Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

525ci qəzet Məhəbbətdən şeir demir ta dilim

525ci qəzet Məhəbbətdən şeir demir ta dilim

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fuad BİLƏSUVARLI

Olub

Məhəbbətdən şeir demir ta dilim,

Dodağım kilidli, dilim lal olub.

Bu taleyin gərdişidi, nə bilim -

Məndə qara, özgəsində al olub.

Görəmmədim məhəbbətin alisin,

Gördüyüm də sevdaların dəlisi.

Dərəmmədim məhəbbətin xalisin,

Dərdiyim də bəxtimdəndi, kal olub.

Kədər məni yaman alıb tərkinə,

Müqəssir - bir, hamı dönüb hakimə.

Bir kəlmə söz deyəmmirəm heç kimə,

Harda desəm, orda qeylü-qal olub.

Düzlüyə söykənib, düzdən danışım,

Sözə könül verib, sözdən danışım

Fuadam, yoxsulam, azdan danışım,

Vardan başqa nəyim varsa, bol olub!..

Sənsizəm indi

Bu şeir dəyərli sənətkarımız Aybəniz xanım Haşımovanın bir feysbuk statusundan yaranıb.

Sıxılan canımdı, qaralan qanım,

Heç nə istəmirəm, çətindi anım.

Gözəlim, mən bunu de necə danım?

Sənli ola-ola sənsizəm indi.

Quş kimi əlimdən uçub getmisən,

Eşqin yuvasından qaçıb getmisən.

Ömürlük ömrümdən köçüb getmisən,

Sənli ola-ola sənsizəm indi.

Çox kövrək olubdu qəlbimin simi,

Könlüm itirəndən sevgi hakimin.

Düşünə bilmirəm daha heç kimi,

Sənli ola-ola sənsizəm indi.

Uzağı sezməyən bir göz kimiyəm,

Odu erkən sönmüş bir köz kimiyəm.

Günəşi olmayan bir yaz kimiyəm,

Sənli ola-ola sənsizəm indi.

Ağlamaq istərəm

Bir kimsə oğluna dil verməz, ana!

Yıxılsam əlimə əl verməz, ana!

Kişilik qürurum yol verməz, ana!

Ağlamaq istərəm bu səhər yenə.

Mən özüm gömmüşəm öz istəyimi,

Tale də puç edib hər bir səyimi.

Çəkərək başıma kədər meyimi,

Ağlamaq istərəm bu səhər yenə.

Həsrət dostum olub, dərd çəkmək - peşəm,

İlahi, bu yaşda necə düşmüşəm!

İçimdə göyərib qəm, kövrəlmişəm,

Ağlamaq istərəm bu səhər yenə.

Ya çətin günlərim ötərgi ola,

Nisgilim, həsrətim bitərgi ola, -

Ya Fuad - kəmqismət gedərgi ola!..

Ağlamaq istərəm bu səhər yenə...

Nədən?

Məsafəsi yaxın arzular ki var,

Mənə ildən-ilə uzaqdı nədən?

Yaxşı zənn etdiyim insanlar ki var,

Məndən gündən-günə qaçaqdı nədən?

Sınamaqdan keçib, indi ha sına,

İnsanlar girirlər hər dondan-dona.

Hamıya ürəkdən mən yana-yana,

Hər şey mənim üçün yasaqdı nədən?

Fuadam, saf qəlbim tarimar olub,

Laçınım, tərlanım dönüb sar olub.

Quzu sandıqlarım canavar olub,

İndi bir yırtıcı vaşaqdı nədən?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Yanvar 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri