525ci qəzet Merkel Qərbi Rusiyanın nüvə potensialını tanımağa çağırıb
525.az saytına istinadən Icma.az xəbər verir.
Almaniyanın keçmiş kansleri Angela Merkel Qərb ölkələrini Rusiyanın nüvə potensialını tanımağa çağırıb və bunu “qorxulu” kimi qiymətləndirib.
525.az xəbər verir ki, bu barədə siyasətçi BBC-yə müsahibəsində bildirib.
“Qorxuya təslim olmamalıyıq. Amma onu da etiraf etməliyik ki, Rusiya dünyanın ən böyük və ya ABŞ ilə birlikdə iki ən böyük nüvə gücündən biridir”, - deyə Merkel vurğulayıb.
Keçmiş kansler qeyd edib ki, Avropa ölkələri nüvə silahından istifadənin qarşısını almaq üçün mümkün olan hər şeyi etməlidirlər.
Eyni zamanda o, əlavə edib ki, Ukraynaya yardımın göstərilməsi məsələsində hazırkı Almaniya hökumətini və Avropa İttifaqını dəstəkləyir.
Qeyd edək ki, bundan əvvəl Angela Merkel Ukraynadakı münaqişənin hərbi yolla həll olunacağına şübhə etdiyini bildirib.
İbrahim Cəfərov
Baxış sayı:79
Bu xəbər 25 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















