Icma.az
close
up
RU
525ci qəzet Mingəçevir yazarlarının yubiley sevinci

525ci qəzet Mingəçevir yazarlarının yubiley sevinci

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mingəçevir Dövlət Universitetində Azərbaycan Yazıçılar Birliyi (AYB) Mingəçevir bölməsinin yaradılmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, şəhər ictimaiyyəti nümayəndələrinin, universitetin professor-müəllim heyətinin və filologiya fakültəsi tələbələrinin, veteranların və yazarların iştirakı ilə keçirilən tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözləriylə açan AYB Mingəçevir bölməsinin rəhbəri, şair İsmayıl İmanzadə rəhbərlik etdiyi bölmənin yaranma tarixindən, son 25 il ərzində görülən işlərdən danışıb, bölmənin xəttiylə ayrı-ayrı vaxtlarda keçirilən poeziya gecələrinin, klassik şair və yazıçıların yubileylərinin, kitab təqdimatı mərasimlərinin, ayrı-ayrı idarə-müəssisə və təhsil ocaqlarında təşkil edilən poetik görüşlərin oxucular arasına milli ədəbiyyatımızın təbliği və yerli yazarların tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bölmənin xəttiylə görülən önəmli işlərdən söz açıb, bu qurumun ötən illər ərzində mingəçevirli yazarların dəyərli yaradıcılıq mərkəzinə çevrildiyini bildirib, 25 il qabaq bölmənin açılışı zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Fikrət Qoca, yerli yazarlar və şəhər ictimaiyyəti nümayəndələriylə birlikdə yazarlara ilk xeyir-dua verənlər arasında olduğunu həmişə sevinc-fərəh hissiylə xatırladığını qeyd edib, yazarlara uğurlar arzulayıb. Sonra AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə, yazarlar Zümrüd Rəhimova, Bəhman Gülövşəli, Aşıq Qoşqar Xasməmmədov və gənc şair-dramaturq Elçin Məhərrəm Fəxri fərmanlarla təltif olunub.

Tədbirə qonaq qismində qatılan tanınmış alim, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, yazıçı-publisist Ramiz Göyüş və AYB-nin Ağdaş bölməsini sədri, şair-publisist Fəxrəddin Əsəd səmimi ürək sözlərini dilə gətirib, Mingəçevirdə fəaliyyət göstərən yazar həmkarlarına uğurlar arzulayıblar.

Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Üzeyir Zeynalov bundan sonrakı dönəmlərdə də AYB-nin yerli bölməsinin yazarları ilə davamlı olaraq əməkdaşlıq edəcəklərini vurğulayıb. Şəhər Veteranlar Şurasının sədr müavini Rizvan Mikayıllı və mətbuat nümayəndələri adından çıxış edən tanınmış telejurnalist İnqilab Şirinli əlamətdar hadisə münasibətiylə səmimi fikirlərini səsləndiriblər.

Yerli yazarlar - AYB-nin üzvləri Elşən Əzim, Namiq Zaman və Nicat Hünalp çıxışlarının sonunda çeşidli mövzularda yazdıqları şeirləriylə iştirakçıları məmnun ediblər.

Tədbirin ayrı-ayrı bölümlərində aşıq mahnılarının mahir ifaçısı Aşıq Qoşqar Xasməmmədov və Üzeyir Hacıbəyli adına şəhər musiqi məktəbi nümayəndələrinin təqdim etdikləri mahnılar alqışlarla qarşılanıb.

Məmməd MƏRZİLİ,

Şamil HƏSƏN

AYB Mingəçevir bölməsinin üzvləri

Fotolar Cabir Qədimovundur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri