Icma.az
close
up
RU
525ci qəzet Məhsuldar bir türk şairi: Suavi Kemal Yazgıç

525ci qəzet Məhsuldar bir türk şairi: Suavi Kemal Yazgıç

525.az saytına istinadən Icma.az xəbər verir.

Aleyna Malkoç

TRT 2-nin redaktoru, yazıçı, tərcüməçi 

Ənənəvi üsulla işləsəniz, Suavi Kemal Yazgıç adını axtardığınız zaman belə bir məlumatla qarşılaşacaqsınız: türk şairi, yazıçısı, redaktoru, jurnalisti. İlk şeiri 1991-ci ilin oktyabrında “Türk ədəbiyyatı” jurnalında dərc olunub. Şeir janrında; “Sebepsiz Serçe, Taş Suya Değince, Heves, Tövbe Gölgeliği, Bütün Ayrılıklar” kimi sadə türkcəyle yazılmış həssas duyğuları ifadə edən əsərləri var. Qısa hekayə janrında ise yəne hekayəsini sadə bir dildə oxucularına çatdırır. “Kırk Gri Hırka, Dünyanın Çekmeceleri, Kahramanın Sonsuz Kısa Yolculuğu” onun hekayə əsərləridir. Suavi Abinin (bizim zarafatlı deyimle SKY) yəne maraqlı bir xüsusiyyəti var:  2014-cü ildə Türkiyə Jurnal Redaktorları və Nəşriyyat Direktorları Dərnəyinin təşkil etdiyi 5-ci Jurnal Günlərində Ən Çox Jurnalda Yazan İsim mükafatına layiq görülüb.Doğrudan da, o, həmişə gənclərdən daha yüksək enerji ilə, sonsuz ədəbiyyat sevgisi və məhsuldarlığı ilə yazır, istehsal edir. Onun ən mühüm xüsusiyyəti az danışmaqla çox şey deyə bilməsidir. Bilənlər bilir ki, qısa yazmaq daha çətindir.

Hər şeydən əvvəl Suavi Kemal Yazgıç; TRT günlərində mənim üçün bir ağabey, həmkar və dostdu. Bu günlerde birlikdə “Edebiyat Dünyası” adlı verilişi hazırlayırıq. Həyatın bütün xoşagəlməzliklərinə rəğmən, ədəbiyyat sahəsində nəsə çıxarmaq, dostlarla eyni yolda getmək bizə həzz verir. Bu iş günlərində biz ədəbiyatçı dostlar kollektivi bir araya gəlirik. Gah Suavi Kemal Yazgıç türk poeziyası ilə bağlı görüşlerinden, gah da Erkan Şimşək sonsuz ədəbi xatirələrindən danışır. Mən də hazırda doktorluq fəaliyyətimi davam etdirdiyim türkologiya və türk dünyası sahəsi ilə mühitə qoşuluram. Biz tez-tez Azərbaycanı və onun şirin türkcəsini söhbətlərimizə daxil edirik. TRT2-də “Edebiyat Dünyası” verilişini hazırlayarkən şəxsi məqsədim Türk dünyasını, xüsusən də Azərbaycanı təmsil etmək ve ağlıma gələn mövzuları və önəmli yazarlarımızı bu proqrama daxil etmək idi. Suavi Kemal Yazgıç bu yolda hər zaman yanımda olub. Bu sayede kanalımızda; Anar, Reşad Mecid və Sabir Rüstəmhanlını qonaq etdik. Xəbəri də verim ki, tezliklə Aysel Xanlarkızını qonaq edəcəyik.
Qələmim Suavi bəyin yaradıcılığı ilə açıldı və TRT 2 günlerimize qədər gəlib çatdı. Bildiyiniz kimi, mən vaxtaşırı Azərbaycan dilində yazılarımı dərc edirəm. İstərdim ki, qardaş ölkəmiz Azərbaycanda şeirsevərlər Suavi Kemal Yazgıçın heç olmasa bir şeirini oxusunlar. 
Sizin üçün Suavi Kemal Yazgıçın bir şeirini sizə təqdim edirəm:

“Bir İmha Savaşı / Məhv Döyüşü 
-Selim Pusat’a

biri gəldi və öldüm 
bir başqası gəlmədi 
yenə öldüm

dünən heç kölgə düşməz bir küçədən keçdim
səsinin toxunmadığı evlər arasından
telefonla zəng etdim çatmadı yenə
buraxılmış zənglərdə tapdım 
sənsiz qalmağın təsəllisini

indi səndən yaradılmış bir dənizdə
boğulmadım yenə
öskürdüm və qaldım nəfəssiz 
özümdən ibarət bir çöldə…”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri