Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

525ci qəzet Məktəbəqədər təhsilin genişləndirilməsi üçün xüsusi proqram hazırlanıb

525ci qəzet Məktəbəqədər təhsilin genişləndirilməsi üçün xüsusi proqram hazırlanıb

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycanda bağça yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 35.7 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir. Bütövlükdə isə ölkə üzrə 117 min uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, cari tədris ilində 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib, 5-i isə əsaslı təmir olunub. Hazırda ölkə ərazisində 1676 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə dəstək məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən "Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili" pilot qrant proqramı həyata keçirilir. Proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb. Layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöl və Naxçıvanda icra olunur. Ümumilikdə qrant proqramına 500-dən çox uşaq cəlb edilib. Bununla yanaşı, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması istiqamətində "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" elan edilib. Müsabiqənin məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Müsabiqəyə müraciət edən 42 özəl məktəbəqədər təhsil müəssisəsindən 25-i qrant qazanıb.

"İcma əsaslı məktəbəqədər təhsil" layihəsi çərçivəsində 890 mərkəzdə (ümumi təhsil müəssisəsində) 1177 müvafiq qrup təşkil edilib. Hazırda bu qruplara 19133 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Bu uşaqların təlim-tərbiyəsi ilə 1088 tərbiyəçi-müəllim məşğul olur.

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın məqsədlərinə nail olunmasını təmin etmək məqsədilə dövlət-özəl əməkdaşlığı modelinin 1500 uşağı əhatə etməsi gözlənilir.

Son iki il ərzində məktəbəqədər təhsil müəssisələrinə 700-ə yaxın tərbiyəçi-müəllim, 79 nəfər müdir təyin olunub. İndiyədək məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşdırılması məqsədilə 10000-ə yaxın pedaqoji heyət üçün ixtisasartırma təlimləri təşkil olunub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Bakı və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 1600-ə yaxın müdir, aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilib.

2024-cü ildə məktəbəqədər təhsil müəssisələrində çalışan 11218 nəfər tərbiyəçi-müəllimin ilk dəfə diaqnostik qiymətləndirilməsi keçirilib.

Nazirlikdən bildirilib ki, bu gün ölkədə 4282 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda müəllim heyəti 150 mindən, şagird sayı isə 1700000-dən çoxdur. 2024-2025-ci tədris ili üzrə 134 min uşaq birinci sinifə qəbul edilib. 2024-2025-ci tədris ilinə ümumi təhsil müəssisələri üçün 67 adda (52 adda yeni hazırlanmış, 15 adda təkmilləşdirilmiş) dərslik və metodiki vəsaitin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı işlər aparılıb. İlk dəfə olaraq məktəblərin 1-ci və 2-ci sinifləri üçün azsaylı xalqın dili olan "Tat dili" dərslikləri hazırlanıb. Bununla yanaşı, 2024-2025-ci tədris ilinə ümumi təhsil müəssisələrinin dərslik ehtiyaclarının təmin olunması üçün 322 adda 7244545 nüsxə dərsliyin çapı yekunlaşdırılıb və məktəblərə çatdırılıb.

Cari ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına Elm və Təhsil Nazirliyinin sifarişi ilə təhsil müəssisələri şəbəkələrinin genişləndirilməsi, yeni məktəblərin tikintisi və əsaslı təmir işləri yerinə yetirilib. Belə ki, 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb. Bu müəssisələrdən 46-sı yeni tikilidir və ya yeni korpus tikilib, 11-i isə əsaslı təmir olunub. 33 təhsil müəssisəsinin təmir-tikintisinin başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda 24 təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə yekunlaşması planlaşdırılır. Həmçinin layihələndirilməsi aparılan 33 təhsil müəssisəsinin (3 peşə, 30 ümumi təhsil müəssisəsi) təmir-tikintisinə başlanılması planlaşdırılır. Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq xərclər hesabına 215 təhsil müəssisəsində (10 peşə, 6 kollec, 9 məktəbdənkənar və 190 ümumi təhsil) cari təmir işləri aparılıb. Həmçinin 234 müraciət əsasında 70 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşıb, 100 müəssisədə işlər davam edir, 64 müəssisədə isə işlərin başlanılması üçün hazırlıq gedir.

Nazirliyin məlumatında vurğulanıb ki, 2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə 1000-dən çox şagird və 140-dək təhsilverən daxil olmaqla 6 ümumi təhsil müəssisəsi, 115 uşaq və 16 təhsilverən daxil olmaqla 3 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1015 nəfər uğur qazanaraq iş yerini dəyişdirib. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində isə 210 nəfər uğur qazanaraq iş yerini qarşılıqlı dəyişdirib. Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində ümumilikdə 66723 elektron müraciət qəbul edilib. 6283 namizəd müsabiqədə uğur qazanaraq işə qəbul olunub. Bu il keçirilən MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma faizi 90 faizin üzərində olub.

Cari ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 24050, uğur qazanan isə 20224 nəfər olub. Ümumilikdə indiyədək 55000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb.

