərik ki, obrazı daha aydın və dəqiqliklə göstərmək üçün rəssam tünd sarı, tünd qırmızı, yaşıl və mavi, qəhvəyi və çəhrayı rəng tonlarından istifadə edib, obrazın geyimini, simasını və ətrafı isə açıq rənglərlə təsvir edib. Məlumdur ki, hər bir rəssamın özünəməxsus xüsusiyyətləri və əsəri canlandırma forması fərqlidir. Rəssam Vəcihə Səmədovanın əsərlərinə diqqətlə baxsaq, daha sakit rəng tonlarında və incə şəkildə işlədiyini görə bilərik.

- Tablo hazırda harada saxlanılır?

- "Pambıqçı qadın" əsəri Milli İncəsənət Muzeyində qorunub saxlanır və sərgilənir. Tablo muzeyə ziyarətə gələn qonaqların diqqətini cəlb edən əsərlər siyahısına daxildir.

- Əsərin kompozisiya quruluşu necədir?

- "Pambıqçı qadın" tablosu kompozisiya həlli ilə maraq doğuran əsərlərdəndir. Palazla örtülmüş pambıq təpəsinin üstündə oturmuş gənc kəndli qadın həyəcanla uzaqlara baxır. Şəffaf çəhrayı-ağ fonda onun bir anlıq donub qalmış bədəninin mükəmməl plastikaya malik dəqiq silueti görünür. Qadının geyimi Təbriz miniatürlərinin ecazkar kolorit ahəngini xatırladır. Mürəkkəb, incə nüanslardan ibarət ağ boyanın bütün səthi doldurduğu tablonun fonunda pambıqçı qadınların kiçik siluetləri təsvir olunub. Göydə uçuşan qağayıların yaratdıqları mənzərə isə əsəri daha canlı və dinamik formada göstərir.

- Sizcə, bu əsər bizə nə deyir?

- "Pambıqçı qadın" əsəri ilə rəssam kənd təsərrüfatı ilə məşğul olan xanımlarımızın çəkdiyi əziyyəti göstərir. Tabloda ön planda təsvir edilən obrazla yanaşı, arxa planda pambıq yığımı ilə dayanmadan məşğul olan xanımları da görürük. Bu nüans həmin dövrün həyatı haqqında bizə çox şey deyir.

Aytac SAHƏD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri