ABŞ da qütb soyuqlarının təsirindən təbii qazın qiyməti kəskin şəkildə artıb
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da qütb soyuqlarının təsirindən təbii qazın qiyməti kəskin şəkildə artıb.
Banco.az xəbər verir ki, müddəti yaxınlaşan kontrakt 2022-ci ildən bəri ilk dəfə olaraq milyon Btu başına 6 dollar səviyyəsini keçib. Keçən həftə təbii qaz qiymətlərində 1990-cı ildən etibarən qeydlərin aparılmağa başlanmasından bəri ən böyük həftəlik ralli qeydə alınıb və qiymətlər təxminən 70 faiz artıb.
Ölkə üzrə baş verən qar fırtınasının ABŞ-da təbii qaz istehsalının təxminən 10 faizini müvəqqəti olaraq sıradan çıxardığı təxmin edilir. Şiddətli şaxtanın elektrik şəbəkələrini ciddi şəkildə yüklədiyi, nəqliyyat əlaqələrini iflic etdiyi və minlərlə uçuşun ləğv olunmasına səbəb olduğu bildirilir.
ABŞ-ın ən böyük elektrik şəbəkəsi operatoru, dondurucu soyuqların elektrik istehlakını qış mövsümü üzrə rekord səviyyəyə yüksəldəcəyi gözləntisi fonunda enerji stansiyalarını həftə ərzində təbii qaz tədarükünü təmin altına almağa məcbur edir. Qar fırtınasının istehsalda yaratdığı fasilələr səbəbindən ABŞ-dakı mayeləşdirilmiş təbii qaz ixrac terminallarına qaz axını son bir ilin ən aşağı səviyyəsinə enib.
Təbii qaz qiymətləri Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ-dan mayeləşdirilmiş təbii qaz tədarükünün azalması fonunda 2022-ci ilin dekabr ayından bəri ən yüksək səviyyəsinə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 Yanvar 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