2024-cü ilin 18-19 may tarixlərində ölkə üzrə IV və VI sinif şagirdləri üçün monitorinqlər təşkil olunub. Monitorinqlərdə ümumilikdə 300000-dən çox şagird iştirak edib. Ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlərə növbəti təhsil səviyyəsində keyfiyyətli təhsil imkanlarını təmin etmək, onlar üçün daha uyğun öyrədici və sosial-psixoloji mühit yaratmaq məqsədilə 2024-2025-ci tədris ilindən 5 ümumi təhsil müəssisəsində fəaliyyət yalnız tam orta təhsil səviyyəsi üzrə təşkil edilir.

Məlumata görə, STEAM layihəsi cari tədris ilindən 398 təhsil müəssisəsində tətbiq olunur və ümumilikdə 250000 şagirdi əhatə edir. İlk dəfədir ki, layihənin ibtidai siniflərdə də (4-cü siniflərdə) tətbiqinə başlanılıb.  Layihə bu ildən işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda da həyata keçirilir. 2017-ci ildən ölkədə tətbiq edilən "Rəqəmsal bacarıqlar" layihəsi 2024-2025-ci tədris ilində əlavə 230 təhsil müəssisəsində tətbiq edilib. Hazırda layihə 510000 şagirdi əhatə edir.

Uşaq-gənclər inkişaf mərkəzlərinin 200-ə yaxın dərnək üzvü 2024-cü ildə Türkiyə, Qazaxıstan, Belarus, Polşa və Avstraliyada keçirilən beynəlxalq müsabiqə və tədbirlərdə diplom və medallarla mükafatlandırılıb.

Hesabat dövrü ərzində uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri respublika yarışlarında 386 qızıl, 357 gümüş, 511 bürünc, beynəlxalq yarışlarda 144 qızıl, 127 gümüş, 171 bürünc olmaqla, ümumilikdə 1696 medal qazanıblar.

Olimpiadanın rayon (şəhər) mərhələsində 57483, yarımfinal turda 12238, final turunda isə 1025 nəfər iştirak edib. Onlardan 491 nəfər qalib olub. Qızıl medalçıların sayı 85, gümüş medalçıların sayı 162, bürünc medalçıların sayı isə 244 nəfərdir. "Birincilərin birincisi" nominasiyası üzrə 8 nəfər seçilib.

Cari ildə milli komandalarımız 22 fərqli beynəlxalq olimpiadalarda iştirak ediblər. Beynəlxalq olimpiadalarda birinci yer üzrə 6 medal, ikinci yer üzrə 22 medal, üçüncü yer üzrə 35 medal və 18 həvəsləndirici sertifikat qazanılıb. 43110 şagird müsabiqəyə qatılıb. Yarımfinalda 8610 şagird, finalda isə 1068 nəfər şagird iştirak edib. 307 şagird qalib olub. Onlardan biologiya fənni üzrə 45 nəfər, fizika fənni üzrə 42 nəfər, kimya fənni üzrə 43, informatika fənni üzrə 46, riyaziyyat VI siniflər üzrə 43 nəfər, VII siniflər üzrə 43 nəfər, təbiət fənni üzrə isə 45 nəfər qalib elan edilib. Olimpiada üzrə rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, 21474 iştirakçıdan 2396 şagird yarımfinal mərhələdə iştirak hüququ qazanıb və onlardan 307 nəfər finalda iştirak etmək hüququ qazanıb. Ümumilikdə 62 nəfər qalib elan edilib.

10 minə yaxın şagirdin qatıldığı olimpiadada ümumilikdə 36 nəfər finalda iştirak hüququ qazanıb. Onlardan 3 nəfər I, 6 nəfər II, 10 nəfər isə III yerə layiq görülüb.

8 istiqamət və 652 layihə üzrə 1068 şagird qeydiyyatdan keçib. 113 layihə üzrə 200 şagird sərgidə iştirak edib. Hər istiqamət üzrə I yer 1 layihə, II yer 2 layihə, III yer  3 layihə, ümumilikdə 48 layihə üzrə 87 şagird qalib elan edilib. 11-19 may tarixlərində ölkəmizi təmsil etmək üçün 5 layihə üzrə 10 şagird ABŞ-nin Kaliforniya ştatının Los Anceles şəhərinə səfər edib.

Ölkə üzrə 4234 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə çıxışla təmin edilib. Bunlardan 1756 fiber-optik, 1701 simsiz və 777 ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin edilib.

2024-2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb. 70 qrup üzrə 1273 nəfər dual peşə təhsil proqramına qəbul olunub. Tələbə qəbulunda keçən illə müqayisədə 46 faiz artım olub. Proqram 25 peşə təhsili müəssisəsində 110-dan artıq işəgötürənlə Bakı şəhəri də daxil olmaqla 16 regionda (Bakı, Zaqatala, Balakən, Biləsuvar, Cəlilabad, Gəncə, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Lənkəran, Neftçala, Saatlı, Sumqayıt, Şəki) həyata keçirilir. Proqramda toplam 30 ixtisas tədris olunur.

2024-2025-cü tədris ilində yüksək texniki peşə təhsili səviyyəsində 19 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 2453 nəfər tələbə adını qazanıb. 

2024-cü ildə bu peşə təhsili səviyyəsindən məzun olan 281 nəfərdən 148-i (52.7 faiz) ali təhsil müəssisəsinə imtahansız qəbul olub.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Yanvar 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see377

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri